Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dilənərək, borc-xərclə Həccə gedirlər”


“Həcc ziyarətinə getmək üçün imkanın yoxdusa, getmək vacib sayılmır. Bəzən olur ki, insanlar kimdənsə borc alırlar ki, ziyarətə gedirəm. Kiminsə getməyinə kömək göstərmək yaxşı bir şeydir. Amma insanın özünün imkanı yoxdursa, imkansız vəziyyətdə Həcc ziyarətinə getməsinin heç bir mənası yoxdur”


Bunu Azvision.az-a millət vəkili Fazil Mustafa bildirib. 

Həcc ziyarətinin bahalaşmasına münasibət bildirən deputat qeyd edib ki, imkanı olmayan şəxslərin borcla ziyarətə getməsi düzgün deyil:

“Ola bilər ki, qiymətlərin qalxmasının subyektiv səbəbləri var. Bunu dəqiq deyə bilmərəm. Daha çox obyektiv səbəblərlə bağlı olduğu müşahidə olunur. Çünki müvafiq qurum istəməz ki, Həcc ziyarətinə gedənlərin sayı azalsın. Belə olsa özlərinin məsrəfləri müəyyən dərəcədə arta bilər. Nə qədər çox adam gedərsə, məsrəflər bir o qədər olar. Bunun bütövlükdə şikayət kimi cəmiyyətə çatdırılmasının tərəfdarı deyiləm. İmkan yoxdursa, getmək lazım deyil. İmkanın varsa, lazım olan məbləği toplamısansa, o zaman getmək daha doğrudur. Aşağı qiymətlər olsa, insanlar arzularına görə gedərlər”. 

Deputat digər bir məsələyə toxunaraq qeyd edib ki, Azərbayycanda Həcc ziyarəti mədəniyyəti xeyli aşağıdır:

“Əksər azərbaycanlının Həcc ziyarətində davranışları digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Ona görə də bunun üzərində daha çox düşünmək lazımdır. Həcc ziyarəti mədəniyyətini yüksəltmək vacibdir. İbadət üçün normal şərait yaradılmalıdır. Əsas bunları təmin etmək lazımdır. Ona görə də bu problemin Qafqaz Müsəlmanları İdarəsinə yüklənmək üçün istifadə olunmasının tərəfdarı deyiləm. Araşdırılsın ki, həqiqətən məsrəflər nədir, onu şəffaf şəkildə insana çatdırmaq lazımdır. Elə sahə var ki, orada qapalılıq olmaz. Belə olanda insanda şübhə olur. O baxımdan bütün detalları orada qeyd etməlidirlər ki, hara nə qədər xərc çəkilir ki, qiymət bu qədər qalxır. Bunu etsələr insanlar narazılıq olmaz, rahatlıq və anlayışla qarşılıyarlar ki, ora gediş-gəliş Azərbaycanda asılı olan məsələ deyil”. 

Özünün də Həcc ziyarətində olduğunu deyən F.Mustafa qeyd edib ki, bizdə insanlar Yesentuki istirahət zonasına necə gedirlərsə, təqribən Həccə də eyni platformada gedirlər. 

“Yesentukidə müalicə alıb gəlməsinə baxmayaraq, həmin yeyib-içməyini davam etdirir, müalicədən əvvəlki həyat tərzini davam etdirir. Bir ildən sonra yenə gedir. Ora sağlamlıq üçün gedib müalicə alır, sonra gəlib həyat tərzi ilə özünü xəstələndirir. Həccə gedən insanların da müəyyən qismi gedir titul alıb, öz adının qabağına qoyur. Ölkəyə qayıdandan sonra da öz köhnə həyat tərzini davam etdirir. Bu saxtakarlıq daha çox bizim ölkədə yayılıb. Ona görə də bu Həcc mədəniyyətini xeyli aşağı salır. Bunun üzərində düşünmək daha məqsədəuyğundur”. 

Milli Məclisin üzvü vurğulayıb ki, bir nəfərin dəfələrlə Həcc ziyarətinə getməsinə qətiyyən ehtiyac yoxdur: 

“Ümumiyyətlə bu məqbul sayılmır ki, kimsə dilənərək, kimdənsə borc götürüb Həcc ziyarətinə gedir. Bu heç bir halda qəbul olunmur. Həcc yeganə ziyarətdir ki, Allah buyurur ki, yalnız buna imkanı çatanlar getsinlər. İmkanı çatan adam olsa belə, qonşusuna, yaxınlarına borcludursa, yaxud da hansısa, halallıq almadığı hər hansı bir hadisə varsa, heç onun da getməyi məqbul sayılmır”.

Millət vəkili hesab edir ki,Azərbaycan yeganə ölkədir ki, burada hacı, məşədi, kərbalayi adları hər kəsin adının qabağında titul olaraq düzülür. İnsanlar sırf ziyarət üçün deyil, rekmal xatirinə ziyarətə yollanırlar.

“Gerçək ibadətdən çox adı düşünürlər. Elə düşünürlər ki, bu adım olarsa, o zaman mötəbərliyim qalxacaq. İnsan işləyər, pulun yığar, həm də öz əməli ilə də cəmiyyətdə Həcci əhatə edər və Təsadüfən pul tapdımsa, ziyarətə getmək olmaz. Yaxud da oğlum filan vəzifədə işləyir, camaatı çapıb-talayır, oradan gətirdiyi pulla məni Həcc ziyarətinə göndərir. Bu da qəbulolunmazdır. Yəni elə şeylər var ki, İslamın Azərbaycan modelidir və dində belə yanaşma ancaq bizim ölkədə mümkündür. O baxımdan da düşünmək lazımdır ki, Həcc ziyarətini saxtakarlıq yerinə çevirmək günahdır və doğru addım deyil”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar