Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çudo Peçka”ın sahibindən prokurorluğa şikayət edildi


“Çudo Peçka” mağazalar şəbəkəsinin işçiləri əməkhaqqılarını tələb edirlər


Mağazalar şəbəkəsinin işçisi Vüsalə Ələsgərova Modern.az-a bildirib ki, işlədikləri müddətdə almalı olduqları əməkhaqqı verilmir.

“3 il “Çudo Peçka” mağazalar şəbəkəsinin “Neftçilər”də yerləşən filialında kassir işləmişəm. Ötən ilin oktyabr ayında “Çudo Peçka” bağlandı və mən işdən ayrıldım. Biz işlədiyimiz müddətdə maaşlarımız vaxtı-vaxtında verilmirdi. 

Oktyabrda ayrılandan sonra “Çudo Peçka”nın mənə 1646 manat 80 qəpik borcu qaldı, şirkət rəsmiləri borcun qısa müddət ərzində veriləcəyini bildirsələr də, üstündən 4 aya yaxın keçməsinə baxmayaraq, pullarımız verilmir. 

Bu borcun 640 manatı əvvəldən qalan, digər hissəsi isə maaşlarımızın verilməyən hissəsidir. 

Onlar şirkətin adını dəyişib “Dop-Dolu” qoydular. Şirkətin rəhbəri Anar Cəlilov özü bizə olan borcu etiraf edib. 

Aylıq maaşımız 250 manat olduğu halda, 100-150 manat maaş verilirdi, biz də inanırdıq ki, qalan pullarımızı verəcək. Amma o, müflis olduqlarını səbəb kimi göstərərək bizim pullarımızı ödəməkdən boyun qaçırır.

Mən bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişəm. Oradan məni Baş Prokurorluğa göndəriblər. Baş Prokurorluq da müraciətimə baxaraq onu Dövlət Əmək Müfəttişliyinə göndərib. Əmək Müfəttişliyi son cavabında məhkəməyə müraciət etməyimi tövsiyə edib. 

Bu şirkətin işi hazırda məhkəmədə olduğu üçün, əlavə olaraq mən də məhkəməyə müraciət etməmişəm. Hər dəfə A.Cəlilovun özünə yaxınlaşıram, yalandan vəd verir ki, pullarınız veriləcək. 

Amma vaxt keçir və puldan xəbər yoxdu. Biz inanırıq ki, dövlətimiz qanuni yollarla haqlarımızı bərpa edəcək və istəyimiz pullarımızın verilməsidir. 

Məndən başqa da orada çalışan 20 nəfərə yaxın adam pullarını Anar Cəlilovdan ala bilmir”.

Adışəkilən şirkətin borclu olduğu işçilərin bəziləri: 

Ələsgərova Vüsalə (kassir) – 1646 manat 80 qəpik;
Sadıqov Ruslan (baş inzibatçı) - 996 manat;
Babayeva Aida (fərdi istehsal texnoloqu) - 5100 manat;
Əliyeva Nüşabə (inzibatçı) - 1333 manat;
Bəkirova Ləman (hostes) - 1735 manat;
Tağıyev Vüsal (fəhlə) - 280 manat;
Kərimova Aygün (kassir) - 650 manat;
Həsənova Asudə (kassir) - 825 manat;
Ələkbərov Azər (inzibatçı) - 525 manat.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar