Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ münaqişəsinin həllinə niyə nail olunmur?”


Almaniyada Dağlıq Qarabağ haqqında kitab nəşr olunub


Almaniyanın tanınmış “Nomos” elm nəşriyyatında “Cənubi Qafqazda nə sülh, nə müharibə: Dağlıq Qarabağ münaqişəsinin zəmin şərtləri, aktorları, dinamikası” adlı kitab nəşr edilib. Kitabın müəllifi həmyerlimiz, siyasi elmlər doktoru Azər Babayevdir. A.Babayev ADA Universitetinin elmi tədqiqatçısı olmaqla yanaşı, Almaniyanın Frankfurt Sülh Araşdırmaları İnstitutunun (PRIF) qonaq qismində elmi işçisidir.

Müəllif Ermənistan-Azərbaycan müharibəsində atəşkəsin 20-ci ildönümü ərəfəsində işıq üzü görən bu kitabında Dağlıq Qarabağ münaqişəsinin həllinin indiyədək niyə mümkün olmaması sualına cavab tapmağa çalışır. Bu məqsədlə kitabda münaqişənin zəmin şərtləri, cəlb olunmuş aktorlar və problem ətrafında cərəyan edən proseslər hərtərəfli araşdırılır. Müəllif konkret olaraq münaqişənin genezisini təhlil edir və bunun əsasında aktorların məqsəd və maraqlarını, eləcə də onların problem ilə bağlı zaman ərzində qəbul etdikləri siyasi qərarları nəzərdən keçirir. Münaqişənin sistemli təhlili və bununla analitik mənzərəni tamamlamaq üçün kitabda müharibədən sonrakı mərhələdə problem ətrafında cərəyan edən siyasi dinamika da işıqlandırılır.

Bəzən Dağlıq Qarabağ “dondurulmuş” münaqişə hesab edilməklə postsovet məkanında ən uzunömürlü ərazi münaqişəsidir. Elə ilk olaraq buradan problemin xüsusi çətinliyi aydın şəkildə görünür. Kitabda nəticə olaraq nəinki münaqişənin tarixi köklərinin mürəkkəbliyi, habelə problemin həllinə cəlb olunmuş beynəlxalq və regional aktorlar arasındakı münasibətlərin və onların cari maraqlarının təzadlılığı vurğulanır.

A.Babayev münaqişə haqqında bu kitabı yazmaq zərurətini belə izah edir: “Bir neçə ildir ki, məni bir tədqiqatçı kimi sadə, amma vacib bir sual düşündürürdü. Dağlıq Qarabağ münaqişəsinin həllinə niyə nail olunmur? İllərdən bəri diplomatik dairələrdən sülh danışıqlarında tərəflərin əsaslı irəliləyişlərə çox yaxın olmaları haqqında dəfələrlə xəbərlər yayılsa da, postsovet məkanının bu çox mürəkkəb münaqişəsi hələ də həll edilməmiş və Cənubi Qafqazda davamlı sülh və əmin-amanlığın bərqərar olması isə qeyri-müəyyən olaraq qalır. Qalan həm də artıq 20 ildən bəri Ermənistan ilə Azərbaycan arasında hökm sürən qeyri-sabit “nə sülh, nə müharibə” şəraitinin davamlı ola bilməməsinə dair aydın bir əminlikdir: Hər keçən il, nə qədər ki Dağlıq Qarabağ münaqişəsi tərəflər arasında təməli möhkəm bir sülh müqaviləsinin bağlanması ilə həll edilmir, onun yeni bir “isti” müharibəyə çevrilmə ehtimalı artmış olur.

Uzun sürən sülh danışıqları prosesinin bu durumunu nəzərə alaraq bir necə il öncə Ermənistan-Azərbaycan münaqişəsi haqqında sistemli bir elmi araşdırma aparmağı və əldə olunan tədqiqat nəticələrini kitab şəkilində nəşr etdirməyi qərara aldım. Bununla ilk növbədə alman dilli məkanda aparıcı elmi və siyasi dairələrin diqqətini 20 ildir ki davam edən bu ədalətsiz və təhlükəli duruma yönəltməyə çalışmışam”.(azər tac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar