Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağda ümidsizlik atmosferi hökm sürür”



“Spiegel” jurnalının sabiq əməkdaşı separatçı bölgədə olub; Xocalıya da baş çəkən alman politoloq: “Burada heç bir iqtisadi inkişaf yoxdur...”


Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli qeyri-müəyyən müddətə qalıb. Onsuz da ATƏT-in Minsk Qrupu çərçivəsində problemin dinc və ədalətli həllinə yönəlik ortaq və sanballı təkliflər yox idi, bu yandan da Qərb-Rusiya münasibətlərinin yeni “soyuq savaş” dövrünə girməsi olan-qalan ümidlərin də üstündən xətt çəkdi. 

Problemin ədalətli həlli isə ilk öncə ona ədalətli, yəni beynəlxalq hüququn norma-prinsipləri və BMT Nizamnaməsi prizmasından, Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin mahiyyətindən, habelə Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı adlandıran qətnamələrinin məntiqindən baxmağı diktə edir. 

Başqa sözlə, işğalçı öz adı ilə çağırılmayınca, Azərbaycan daimi və ədalətli sülhə ümid etməyə bilər. Əfsuslar olsun ki, sadalanan sənəd-qətnamələrə, BMT nizamnaməsinə rəğmən, Minsk Qrupunun 3 həmsədr ölkəsi - ABŞ, Rusiya və Fransa heç vaxt təcavüzkarı barmaqla göstərməyib. Onlardan biri (Rusiya) hətta özü ikiqat təcavüzkar statusunda, digər ikisi isə ərazi bütövlüyümüzə münasibətdə ikili standart mövqeyindədir. 

Yəni əslinə qalanda Rusiya ilə Qərb arasında Ukrayna üstündə ədavət olmasaydı da, bizim üçün Qarabağ məsələsində ümidverici bir şey olmayacaqdı. Necə ki, həqiqətən yox idi də. Nə yazıq ki, Minsk Qrupu həmsədrliyi bütünlüklə ermənipərəst və yaxud erməniyə gizli rəğbəti olan dövlətlərdən ibarətdir. 

Keşkə, zamanında rəsmi Bakı həmsədrlikdə Fransanın yerinə Türkiyənin, yaxud ərazi bütövlüyümüzü daima birmənalı şəkildə dəstəkləyən və Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayan Almaniyanın gətirilməsinə nail olaydı. İndi bu yöndə müzakirələr təzədən gündəmə gəlsə də, bir az gecikmiş kimi görünür. Çünki Ermənistanın və onun yiyəsi Rusiyanın buna razılıq verməsi asan olmayacaq. Vasitəçilikdə isə münaqişə tərəflərinin hamısının razılığı tələb olunur. 

***
Almaniyadan söz düşmüşkən, bu yaxınlarda ölkənin nüfuzlu nəşrlərindən olan “Der Spiegel” jurnalının keçmiş əməkdaşı, politoloq və publisist Rixard Kissler Güney Qafqazda sabitlik və təhlükəsizlik mövzusunda keçirilən simpoziumda çıxışı zamanı Dağlıq Qarabağa etdiyi səfərin təəssüratlarından da danışıb. 

Politoloq erməni işğalçı qüvvələri tərəfindən viran qoyulmuş, Azərbaycan xalqına qarşı soyqırımın törədildiyi Xocalı şəhərinə də baş çəkib: “Mən bu şəhərdə, Xocalıda oldum... Yalnız onu deyə bilərəm ki, bu, olduqca qəmli, ürək ağrıdan mənzərə idi. Hər yerdə dağıntıların izləri görünürdü. Ara-sıra bura köç eləmiş ermənilərə də rast gəlmək mümkündür. Mənim onlardan bəzilərinə Xocalı faciəsi haqda sual vermək imkanım da oldu”.

Politoloqun sözlərinə görə, ermənilər ona Xocalı məsələsi haqda ya eşitmək, bilmək belə istəmədiklərini söyləyiblər ya da böyük həvəslə deyiblər ki, guya “azərbaycanlıları elə Azərbaycan ordusunun özü qırıb-çatıb”. “Bununla da onlar real tarixi həqiqəti bütünlüklə təhrif edirdilər” - bildirir alman analitik. 

Publisist daha sonra deyib: “Əgər bir az da qabağa - Şuşaya getsək, orada unudulmuş məscidi, dağıntılar içində kitabxanaları görə bilərsiniz. Bütövlükdə Dağlıq Qarabağda mən heç bir pozitiv iqtisadi inkişaf görmədim. Ora heç kim sərmayə qoymur: ermənilərin buna pulları yoxdur. Rusiya da bu məsələyə qarışmır. Dağlıq Qarabağ - gözəl bölgədir. Və mənə, bir alman olaraq o, öz landşaftları ilə Şvartsvaldı xatırlatdı. Ancaq orada ümidsizlik atmosferi hökm sürür”.  

*** 
Alman politoloqun söylədikləri bir daha erməni tərəfinin Dağlıq Qarabağda guya “müasir, demokratik dövlət” qurulduğu haqda yalan və nağıllarını puç edir. Eyni zamanda Xocalı soyqırımı ilə bağlı düşmən təbliğatının artıq dünyada yerimədiyini, dişsiz olduğunu ortaya qoyur. Nəhayət, dağıdıcı erməni separatizminin bölgə ermənilərinə səfalətdən və zəlalətdən savayı heç nə gətirmədiyini əyani sübut edir. 

Bu məntiqlə ermənilər çoxdan separatçılığın, blokada vəziyyətinin son dərəcə ağır nəticələrindən məyus olub da, Azərbaycanla, Türkiyə ilə dil tapmağa çalışmalı idilər. Lakin belə bir şey yoxdur, görünmür. Ermənistanın özü sürətlə boşalsa da, səfalət, işsizlik əlindən iş qabiliyyətli olan-qalan əhalinin başqa ölkələrə (o cümlədən, nə qədər qəribə də olsa, Türkiyəyə də) axını davam eləsə də, rəsmi İrəvan destruktiv mövqeyindən əl çəkmək istəmir. 

Səbəb erməni boynuna almasa da, bəllidir - Ermənistanın məsələdə müstəqil söz sahibi olmaması, Rusiyanın əlində alət rolunda çıxış eləməsi, Rusiyanın isə problemin həllini istəməməsi və Kremlin Qarabağ ixtilafı hesabına Azərbaycanla Ermənistanı uğurlu şəkildə öz nəzarətində saxlamaq siyasəti.

İkinci mühüm səbəb əlbəttə ki, böyük güclərin, o sırada vasitəçi dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə yanaşmada yürütdükləri ikili standart siyasətidir. Bu siyasət, həmçinin Moskvanın məsələdən müstəsna olaraq öz maraqları naminə yararlanmaq niyyəti pozitiv dəyişikliyə məruz qalmayınca, problem yerindən tərpənməyəcək. Deməli, regionda böyük müharibənin alovlanması təhlükəsi də aktuallığını itirməyəcək.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar