Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Din xadiminin əlində “Quran” olar, avtomat yox”

"Hər bir Azərbaycan vətəndaşı qanunvericiliyin tələblərinə əməl etməlidir


Kəndlər arasında ayrı-seçkilik olmaz və qanunun aliliyini hamı qorumalıdır. Dövlət hər kəsindir və vərəndaşlar üçün də lazımi addımları atır, sosial və digər problemləri həll edir ki, bu da addekvat olmalıdır".

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Nardaran hadisələri barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət bu addımları atırsa, bu o demək deyil ki, kimdənsə və ya hansısa kənddən çəkinir:   "Din xadimlərinin əlində “Quran” olar, avtomat, qumbara yox. Bu dini məsələ yox, sırf təhlükəsizlik məsələsidir. Bununla bağlı hüquq mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, Azərbaycandakı ictimai-siyasi sabitlik qorunsun.  
Vətəndaşlar qanundan sui-istifadə etməsinlər. Bu hadisələri kriminaldan daha böyük hadisə kimi qiymətləndirmək lazımdır".   Deputat deyib ki, orada ixtisas laşdırılmış və hazırlaşdırılmış dəstələrdən söhbət gedir.  

“Onların böyük əksəriyyətinin hətta Nardarana heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycanın ayrı regionlardan və bölgələrindən gələn, başqa öllkənin ərazisində təlim keçənlərdir, onlar sırf terror aktlarının həyata keçirilməsi, insanlarda xof yaradılması üçün hazırlanmış qrupdur.


Bunların planları digər ölkələrdə olan terror aktlarının həyata keçirilməsi dövlət və hökumət nümayəndələrinə qarşı süi-qəsdlərin təşkil olunması, dövlətin əsas fundamental konstitusion quruluşunun dəyişdirilməsidir. Nardaranda baş verən hadisələrlə əlaqədar “Dini etiqad azadlığı haqqında” qanuna müvafiq dəyişikliklər aparılacaq.

Digər qanunvericilikdə də ciddi dəyişikliklər olmalıdır. Hər bir kəs bilməlidir ki, kim azad şəkildə dinə xidmət edirsə, bütün məscidlərin qapısı onlara açıqdır. Məscidləri özləri üçün təşkilat qurmaq üçün istifadə edənlərə icazə verilməyəcək. Növbəti iclasda bu məsələ müzakirə olunacaq”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar