Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cənubi Qafqazda yeni ssenarilər cızılır”


Vardan Qriqoryan

Armworld (Ermənistan), 08.12.2016


Baş nazir Benyamin Netanyahunun dekabrın 13-ə Bakıya planlaşdırılmış səfəri və İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfəri Birləşmiş Ştatlar tərəfdən İrana münasibətdə sanksiyaların  yenidən uzadılması məsəsləsi kontekstində yeni məna və əhəmiyyət qazanır. 

İsrailin “The Jewish Press” qəzeti bu xüsusda qeyd edir ki, “Azərbaycan və İsrail strateji ittifaq yaradaraq energetik və hərbi-texniki sahədə əməkdaşlığa vurğu edir, lakin unutmağına dəyməz ki, tərəflər hər iki sahədə çoxdan strateji əməkdaşlıq qurub”.

İsrail öz ərazisindən axan Azərbaycan neftinin, təxminən, yarısının əvəzinə Azərbaycana tədarük olunan silah və hərbi texnika müxtəlifliyi və miqdarını artırmağa davam edir. Azərbaycan rəhbərliyi isə təəssürat yaratmağa çalışır ki, guya bu üsulla Rusiyadan Ermənistana tədarük olunan ən yeni silahlara, xüsusən də “İskəndər”lərə qarşı tarazlıq qurmağa səy göstərir. Lakin birmənalı şəkildə aydındr ki, fələstinlilərə qarşı güclü silah olan “Dəmir günbəz”in köməyi ilə “İskəndər”in gözlənilən zərbəsini önləmək mümkün deyil. Həqiqətdə Azərbaycan-İsrail əməkdaşlığının yeni dayaq nöqtəsinin strateji perspektivləri “İskəndər”lərdən deyil, ABŞ-da prezident seçkilərindən sonra bölgədə qüvvələrin gözlənilən yenidən tərtiblənməsindən asılıdır.

Aydındır ki, İrana münasibətdə sanksiyaların uzadılması təşəbbüsünün arxasında ABŞ-ın hazırda formalaşmaqda olan yeni administrasiyasi durur. Lakin Donald Trampın ABŞ-ın bölgəsəl mövqelərini hansı addımlarla möhkəmləndirəcəyi addımlar hələlik dəqiləşdiriliməyib.

Yəhudi lobbisinin Hillari Klintonun praktik olaraq həll edilmiş qələbəsini məğlubiyyətə çevirməkdə öz rolunu oynaması ondan xəbər verir ki, İsrail baş nazirinin Azərbaycana qarşıdakı səfəri Bakını Birləşmiş Ştatların təzələnmiş antiiran təbliğatına cəlb etməyi nəzərdə tutur.

Bunu Tehranda da başa düşürlər, buna görə də son həftərlər ərzində Tehranın BakıAzərbaycanın bölgədə İsrail siyasətinin dayaq nöqtəsinə çevrilməsində, Bakının isə öz növbəsində İrana qarşı artıq ənənəyə çevrilmiş erməniyönlü siyasətdə “ittihamlar” irəli sürdüyü  qiyabi mübahisəsi başlanb. Belə çıxır ki, İsrail və Ermənistan hər gün kəskinləşən Azərbaycan-İran münasibətlərində özəl “uyuqlar” olub. İran prezidentinin Ermənistana bir neçə dəfə təxirə salınmış səfərinin İsrail baş nazirinin Azərbaycan səfərindən sonra baş tutacağı da bundan xəbər verir.

Bu cür taktiki addım özündə müəyyən sürpriz gizlədir, çünki Bakıda Azərbaycan-İsrail danışıqlarının nə ilə başa çatacağı hələlik məlum deyil. Lakin onun nəticələrindən asılı olmayaraq Ermənistan-İran münasibətlərində son zamanlar qeydə alınan tərəqqi yeni çalarlar qazanır. İran Ermənistanı Avropaya pəncərəyə çevirməkdə qəti qərar qəbul edib. İrana münasibətdə sanksiyaların müddətinin uzadılacağı halda bu önəm arta bilər. Bu səbəbdən azad ticarət zonasının qurulmasından savayı İran qazının Gürcüstana maneəsiz tranziti məsələsinə də böyük əhəmiyyət verilir.

Tehranın Qarabağ münaqişəsi məsələsindəki mövqeyi qarşılıqlı iqtisadi layihələrdən daha önəmlidir. Bu zaman söhbət İranın dinc nizamlamaya yönəlmiş danışıqlarda iştirakından deyil, mövcud status-kvonun saxlanmasından gedir. Kimə məxsusluğu və yaxud tabeliyindən asılı olmayaraq xarici qüvvələrin sərhəddə olması İrana sərfəli deyil.

Bu planda İsrailin Azərbaycanda bundan sonrakı fəallığı Qarabağ məsələsində Ermənistan tərəfinin niyyətlərinin uğurla gerçəkləşməsində obyektiv marağı olan İranın mövqeyinin dəqiqləşməsində yeni çıxış nöqtəsi olacaq.

İranAzərbaycan bu qayda ilə qarşılıqlı ədavət və gərginliyin yenidən güclənməsində növbəti mərhələyə daxil olur. Bu o səbəbdən vacibdir ki, Türkiyənin Rusiya ilə münasibətləri qaydaya salmaq tendensiyası son zamanlar Azərbaycan sityasəti üçün manevr meydanının genişləndirib və əks ağırlıq zərurəti daim hiss olunur.

ABŞ-ın yeni administrasiyasının da Türkiyə ilə münasibətlər məsələsində yeni sürprizlər hazırladığına görə Ankara çətin seçim qarşısında dura bilər. Türkiyədən də antiiran sanksiyalarına qoşulmağı tələb edəcəklər. O, bir tərəfdən Rusiya ilə fəasl şəkildə eşqbazlıq edir, digər tərəfdən isə Suriyada İran qəyyumluğundan yararlanan Bəşər Əsəd administrasiyaı ilə mübarizə aparır.

Bu cür şəraitdə Azərbaycan-İran münasibətlərində praktik olaraq bundan sonrakı qaçılmaz gərginləşmə Türkiyəni daha qəliz seçim qarşısında qoyacaq. İsrail və Türkiyənin Azərbaycanda maraqları ənənə üzrə üst-üstə düşüb və yaxud yaxın idi, lakin Türkiyənin mötədil islamçıları indi tayfasal və dini simpatiyaları arasında seçim etməlidir.

Bölgədə formalaşan yeni zidiyyətlər düyünü 2017-ci ilin əvvəlində ABŞ-ın siyasi prioritetlərinin konkretləşməsinə paralel olaraq  yekun görkəm alacaq. Lakin artıq bu gün aydındır ki, İsrailin Azərbaycanda daha çox kök atması və bununla bağlı Azərbaycan-İran münasibətlərinin gərginləşməsi Qarabağ münaqişəsində status-kvonun saxlanması tərəfdarlarının mövqelərini obyektiv şəkildə möhkəmləndirəcək.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar