Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cərrahiyə otaqlarında kameralar quraşdırılacaq”


Anar Qədirli: “Yaxın gələcəkdə bütün xəstəxanaların cərrahiyə otaqlarında kameralar quraşdırılacaq”


Politoloq Fərhad Mehdiyev ölkə səhiyyəsində inkişafın əldə olunması və pasiyent hüquqlarının qorunması üçün qanunvericiliyə əlavə edilərək bütün cərrahi əməliyyatların məcburi qaydada videoçəkilşinin aparılmasını təklif edir. 

O bu müddəanın sentyabr ayında Milli Məclisin gündəliyinə salınacaq “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsinə əlavə edilməsini vacib sayır: 

“Hazırda texnologiya o qədər inkişaf edib ki, məncə, əməliyyatların videoya çəkilməsinin heç bir texniki çətinliyi yoxdur. Bu üsulun tətbiqi həkimi daha məsuliyyətli davranmağa məcbur edəcək. Çünki öz səhvlərini ört-basdır edə bilməyəcək”.

Politoloq deyir ki, həkimlərin əməliyyat zamanı baş verən qüsurlarının sonradan boyunlarından atmamaları üçün ən yaxşı çıxış yolu prosesin videoya çəkilməsidir: “Xaricdə tibbi xidmətin qiyməti bizdən baha olsa da, keyfiyyət və məsuliyyət məsələsinə həssaslıqla yanaşılır. Əməliyyatların videoçəkilişi tibbi personalı daha məsuliyyətli edir”.

Fərhad Mehdiyev məcburi videoçəkilşin son illər ölüm hallarının tez-tez baş verdiyi ginekologiya sahəsində tətbiqini vacib hesab edir: “Şahidi olmuşam, narkoz verildikdən sonra xəstənin başına elə oyunlar açırlar ki... Buna görə də bəzi həkimlər əməliyyat zamanı kameradan imtina edirlər. Həkimlər bunu onların iş prosesinə mənfi təsir göstərdiyini söyləyirlər”. 

Videoçəkiliş rahatsızlıq yaradır

Mamalıq və Ginekologiya İnstitutunun cərrahı Ələddin Şahpələngov deyir ki, son vaxtlar qeysəriyyə yolu ilə əməliyyatların videolentə alınması geniş yayılsa da, bu, onların ürəyincə deyil: “Düzdür, işimizə heç bir maneçiliyi yoxdur. Yəni cərrah hər bir halda fikrini ancaq əməliyyat yerinə cəmləyir. Amma etiraf edim ki, bunun psixoloji təsiri az da olsa var və bu müsbətə doğru yox, mənfiyə daha yaxındır. 

Məsələn, bizdə qeysəriyyə əməliyyatı adətən, iki növ narkozvermə – ümumi və spinal üsulla aparılır. Birincidə xəstə özündə olmur, əməliyyat yuxulu vəziyyətdə aparılır, spinal üsulda isə xəstənin yalnız beldən aşağı hissəsi keyidilir. Bu zaman xəstənin bütün prosesdən xəbəri olması, deyilənləri eşitməsi işimizə təsir edir. 

Yəni onun eşitdiyini, gördüyünü nəzərə almağımız bəzən əməliyyat zamanı qarşılaşdığımız təhlükə barədə çox təmkinli olmağı tələb edir. Hərəkətlərimizə, danışığımıza mümkün qədər diqqətli oluruq ki, xəstə şübhələnməsin. 

Kamera bütün insanlara təsir edir, o cümlədən cərrahlara. Ola biləri, insan getdikcə öyrəşsin, adiləşsin, amma indiki halda bu cərraha mənfi təsir göstərən amil sayıla bilər”.

Cərrah videoçəkilişin həkim məsuliyyətinə təsirini mümkünsüz sayır: “Əgər həkim peşəkardırsa, situasiyadan çıxmağı bacarırsa, onun üçün kameranın olub-olmaması heç nəyi həll etmir”.

Videoçəkiliş heç nəyi həll etmir

Tibbi ekspert Adil Qeybulla deyir ki, hazırda ölkədə xəstənin razılığı olmadan əməliyyatın videoçəkiliş aparılması  qadağandır: “Amma elə laporoskopik əməliyyatlar var, video- endoskopik təchizatı olan əməliyyat otağında aparılır və avtomatik çəkiliş olur. Videotəsvirlər olmazdan əvvəl insanlar cinayət və ayrı-ayrı hadisələrin mahiyyətini açmaq üçün xeyli alibi tapırdılar. Məsələn, analizlərin təhlili, xəstəlik tarixçəsinin araşdırılması, əməliyyat zonasına baxış da xeyli məlumatlar ortaya çıxara bilər ki, bu zaman kameraya ehtiyac qalmaz”.

Ekspert hesab edir ki, əgər xəstə əməliyyat stolunda dünyasını dəyişibsə, bu, əksər hallarda birmənalı olaraq ya qanaxmadan, ya da narkozdan baş verir: “Bu zaman məhkəmə-tibbi ekspertiza yolu ilə ölüm səbəbini dəqiqləşdirmək mümkündür ki, çox vaxt insanlar bundan imtina edir. Əslində xəstəxana şəraitində dünyasını dəyişən şəxs tibbi ekspertizanın predmetinə aiddir və onların yoxlanılması vacibdir. Meyitin yarılmasına icazə verilmədiyi halda videoçəkiliş önəmli ola bilər, amma bu, heç nəyi həll etmir və yarılmaya qədər dəqiq məlumatları ortaya çıxara bilməz”.

Adil Qeybulla videoçəkilişin həkim məsuliyyətini artıran səbəb olduğunu da inkar etmir: “Bu, həkimin işinə müsbət təsir edə bilər, o halda ki, həmin kadrlar müvafiq komissiyalar tərəfindən obyektiv araşadırılsın. Təəssüflə qeyd edirəm ki, hüquq-mühafizə orqanlarının bunu araşdırması çox vaxt korporativ maraqlara xidmət edir”.

Təklifə ehtiyac yoxdur

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə politoloq Fərhad Mehdiyevin təklifinə ehtiyac qalmadığını deyir: “Hazırda köhnə xəstəxanalar istisna olmaqla yeni tikilən bütün dövlət səhiyyə müəssisələrində cərrahiyyə əməliyyatları kameraya çəkilir. Bütün dünyada bu təcrübə var, Azərbaycanda da son illər tətbiq olunur. Yaxın gələcəkdə bütün xəstəxanalarda cərrahiyə otaqlarında kameralar quraşdırılacaq”. 

Anar Qədirli videoçəkilişlərin sırf həkim məsuliyyəti baxımından əhəmiyyətli olduğunu və xəstəlik tarixçəsi qismində istifadəyə yarayacağını bildirdi. 

O, indiyədək pasiyentlərin kameraya çəkilməsindən imtina edənin olmadığını vurğuladı.(teleqraf.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar