Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ separatizmin bazasıdır”


“Postsovet məkanında ilk sistemli şəkildə üzə çıxan münaqişə Dağlıq Qarabağ münaqişəsi olub”


Bu sözləri Axar.az-a açıqlamasında Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, politoloq Ceyhun Mahmudlu Dağlıq Qarabağa oxşar separatizmin ssenarilərindən danışarkən deyib.
 
Politoloqun sözlərinə görə, postsovet məkanında münaqişələrin baş verməsinin yeganə səbəbi işğalçı Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymamasıdır:
 
“Sistemli şəkildə üzə çıxan ilk münaqişəni Dağlıq Qarabağ münaqişəsi hesab etmək olar. Təbii ki, bunun da kökləri  1988-ci ildən başlayır. Bu tarixdə isə hələ də sovet ittifaqı dağılmamışdı. Sovet İttifaqı kimi çoxmillətli imperiyaların dağılması dünyadakı son münaqişələrin baş verməsi ilə  nəticələndi. Belə bir nəzəriyyə elmdə də hakimdir. Hətta Ukrayna müharibəsi də bunu sübut edir. Bunun da baş verməsinin müəyyən səbəbləri var. Hətta 1990-cı illərdə dünya müəlliflərinin Rusiya və Ukrayna arasında münaqişə çıxacağına dair mülahizələri təəssüflər olsun ki, özünü doğrultdu. İndi də məhz həmin səbəblər üzündən Rusiya-Ukrayna müharibəsi baş verir”.
 
Ceyhun Mahmudlu onu da qeyd etdi ki, konkret olaraq postsovet məkanı dövründən bu yana münaqişələrin əsas baş vermə səbəbi separatizm olub. 

“İlk separatizmin təməlini isə əlbəttə ki, ermənilər qoyub. Bir müddət bundan öncə Abxaziya, indi də Krımı məhz Dağlıq Qarabağa oxşar separatizmin ssenarisi adlandırmaq olar. Bu, bir tarixi faktdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar