Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çayların sululuğunda dəyişiklik müşahidə olunmayıb“


Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-60 faizini təşkil edir.
 
İyulun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 45 m3/s olmaqla ongünlük normanın 29 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 144 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 20 m3/s təşkil edərək ongünlük normanın 23 faizinə bərabər olub.
 
İyulun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma  müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 8, Bankədə 3 sm azalma, Surrada isə 2 sm artım qeydə alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 344 sm (2015-ci il iyulun 25-də 356 sm), Salyanda 122 sm (2015-ci il iyulun 25-də 133 sm), Bankədə 191 sm (2015-ci il iyulun 25-də 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2015-ci il iyulun 25-də 66 sm) təşkil edir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar