Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Din ona görə lazımdır ki, quyruğun qapı arasında qalanda azana “xod” verə biləsən” - Həftənin sitatları


İlham Şaban: “Türkiyəni belə getsə Pakistan yolu gözləyir...onlar da şıllaq atdılar və görün nə günə qalıblar...”


Əsəd Qaraqaplan: “Sən Novruzəlinin avamlığına gülə bilərsən, amma onun saflığına yüksələ bilmərsən”. 

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Bu, Türkiyənin dövlətçiliyinə və xalqına qarşı törədilən dəhşətli cinayətdir”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan: “Biz bu günə qədər duyğusal olmadıq. Qərarlarımızı verərkən min dəfə düşündük. Unutmayın ki, biz intiqamçı deyilik. Ən böyük intiqam sahibi Allahdır”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev: Ermənistan rəhbərliyi özünü gülünc vəziyyətə qoyub”.

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov: “Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız, prezident də bütün gecəni çox narahat olub. Bunu bütün Azərbaycan edib və bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir, Türk xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir”.

Türkiyə Baş naziri Binəli Yıldırım: “Radikal islamçı təbliğçi, Türkiyədəki hərbi çevrilişdə ittiham edilən Fətullah Güləni gizlədən bir ölkə (ABŞ) Ankaranın dostu ola bilməz”.

Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Qılıcdaroğlu: “Bu ölkə çevrilişlərdən çox çəkib. Eyni çətinliklərin yenidən yaşanmasını istəmirik. Respublikaya və demokratiyamıza sahib çıxır, inancımızı əskiksiz bir şəkildə qoruyuruq”.

İsrailin “Haaretz”qəzeti: “Sosial şəbəkələrlə və eləcə də digər yeni texnoloji vasitələrlə yayılan Ərdoğanın müraciəti, qiyamın yatırılmasında öz rolunu oynayıb. Taleyin kinayəsinə bax ki, 2013-cü ildəki hökumət əleyhinə nümayişlər zamanı interneti və sosial şəbəkələri kəskin şəkildə tənqid edən Türkiyə prezidenti,elə həmin vasitələrin köməyi ilə də xalqa müraciət etdi”.

Ankara  meri Melih Gökçek: “Mən, Melih Gökçek deyirəm ki, bizim Rusiya ilə münasibətləri bu alçaqlar korladılar”.

Türkiyənin keçmiş genelkurmay başqanı İlker Başbuğ: “Öz parlamentini bombalayan, öz xalqını atəş açanlar türk əsgəri ola bilməz. Bunlar bir yerlərdən əmr alan terrorçulardı”. 

Millət vəkili Fazil Mustafa: “Günün ən axmaq tezisi , qiyamın Ərdoğanın özü tərəfindən təşkil olunması barədədir”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Ukrayna və Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır”.

Ukrayna prezidenti Pyotr Poroşenko: “Ukrayna Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışlayır”.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Biz dinlə yox, dini radikalizmlə mübarizə aparırıq”.

Türkiyənin keçmiş genelkurmay başqanı İlker Başbuğ: “Çevriliş cəhdində iştirak edən əsgərlərdan, çavuşlardan istifadə ediblər. Mən onların bu olayları planlayan rütbəli hərbçilərdən ayrı mühakimə olunmasını istəyirəm. Aldadılan və həbs olunan Mehmetcikləri onlarla eyni tərəziyə qoymaq olmaz”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir”.

Müdafiə Sənayesi naziri Yavər Camalov: “Qısa müddət ərzində bir sıra milli zirehli maşınlar Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarına veriləcək”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov:  “Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını alqışlayırıq”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Ancaq ərəblərə Ərdoğan hökuməti türk vətəndaşının qazancından milyardlarla para xərcləyə bilər...Türkiyəni belə getsə Pakistan yolu gözləyir...onlar da şıllaq atdılar və görün nə günə qalıblar...”

Ermənistan prezidenti Serj Sarkisyan: “İndi türklər deyirlər ki, Türkiyə xalqı “soyqırım” edə biləcək millət deyil. Biz Türkiyə xalqını yox, o dövrkü hakimiyyəti günahlandırırıq. Biz indi də türk xalqını günahl andırmırıq. Heç kim heç vaxt mənim dilindən türk xalqı haqqında pis bir söz eşidə bilməz”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu: “Fətullah Gülən amilini bu qədər qabartmaqla AKP hökuməti diqqəti Türkiyədəki problemlərin əsas səbəblərindən yayındırmağa çalışır”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Heydər Əsədov kənd təsərüfatının qənimidir. Onun bu sahədən başı çıxımır. Hazırkı bərbad durumun tək günahkarı Heydər Əsədovdur. Prezident 12 milyon pul ayırdı, Heydər Əsədov həmin pullara gedib Həsən Əliyev küçəsində villa alıb. Aldığı gübrələrin, dərmanların heç bir təsiri yoxdur, çünki onları ermənilərdən alır. Heydər Əsədov həbs edilməlidir”.

Prodüsser Tarıx Əliyev(Tolik): “Deməli, gərək mən nəsə yazaydım ki, icra başçısı dilə gələydi. Məni tanımasanız da olar, əsas olan odur ki, Azərbaycanda işimlə tanınan prodüserəm... Elə də ki, qələti siz mənə yedizdirə bilməzsiniz. Sizi prezident o vəzifəyə kef eləməyə yox, xalqa xidmət etməyə qoyub, bunu unutmayın. 

Politoloq Natiq Miri: “İndiki şəraitdə hüquqi statusun razılaşdırılmasına dirəniş göstərən Xəzər hövzəsinin iki ən böyük qüvvəsi olan Rusiyaİrandır”.

Jurnalist Pərvin Kazımoğlu: “...Çünki Raquf Orucov kimi qəhrəmanlar unudulmur, unudula bilməz. Vətəndaş olaraq bizim buna haqqımız yoxdu. Öz əsgərlərini - sıravi Azərbaycan övladlarını qorumaq naminə canını qurban vermiş bu qəhrəmanımızı və qəhrəmanlarımızı unutmaq dünənimizə, bu günümüzə, sabahımıza və tariximizə xəyanətimizdi...”

Təhlükəsizlik və regional geosiyasət məsələləri üzrə ekspert Arzu Nağıyev:Ermənistanda işsizlik, iqtisadi çətinliklər də əsasən ölkədaxili miqrasiya üçün bir səbəbdir”.

Vergilər nazirinin müavini Sahib Ələkbərov: “Hərbçilərin, müəllimlərin və həkimlərin maaşından kəsib bu yolla qənaət edilən vəsaiti supermarketlərə verək? Onlar bunu istəyirlər? Əlbəttə, əgər Milli Məclis müvafiq qərar qəbul edərsə, Vergilər Nazirliyi onu yerinə yetirəcək. Yəni güzəşt bizə aid olan məsələ deyil”.

Politoloq Elxan Şahinoğlu: “Əgər bu dəfə də danışıqlar konkret nəticəyə gətirib çıxarmasa, bir neçə aydan sonra cəbhə bölgəsindəki vəziyyət yenidən gərginləşəcək”.

PİA.AZ-ın baş redasktoru Azər Qaramanlı:Azərbaycan jurnalistikası peşəkarlıqdan daha çox şablon jurnalistikadır”.

Prodüsser Tarıx Əliyev(Tolik): “Allah məndən razı olsun, yazmasaydım, bəlkə də reaksiya verməyəcəkdiniz. Xahiş edirəm sizdən, Vətən uğrunda canından keçən şəhidlərimizin qəbir daşını düzəldin, mən də gəlim ziyarət edim” .

Yeniçağ saytının baş redaktoru Aqil Ələsgər: “Türkiyədə at izi it izinə qarışıb. Normal xəbərlər almağa çalışırıq. Bu hayhayda Togrul da Yuliyanı axtarır”.

Stilist Şəfəq Novruzova: “Erməni olsa da, bu insan sənətkardır. Bəlkə də dünyada tapıntıdır. Qeyri-adi stilistdir, mən ona erməni deyil, sehrbaz kimi baxıram. Bu günə kimi məni heç bir stilist təəccübləndirməyib. Yeri gələndə mənim imkanım da böyükdür, buradan Amerikaya kimi gedə bilərəm. Ərəblər də gözəl saç düzümləri edir, ora da gedə bilərdim. Amma çox araşdırandan sonra qənaətə gəldim ki, bu sənətdə yeganə sənətkar budur”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Bax, din ona görə lazımdır ki, quyruğun qapı arasında qalanda azana “xod” verə biləsən”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu: “Uzun illər boyu Mahmudovun qanqster bandası ilə işbirliyində olanlar, onlardan mütəmadi maliyyə dəstəyi alanlar və onlara əməkdaşlıq haqda iltizamlar verənlər düşünməsinlər ki, nənəm demiş, qar yağdı - tortun üstü örtüldü... ”

Hərbi ekspert Üzeyir Cəfərov:Rusiyanin Azərbaycana qarşı sərgilədiyi qeyri-rəsmi münasibət bu illər ərzində  Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə nəticələnib”.

Moskva Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru, Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü Andrey Manoylo: “Amerikalılar Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətmək üçün Qarabağ kartından istifadə etməyə cəhd göstərdilər. Görünür, sərhədlərimiz boyunca digər münaqişələrin qızışdırılması da nəzərdə tutulub və indi də tutulur”.

Millət vəkili Fazil Mustafa: Avropa Birliyi qəlyanın ağciyər xərçənginin yaranmasında rolunu əsas gətirərək onu yasaqlamaq istəyir. Azərbaycanda isə əksinə, buna göz yumulur, üstəlik, məqsədli şəkildə məktəblərin yaxınlığında bu işi genişləndirirlər ki, daha çox gənc bu pis vərdişə yoluxsun. Hər şey birinci siqaretdən başlayır və buna bütün orta məktəblərdə münbit şərait var. İdmana, salamlığa stimullaşdırma olmayan yerdə əsas alternativ məhz siqaret, narkotik və başqa bəd əməllər olur”.

Müğənni Emin Ağalarov: “İndi ürəyim başqa xanım tərəfindən zəbt edilib”.

İqtisadçı ekspert Azər Mehtiyev: “Mərkəzi Bankın valyuta ehtiyyatları tükəndiyi təqdirdə manatın dəyərini inzibati yollarla tənzimləmək müşkül məsələyə çevriləcək”.

Jurnalist Şəmşad Ağa: “Belə əcəb edib qaldırıblar. Ziyalısı sönən ölkənin işıq nəyinə lazımdır ki?”

Reportyor Fərahim İlqaroğlu: “Biz o vaxt neft lampasının işığına universitetə hazırlaşmışıq...Lampa işığında kitab oxumağın bir ayrı ləzzəti var idi... Kənddə yerdən sərilən süfrədə yemək yeyəndə işıqların yanmamasını arzulayırdım...Mənzərə o qədər ləzzət edirdi ki...”.

Jurnalist Tural İsmayılov: “İdeya mübarizəsi aparmalıyıq, yaşayaraq bu çirkab cəmiyyətdə məhv olmamaq üçün!”

Yazar, jurnalist Zamin Hacı: “Təhsilimizin başqa balaca-malaca dərdlərinə başım qarışdı, heç bilmədim o davanın axırı necə oldu, klassikimiz demişkən, “balıx” yazdılar, yoxsa “balıq”. İstəsələr “balığın başı” yazarlar, kimə nə? Ağıllı adamlardır, biz onlara pedaqoqika öyrədəsi deyilik. Bizim təhsil sistemində, maşallah, tfu-tfu, göz dəyməsin, elə kadrlar var MSK sədri Məzahir müəllimi seçkiyə bülletensiz aparıb protokolsuz qaytarar. (Hərçənd, Məzahir müəllim özü də təhsil sistemimizin yetirməsidir, BDU-da “Talonçuluğa giriş” fənnindən dərs keçirdi)”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Yeni Azərbaycan dilində "Vızov atmaq" necə olacaq?”

Nazim Bəydəmirli: “Məşğulluq xidmətlərində vakansiya olsa da, oraya qəbulla bağlı ciddi problemlər olur”.

Yazar Əsəd Qaraqaplan: “Sən Novruzəlinin avamlığına gülə bilərsən, amma onun saflığına yüksələ bilmərsən!” 

İqtisadçı ekspert Natiq Cəfərli: “Tarif Şurası və "Azərişı" ASC-nin verdiyi açıqlamalar tamamilə məntiqsiz bir açıqlamadır. Açıqlamada deyilir ki, abonentlərin sayı 2.5 dəfə artıb. Bir milyondan 2.5 miyon nəfər olub. Ona görə də qiymətin artırılması zərurəti yaranıb. Əslində çox məntiqsiz açıqlamadır. Abonentlerin sayı artıbsa, deməli satışlar artıb. Satışlar artanda isə şirkət daha çox gəlir götürməli idi”.

Jurnalist Tural İsmayılov: “Dünyada xüsusi 10 gözəllik var: Hündür boylu qızlar, bananlı tort, viski, Haski sortunda itlər, yağış, basdırma, motal pendiri, acı bitter şokoladı, dostlar, qız övladı”.

Jurnalist Nahid Canbaxışlı: Azərbaycandakı Fətullahçılar da edam edilməli, tutduqları vəzifələrdən uzaqlaşdırılmalı, adını dəyişib millətin övladlarının zəhərləyən universitetləri bağlanmalı və ölkədən it kimi qovulmalıdırlar. Yoxsa Azərbaycan da bir neçə il sonra bu Fətonun itlərinin zibilinə keçəcək”.

Jurnalist Şəmşad Ağa: “Bu “Azərenerji” Etibar Pirverdiyev qədər mənasız qurumdur. Saytında belə normal məlumat tapmaq olmur. Heç olmasa yazmayıblar, dağılmışın yiyəsi kimdir...”

Gülyanaq İSMAYILQIZI 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar