Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ və ona bitişik rayonlarda bir nəfər də azərbaycanlı qalmayıb”

“Ermənistan siyasəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda bir nəfər də azərbaycanlı qalmayıb”


“Regiondakı sovetləşmədən öncə Ermənistanın indiki paytaxtı Yerevanda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Zaman-zaman zorla deportasiya siyasəti nəticəsində onlar öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar”.
 
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında çıxışı zamanı deyib. O bildirib ki, sovet dövründə terrorçu qrupların fəaliyyəti nəticəsində azərbaycanlı əhali yaşadığı yerləri tərk etmək məcburiyyətində qalıb: “Yüzlərlə insan ölüb. Onların çoxu aclıqdan və susuzluqdan yollarda həlak olub. Ermənistan ərazi iddiaları nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda bir nəfər də azərbaycanlı qalmayıb. Xocalı soyqırımını xatırlatmaq istəyirəm. 1992-ci ildə 24 saat ərzində şəhər yer üzündən silindi. Qocalar, qadınlar, uşaqlar öldürüldü. Sadəcə, ona görə ki, onlar azərbaycanlı idilər. Bunlar Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasətinin nəticəsidir. Onlar məktəbdən başlayaraq uşaqlarına azərbaycanlılara qarşı düşmənçilik öyrədirlər”.
 
Münaqişədən erməni əhalinin də əziyyət çəkdiyini vurğulayan nazir müavini qeyd edib ki, Ermənistan əhalisinin yarısı artıq ölkəni tərk edib. “Çünki Ermənistan bütün qonşularına - Türkiyəyə, Gürcüstana ərazi iddiaları irəli sürür və Azərbaycan torpaqlarını işğal edib”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar