Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Coca-Cola“ qiymətləri artırır


“Azerbijan Coca-Cola Bottlers” (ACCB) istehsal etdiyi məhsulların daxili bazarda satış qiymətlərinin artırılması təklifi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət edib


ACCB-nin baş direktoru Cem Becelin “Report”a verdiyi məlumata əsasən, hazırda şirkətin bununla bağlı təklifləri Dövlət Xidməti tərəfindən araşdırılır, müvafiq hesablamalar aparılır. Prosesin yekununda məsələ ilə bağlı yekun qərar qəbul olunacaq.

C.Becel qeyd edib ki, bu ilin fevral ayında Azərbaycanda aparılan milli valyutanın devalvasiyası şirkətin məcmu gəlirlərinə mənfi təsir göstərib. "Şirkətin satışla bağlı statistik göstəriciləri artıq Antiinhisar Xidmətinə təqdim olunub. Dövlət Xidməti hesablamalar apardıqdan sonra şirkətə dəyən zərərin həcmini və mümkün artımın nə qədər ola biləcəyini bildirəcək və qiymət artımının nə qədər olacağı onda müəyyənləşəcək”, - ACCB-nin baş direktoru deyib.

Baş direktor bildirib ki, ölkədə milli valyutanın devalvasiyası prosesi davam edərsə, bu, gələcəkdə şirkətin gəlirlərinə daha böyük mənfi təsir göstərə bilər.

Azərbaycanda rəqib markaların “Coca-Cola”nın satışına təsirindən danışan C.Becel bu məsələlərin satışın həcminə heç bir təsir etmədiyini və şirkətin bazardakı liderliyi qoruduğunu bildirib: “Bazarın 60%-dən çoxunun əhatəsi bir markanın əlindədirsə, digər markalarla rəqabətdə hələ narahat olmağa dəyməz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar