Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Darül Bir” Xeyriyyə Cəmiyyəti təkzib etdi


Bu gün haqqında bir sıra informasiya portallarında xəbər yayılan “Darül Bir” Xeyriyyə Cəmiyyətindən açıqlama gəlib. Cəmiyyətin Azərbaycan Nümayəndəliyi həbs və dini təriqətlərlə əlaqəsi iddiasını rədd edib:


Bu gün bizimlə bağlı yazılan xəbər həqiqətə uyğun deyil.

Belə ki, Azərbaycanda 20 ildən artıq fəaliyyət göstərən təşkilatımız ölkəmizin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bizim fəaliyyətimiz daim şəffaf olmuşdur və bu müvafiq dövlət qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycanımızın ən ağır günlərində – 1994-cü ildə dövlət qeydiyyatına alınan   təşkilatımız ,erməni təcavüzü nəticəsində ölkəmizdə olan bir milyondan çox  qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyətlərdə aktiv iştirak edən təşkilatımız bu vaxta qədər heç bir dini-milli-siyasi fəaliyyətlə məşğul olmamışdır.
Humanitar təşkilat olduğumuz üçün vergidən azad olan “Darul-Bir” Xeyriyyə Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin fəaliyyəti hazırda Vergilər Nazirliyi tərəfindən yoxlanılmaqdadır. Hər hansı bir üzvümüzün həbs olunması və ya saxlanılması xəbəri doğru deyil. Biz Azərbaycanın bütün dövlət qurumları kimi vergi orqanları ilə də əməkdaşlıq edir və fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə uyğun aparırıq.
Qeyd edək ki, “Darul-Bir” Xeyriyyə Cəmiyyəti 1979-cu ildə, Birləşmiş Ərəb Əmirlikləri dövlətində Əmək və Sosial Məsələlər Nazirliyinin 23/79 saylı sərəncamı ilə təsis edilmişdir. “Darul-Bir” adı ilə qeydiyyatdan keçən cəmiyyət xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Birləşmiş Ərəb Əmirlikləri dövlətinin vitse prezidenti, eyni zamanda Baş nazir və Dubay şəhərinin meri olan Şeyx Muhəmməd ibn Raşid Al Məktum tərəfindən təsdiq edilmiş idarə heyyəti sözügedən cəmiyyətə rəhbərlik edir.
“Darul-Bir Xeyriyyə Cəmiyyətinin Azərbaycan Nümayəndəliyi 1994-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində açılmışdır. Cəmiyyət Bakıda fəaliyyətə başladığı gündən etibarən Azərbaycan hökuməti, xüsusən Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilib, dəyərli Azərbaycan xalqının xidmətində durmuş və öz köməyini heç zaman əsirgəməmişdir. Müxtəlif humanitar və bu sahədəki inkişaf layihələrinin müəllifi olan “Darul-Bir” Xeyriyyə Cəmiyyətinin Azərbaycan Respublikasındakı əsas fəaliyyəti ata qayğısından məhrum olmuş uşaqlarla bağlıdır. Valideyn himayəsinə son dərəcə ehtiyacı olan, lakin bundan sonrakı həyatlarını atasız yaşamağa məhkum olmuş körpələrə bu acını mümkün qədər unutdurmaq, maddi dəstək olmaqla onların məişət problemlərini qismən də olsa həll etmək Cəmiyyətin ali məqsədidir. Cəmiyyət yetim uşaqların himayəyə götürülməsi layihəsi çərçivəsində sayı getdikcə artmaqda olan bu uşaqları müəyyən məbləğdə aylıq maddi yardımla təmin edir. 2007-ci ildən etibarən “Darul-Bir” Xeyriyyə Cəmiyyəti aztəminatlı ailələrin himayəyə götürülməsi layihəsi çərçivəsində Azərbayca2n Respublikasının aztəminatlı ailələrinə də yardım göstərir. Sözügedən layihədən hal hazırda Respublikanın müxtəlif bölgələrinə mənsub, əksəriyyəti qaçqın və məcburi köçkün olmaqla onlarla aztəminatlı azərbaycanlı ailəsi yararlanıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar