Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cahangir Hacıyevin taladıqlarını qaytarmaq fikri yoxdur”


“Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacyev və bacısını dinlədikcə adamın az qala yazığı gəlir. Sən demə, bunlar qədər halal, kasıb, öz əməyi ilə dolanan ikinci bir ailə yox imiş. Londondakı imarətlər, limitsiz kartlar, yüz milyonlarla sərvətlər də Maştağada qul bazarında dayanan azərbaycanlı qadınların imiş”


Bu fikirləri tanınmıq hüquqşünas Aslan İsmayılov özünün sosial şəbəkədəki səhifəsində Beynəlxalq Bankın Prezidenti Cahangir Hacıyevin bacısının mediaya son açıqlamasına münasibət bildirərkən yazıb.

Tanınmış hüquqşünasın fikirlərini təqdim edirik:

Bunları dinlədikcə görürsən ki, həqiqətən Azərbaycanı talayanlarda abır, həya yox imiş. Milləti talayanda, başqalarının əmlaklarını zorla əllərindən alanda yadlarına qanun düşməyənlər, bu gün cavab vermək gələndə timsah gözyaşları axıdırlar, ən ucadan QANUN! qışqırırlar, haqdan, ədalətdən danışırlar. Milyonlarla dəyəri olan aksiyaları halal əməkləri ilə aldıqlarını iddia edib, geri tələb edirlər. Taladığı milyardları qaytarmaq fikirləri isə yoxdur. Özü kimi oğrularla eyhamla danışırlar, çünki milyardları bir yerdə sümürüblər.

P.S. Cahangir Hacıyev və onu kimilər, özünüzü millətə əsilzadələr kimi sırımaq istəsəniz də, siz sadəcə cibgirlərsiniz!

P.P.S. Milyardları büdcədən talamanızı demirəm, on minlərlə şəhid ailəsinə haqqını vermək üçün büdcədən cəmi 100 milyon ayırmadığınızı sizlərə heç kim bağışlamayacaq.(gununsesi.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar