Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Camaatda intiqam hissi yaranır” – Leyla Əliyeva


PİA.AZGunxeber.com-un suallarını tanınmış müstəqil politoloq Leyla Əliyeva cavablandırıb


 L.Əliyeva Azərbaycandakı mövcud vəziyyət və qarşıdakı seçkilərlə bağlı danışıb. Onunla müsahibəni təqdim edirik:

-Leyla xanım,  Azərbaycan növbəti seçkilərin astanasındadı. Ölkədəki vəziyyət,  demokratik dəyişikliklər istəyən qüvvələrin narahatlığı fonunda sizcə bu seçki Azərbaycan tarixində hansısa hadisə ilə qalacaqmı, yoxsa bu da xronoloji ardıcıllıq kimi sadəcə qeydə alınacaq?

-Ədalətli seçkilər üçün ölkədə heç bir  şərait yoxdur.  Rəqabət üçün məkan tamam daraldı.
Bir neçə il bundan qabaq bu seçkilərə ümüd cox böyük idi, seçkilərə hələ aylar qalmış  hazırlıq gedirdi.  Amma 2013-2014-cü  illərdə sivil cəmiyyətə,  jurnalistlərə və siyasi fəallara repressiyalar bu ümüdləri kəsdi.
Yəni indi vəziyyət sonuncu parlament seckiləri ilə müqaisədə qat-qat pisdir. Bu baxımdan  mübarizə aparmaq daha cətin olacaq.
Partiyalar böyük bir krizis kecirdilər, sivil cəmiyyət də demək olar ki, paralize oldu.

Yəqin ki, səsverməyə az adam gələcək.  Ancaq seckilərdən öncə hansısa qüvvə bütün demokratları səfərbər eləsə bəlkə o zaman toplum ses verməyə gələr.

-Azərbaycanda dəyişikliklərdən danışarkən hər zaman həm də beynəlxalq vəziyyət nəzərə alınıb. Dünyada gedən prosesləri izləyən, bilən bir şəxs kimi nə deyə bilərsiz, beynəlxalq amil ölkəyə nəsə diktə edirmi, edirsə biz bunu nədə görə bilərik?

-Hökümətin hakimiyyətdə möhkəm oturmasına baxmayaraq,  demək lazımdır ki, hər zamankı kimi avtoritarizm və korrupsiya yaratmiş sistemlər cürük olurlar. Bu bxımdan Azərbaycanda da hansısa hadsələri istisna etmek olmaz.

Beynəlxalq amil nəsə diktə etmir. Sadəcə bütün avtoritar rejimlər Rusiyaya söykənirlər.  Rusiya zəiflənən kimi bu rejimlər də  artıq Moskvaya qüvənməyəcəklər.

-Yəni…

-Azərbaycan yavaş-yavaş Avropaya inteqrsiya etməyə çalışacaq. Ola bilsin bir az güzəştlərə getdi.

-Bunun üçün Rusiyanın çöküşünümü gözləmək lazımdır?  Azərbaycanda çoxluq bunun tezliklə və asanlıqla baş verəcəyinə inanmır. Əksinə ölkənin Rusiyadan asılılığı sanki getdikcə artır. Nədi bizi Rusiyadan bu qədər asılı edən?

-Rejim. Siyasi amil.

Bir də 2 milyon azərbaycanlı işssiz.  Onlar Rusiyadan Bakıya  qayıtsa, hğkümətin işləri pis olacaq.

Söhbət Rusiyada yaşayan və işləyən azərbaycanlılardan gedir. Yadınızdadırsa Rusiya Azərbaycanın daxili siyasətinə təzyiq etmək üçün “Milyarderlər İttifaqı”nı dəstəklədi.

-İlham Əliyev, hakimiyyət  hər zaman Azərbaycanın, xüsusən də onun iqtidarının müstəqil, güclü, xalqla bərabər olduğunu deyir.  Sizcə hakimiyyət bu qədər güclüdürsə, bir normal seçki onun əleyhinə işləyən hansı dəyişikliyə səbəb ola bilər ki?
 
-Əslində, məhz güclü dövlətlərdə hakimiyyət seçki yolu ilə dəyişir..
Zəif ölkələrdə seçkilər saxtalaşdırılır və eyni adamlar hakimiyyətdə qalırlar.

- Gözləntiləriniz nədir, həm ölkədəki indiki vəziyyətdən, həm də qarşıdakı seçkilərdən?

-Belə güclü zərbədən sonra cox şey gözləmək olmaz, Amma bele bir repressiyaların həmişə basqa  tərəfi və effekti də olur. Camaatda intiqam hissi yaranır və  hakimiyyət özünü daha da ifşa edir. Bu həm də onun zəyifliyini göstərir. Ona görə hər avtoritar rejimdə hansısa gözlənilməz hadisə baş tuta bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar