Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dərsliklərin elmi məzmununa ciddi diqqət yetirilməlidir“


Son vaxtlar X sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri mətbuatda geniş müzakirəyə səbəb olub


PİA.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi bu məsələ ilə bağlı institutun direktoru, akademik Yaqub Mahmudov məsələ ilə bağlı AzərTAc-a açıqlama verib.

Tarixçi-alimin açıqlamasında bildirib ki, son vaxtlar kütləvi informasiya vasitələrində ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında yeni tərtib edilmiş “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslikləri ilə əlaqədar geniş ictimai müzakirələr aparılıb: “Bu, müsbət haldır. Bu müzakirələri biz Tarix İnstitutu olaraq normal hal hesab edirik. Lakin bəzi yazılarda Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu ilə Təhsil Nazirliyi arasındakı ənənəvi işgüzar münasibətlər üzərinə kölgə salmaq cəhdlərini tamamilə əsassız və qeyri-etik sayırıq. Birmənalı şəkildə bəyan edirik ki, Təhsil Nazirliyi rəhbərliyinin təhsilimizi inkişaf etdirməyə yönəlmiş yenilikçi fəaliyyətini, o cümlədən orta məktəblərin keyfiyyətli dərsliklərlə təmin edilməsi sahəsindəki səylərini yüksək qiymətləndiririk. Tarix İnstitutu və Təhsil Nazirliyi arasındakı sıx əməkdaşlığın bariz nümunəsidir ki, ümumtəhsil məktəblərinin V, VII-IX sinifləri üçün “Azərbaycan tarixi” və VII-IX sinifləri üçün “Ümumi tarix” dərslikləri tarixçi alimlərimizin müəllifliyi ilə nəşr edilib. Tarix İnstitutunun rəhbərliyi, həmçinin “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəblərdə müntəzəm surətdə görüşlər keçirir, şagirdlərə Azərbaycanın görkəmli dövlət xadimləri, sərkərdələri, elm və mədəniyyət xadimləri haqqında obyektiv informasiya çatdırılmasına fəal surətdə kömək göstərir. İnstitutda tez-tez orta məktəb şagirdləri ilə görüşlər keçirilir.
 
Bu cür normal münasibətlərin nəticəsidir ki, Təhsil Nazirliyi 2017-ci il aprelin 4-də 2-8-12/16 saylı məktubla Tarix İnstitutuna müraciət edərək ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında yeni tərtib edilmiş “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri ilə tanış olmağı, təklif və iradlarını bildirməyi xahiş edib. Tarix İnstitutunun rəhbərliyi bu müraciətə cavab olaraq institutun görkəmli alimləri və dərslik yazılması sahəsində səriştəsi olan mütəxəssislərdən ibarət işçi qrup yaradıb. İşçi qrupu yuxarıda göstərilən dərsliklərin layihələrini diqqətlə ekspertizadan keçirib və ciddi qüsurlar aşkar edib. Müəyyən edilib ki, dərslik layihələrinin müəllifləri çoxlu sayda plagiat hallarına, elmi səhvlərə, təhriflərə, təkrarlara, orfoqrafiya və üslub xətalarına yol verib. Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib. “Azərbaycan tarixi” dərsliyi xronoloji cəhətdən ən qədim çağlardan XIX əsrin əvvəllərinə, yəni, Azərbaycanın Rusiya və Qacarlar dövlətləri arasında bölüşdürülməsinə qədərki dövrü əhatə etməli olduğu halda, XVIII əsrin sonunda xanlıqların bir qismindən bəhs etməklə yekunlaşdırılıb.
 
Hər iki dərslikdə aşkar edilən nöqsanlar və plagiat faktları haqqında Təhsil Nazirliyinin rəhbərliyinə Tarix İnstitutunun cavab məktubunda geniş məlumat verilib. Bu məlumatdan dərhal sonra “ən yaxşı” dərslik kimi yüksək bal verilən “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin müəllifləri bəzi nöqsanları tələm-tələsik aradan qaldırıb, eyni zamanda, çoxlu sayda digər qüsur və plagiat faktlarının müdafiəsinə qalxıblar.
 
Dərslik yazılması kimi son dərəcə məsuliyyətli və ciddi bir işə belə yanaşmaya cavab olaraq işçi qrupunun üzvləri dərsliklərdə aşkar etdikləri ciddi qüsurlar və plagiat faktları haqqında ictimaiyyətə açıqlamalar verməli olublar. Dərslik layihələrinin müəllifləri bunu hiddət və əsəbiliklə qarşılayıb, nöqsanlara və plagiat faktlarına haqq qazandırmaq mövqeyindən cavablar veriblər”.
 
Y.Mahmudov Tarix İnstitutunun rəhbərliyi adından bəyan edib ki, orta ümumtəhsil məktəbləri üçün yüksək peşəkarlıqla yazılıb: “Şagirdlərimizdə Vətənimizə, xalqımıza sevgi aşılayan, keçmişimizlə qürur duymağa, tarixi şəxsiyyətlərimizi olduğu kimi tanımağa, fəaliyyətlərini obyektiv qiymətləndirməyə imkan verən yüksək keyfiyyətli dərsliklər hazırlanmasını çox mühüm dövlət əhəmiyyətli strateji vəzifə sayır və bu sahədə əvvəlki kimi, yenə də Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyi çox vacib hesab edir. Təqdirəlayiq haldır ki, Təhsil Nazirliyinin 2017-ci il iyulun 7-də Tarix İnstitutuna ünvanladığı 02-08-1458/16 saylı cavab məktubunda bu elm müəssisəsinin dərsliklərin ideologiyası, yazı üslubu və s. ilə bağlı narahatlığını qəbul etdiyini bildirib və tarix fənni üzrə növbəti dərslik layihələrinin qiymətləndirmə qruplarının tərkibinə “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin hər biri üzrə Tarix İnstitutundan bir nəfər əməkdaşın ekspert kimi namizədliyinin təqdim edilməsi təklifini irəli sürüb. Tarix İnstitutunun rəhbərliyi bu təklifi təhsilin elmlə inteqrasiyasını daha da inkişaf etdirmək istəyi kimi məmnuniyyətlə qəbul edir. Azərbaycan Respublikası Prezidentinin Tarix İnstitutunu respublikada tarix üzrə araşdırmaların başlıca və əsas mərkəzi kimi dəyərləndirməsinin bütün məsuliyyətini dərindən dərk edən və fəaliyyətində dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməyi başlıca amal sayan bu elm müəssisəsinin kollektivi Təhsil Nazirliyi ilə dərslik yazılması və qiymətləndirilməsi sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bəyan edir”.
 
İnstitut direktoru fikirlərini belə tamamlayıb: “Sonda bu cür qüsurlu dərslik layihələrinin gələcəkdə də yazılmasının qarşısının alınması üçün nəşriyyatlara məsləhət görərdik ki, dərslik layihəsi yazılması üçün müqavilə bağladıqları müəlliflərin dərslik yazılması sahəsindəki təcrübəsini, elmi, pedaqoji fəaliyyətini, bu işə nə dərəcədə mənəvi haqqı olduğunu diqqətlə araşdırsınlar. Əlbəttə, zəngin pedaqoji təcrübəsi olan orta məktəb müəllimləri metodist kimi bu işə cəlb olunmalıdırlar. Lakin elmə mühüm töhfələr verən, dərslik yazılması sahəsində zəngin təcrübəsi olan peşəkar tarixçi alimləri, o cümlədən Tarix İnstitutunu bu işdən təcrid etmək yolverilməzdir. Çoxlu qüsuru olan dərslik layihələrinə müsbət rəy verən və sonra da bu zərərli hərəkətinə haqq qazandırmağa çalışan “ekspertlərə” isə tövsiyəmiz budur ki, ekspertiza zamanı dərsliklərin müəyyən edilmiş standartlara uyğunluğuna, xüsusən də elmi məzmununa daha ciddi diqqət yetirsinlər”.
 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar