Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çudo Peçka”dan aksiya ilə bağlı – Açıqlama

“Çudo Peçka” mağazalar şəbəkəsində çalışan işçilər 8 aydır ki, əmək haqlarını ala bilmədiklərindən şikayət edərək dünən etiraz aksiyası keşiriblər


Gunxeber.com-un əməkdaşı bu gün şirkət rəhbərliyi ilə əlaqə saxlayaraq məsələyə şirkətin də mövqeyini öyrənib. Şirkətin sahibi kimi tanınan Çingiz Cəlilova məxsus olduğu bildirilən telefona cavab verərərk özünü “Çudo Peçka”nın baş direktoru Fuad Məmmədov kimi təqdim edən şəxs bunları deyib:

“Şirkətin “Sahil” metrosunun yaxınlığındakı obyekti bağlanıb. Bu icarə haqqının yüksək olması ilə əlaqədardır. Bizim orada çalışan işçilərə borcumuz var və onu ödəyəcəyik. Sadəcə onlar maaşların dərhal ödənilməsini tələb edirlər və səs-küy salırlar. Bu şirkət indiyədək işçilərə 60 milyon manat maaş ödəyib və indi də qalan pulu ödəyəcəyik. Amma indi vəziyyət ağırdır. “Bank Standart” bizi çökdürdü, çətinlik çəkirik. İşçilərə də demişik ki, maaşları ödəniləcək, məsələni şişirtməyə ehtiyac yoxdur. Problemləri varsa,  əlaqədar qurumlara müracit etsinlər.
Qeyd edək ki, 8 aydır maaşlarını ala bilmədiklərini deyən “Çudo Peçka” işçiləri dünən Modern.az saytına açıqlamalarında şirkətin rəhbəri Anar Cəlilovun buna görə məsuliyyət daşıdıqlarını deyiblər.

“8 aydır ki, əmək haqlarımızı ala bilmirik. Dəfələrlə Anar Cəlilova etirazımızı bildirmişik. Bizə deyir ki, “3 gündən bir gəlib 20 manatınızı alıb gedin. Sizə 2000 manatı birdəfəlik verən deyiləm”. Onun 3 gündən bir təklif etdiyi 20 manatla nə etmək olar? Kirayədə qalanlarımız var. İşığın, qazın pulunu necə verək? Necə dolanaq 20 manatla?”.
İşçilər “Çudo Peçka”nın müflis olduğunu da bildiriblər.

““Çudo Peçka” şirniyyat mağazaları şəbəkəsi çökmək üzrədir. Anar Cəlilov da çox yaxşı bilir ki, biznesi çökür. Ölkədən qaçmağa hazırlaşır. Ona görə də işçilərin əmək haqlarını verməyi düşünmür”.
İşçilər bir neçə yerə şikayət edəcəklərini də deyiblər.

Qeyd edək ki,  baş verənlərlə bağlı “Çudo Peçka” mağazalar şirkətinin sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis bölməsinə çağrılıb.

Xatırladaq ki. Anar Cəlilov daha əvvəllə müğənni Röyanın keçmiş həyat yoldaşı kimi tanınmışdı.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar