Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dərinsulu Günəşli“ platformasından hasilat dayandırılır


Hasilat sentyabrın 1-dən başlayaraq təxminən 11 gün ərzində dayandırılacaq


Sentyabr ayında "Dərinsulu Günəşli" platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək. "Report" xəbər verir ki, bu barədə "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan "BP-Azerbaijan" şirkətindən bildirilib.

Qeyd olunub ki, bu, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq həyata keçiriləcək.
"Plana əsasən, "Dərinsulu Günəşli" platformasından hasilat sentyabrın 1-dən başlayaraq təxminən 11 günlük dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir", - deyə şirkətdən bildirilib.

Bu proqramın hazırlığına 2015-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2016-cı ilin iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

Qeyd olunub ki, digər platformalardan - "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Çıraq", "Qərbi Çıraq" və "Şahdəniz" paltformalarından hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Qaz Boru Kəməri və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam edəcək.

"Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyəti üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür", - deyə şirkətdən qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar