Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün dindarlar diqqətli olmalıdır” - Şeyxülislam


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı məzhəb ayrı-seçkiliyi salınmasından narahat olduğunu bildirib və dindarlara bununla bağlı xəbərdarlıq edib


APA-nın məlumatına görə, Şeyxülislam QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, idarənin vahid təqvimi var. 

Bu, rəsədxana ilə birgə hazırlanıb, hamı eyni təqvimdən istifadə etməli, ayrı-seçkiliyə yol verilməməlidir.
 
Allahşükür Paşazadə qeyd edib ki, bəzi qüvvələr kənardan düzgün olmayan təqvimlər gətirir: “Bu, təxribatdır, bütün dindarlar diqqətli olmalıdır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməlidir”.
 
QMİ sədri bildirib ki, bəzi qüvvələr Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmağa, sabitliyi pozmağa çalışır: “Bunlara imkan vermək olmaz. Məsələn, iyulun 6-sı bayramdırsa, bütün sünni və şiələr eyni gündə bayram namazı qılacaqlar. Başqa cür ola bilməz”.
 
A. Paşazadə deyib ki, Ramazan ayında oxunan moizələrdə dini məsələlərlə yanaşı, vətənpərvərlik də təbliğ olunmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar