Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dini cərəyanlarla bağlı bizdə problem yoxdur“



Abel Məhərrəmov:“Elmlər Akademiyasında yeni islahatlar lazımdır”


Millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov parlament jurnalistlərinin suallarını cavablandırıb

- Abel müəllim, rəhbərlik etdiyiniz universitetin yataqxana problemi nə zaman öz həllini tapacaq?

- Bildiyiniz kimi uzun illər universitetin yataqxanalarında məcburi köçkünlər məskunlaşmışdı. Ötən il məcburi köçkünlər üçün yeni binalar tikildi və onlar yataqxanadan çıxarıldı. Yataqxana binaları bərbad vəziyyətdə olduğu üçün orada söküntü işləri dəgetdi. Planlaşma da gedib, layihə də hazırdı. Ancaq bəzi məsələlərə görə müvəqqəti olaraq işlər dayandırılıb. Ancaq bu məsələ xeyli aktuallaşıb və yəqin yaxın vaxtlarda buna start veriləcək.

- Yeni yataqxanaların tikintisi üçün nə qədər vəsaitə ehtiyac var?

- Onu demək olmaz. Çünki biz bu günlərdə universitetin 95 illik yubileyini qeyd edirik. Biz bununla da 100 illik yubileyəstart veririk. Azərbaycan dövlətçilik tarixində ilk ali məktəbin 100 illik yubileyi çox tarixi bir hadisədir. Ona görə təbii ki, bu yubileyə dövlət səviyyəsində hazırlıqlar gedəcək və onlardan biri də yataqxana layihəsidir. Düzdür sual verə bilərsiniz ki, yataqxananın tikintisi 5 ilə başa gələcək. Ancaq elə layihə var ki, onu 1-2 ilə tikmək də çox çətindir. Yəqin 3-4 il çəkəcək. Məsələn, o tədbirlər planının həyata keçməsində mən hesab edirəm ki, bir nömrəli məsələ yataqxana məsələsidir.

- Yeni yataqxanalardan təxminən nə qədər tələbə yararlana biləcək?

- Dünyada belə bir statistika var, deyək ki, BDU-da 20 min tələbə təhsil alırsa onun 10 mininin yataqxanaya ehtiyacı var. Çünki Azərbaycanda və dünyada da belədir ki, şəhər və kənd əhalisi arasında nisbət təqribən birin birədir. Yəni 20 min tələbəmiz var, 10 min tələbənin yataqxanaya ehtiyacı var. Bu yataqxana layihəsi isə təqribən 6 min tələbənin yerləşdirilməsini nəzərdə tutur. Ancaq çox yaxşı layihədir. Çalışacağıq ki, heç olmasa 100 illik yubiley ərəfəsində bunu həyata keçirək.

- Büdcə müzakirələrində magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsini təklif etdiniz? Magistratutaya əbul olunan oğlanların əsgərliyə çağırılmasının hansı mənfi nəticələri var ki?

- Biz çalışırıq ki, elə edək ki, magistr pilləsinə qəbul olanlar üçün çağırış olmasın. Bu nə ilə əsaslanır? Deyək ki, bakalavr pilləsində elmi tədqiqat işi aparır, magistr pilləsinə gəldikdə onu hərbi xidmətə çağırırlar. Bu, işini yarımçıq qoyub əsgərliyə gedir, bir il vaxt keçir və qayıdanda yaş keçir, ailə qurmaq istəyir, qiyabi magistrant olmaq istəyir. Yəni bakalavrla fəlsəfə doktorluğu arasında elm qırılmağa başlayır. Elə bil zəncir ortada sınır. Biz təklif edirik ki, onları əsgərliyə aparmasınlar. Onlar müdafiə edəcəklərsə, qalacaqlar. Müdafiə etməsələr 35 yaşa qədər əsgərliyəapara bilərlər. Heç bir problem yoxdur. Yəni təhsili qorumaq üçün bu mərhələni keçmək lazımdır. Bu, çox aktual məsələdir. Hər il magistratutaya qəbul oğlan qız nisbətində 75-in 25-ə nisbətdir. Getdikcə artır, 80-nin 20-yə nisbətindədir. Yəni qızların sayı çoxalır, oğlanlar azalır. Qızlar da ailə həyatı qururlar, ana olurlar və elmdən aralaşırlar. Biz elə bil ki, elm müharibəsinə ancaq qızlarla gedirik. Bunlar həm də ana olmalıdırlar. Yəni problemlər çoxdur. Elə adam var ki, onu qəbul edirik, ailə qurur və 6-7 il dekretdə olur. Bəs elmi kimlərlə irəli aparmaq lazımdır. Oğlanlar elmdən uzaqlaşır. Bunun da səbəblərindən biri oğlanların əsgərliyə aparılmasıdır. Yəni magistraturaya daxil olan oğlanlar əsgərliyəaparılmasa bunun da elmin irəli getməsinə çox köməkliyi olar.

- Müzakirələr zamanı “Elm haqqında” qanunun tezliklə qəbul olunması məsələsini qaldırdınız. Bu qanunun qəbulu elmin inkişafına hansısa töhfə verə biləcəkmi?

- Bilrisiniz, bu gün elmlə təhsil sintezlə inkişaf edir. Elm olmayan yerdə təhsil ola bilməz. Təbii ki, təhsil olmayan yerdə də elm ola bilməz. Ancaq bu gün elm dünyada çox qabağa gedib. Niyə? Məsələn, bu gün Amerika elmə, innovativ istiqamətlərə, məsələn, nano texnologiya, biotexnologiya, molekulyar biologiyaya və s. böyük sərmayə qoyulur və qısa müddətdə qoyduğu sərmayənin xeyrini görür. Niyə? Çünki texnoparka verir, brend istehsal edir və hamıdan qabağa gedir və pulu 3 ildən sonra götürür. Təhsilə qoyulan pul isə 10-15 ildən sonra ancaq öz keyfiyyətini verir və onu idarə eləmək çox çətindir. Çünki səpələnir. İndi təhsildə hansı innovativ istiqamətlər inkişaf edib. Bu, bir neçə elmin vəhdətində olan istiqamətlərdi. Məsələn, biotexnoloq olmaq üçün biologiyanın, fizikianı, texnologiyanı, riyaziyyatı, informatikanı yaxşı bilməlidir. Sual olunar ki, bu gün ali məktəblər o istiqamətdə kadr buraxırmı? Xeyr! Heç bir yerdə belə kadr buraxılmır. Niyə? Axı fənlər arası əlaqə yaratmaq çox çətindir. Bir kimyanı götürürsən, ancaq bir tədris planı var, onu hazırlaya bilirsən. Məsələn, nano texnoloq hazırlamaq çox da sadəməsələ deyil. Bunu doktoranturada hazırlamaq olar. Sözüm ondan ibarətdir ki, bu günkü tələbə, məzun sabah istehsalata gedəndə, deyək ki, Sumqayıt texnoparka gedərkən, onun biliyi fizikadırsa, bu, orda çalışmaq üçün yetərli deyil. Ora gedənin bir neçə fənnin qarışığında olan elmi istiqaməti olmalıdır. İnovativ təhsil bir neçə fənnin birləşməsində inkişaf edir. Ona görə də ali məktəblərdə fənnlər arası əlaqələr yaradırlar və gəncin tədris planını elə yüngülləşdirirlər ki, o gedib 1-ci, 2-ci kursdan elmi işlə məşğul olsun və getsin texnoparkın problemini bilib gəlsin düşünsün, sərbəst işləsin. Bunu sizə bir az açıqlayım ki, dəqiq başa düşün. Məsələn, sovetlər dövründə tələbə 6 gün məşğul olurdu, həftədə 36 saat tədris planı var idi. Bəzən göstəriş gəlirdi ki, fəlsəfəni, ideoloji fənləri artırın və həftəlik 42-44-ə saata çatırdı. İndi tədris planı Azərbaycanda həftəlik 24 saata yenib.

Amerikada elə universitet var ki, həftəlik 12 saatdır. Bu o deməkdir ki, səhər dərsə gedib sonra boşsan. Əslində o, boş deyil. O gedib sərbəst işləyir. Axtarır, gedir alimin yanına ki, mən məsələn, nanotexnologiya ilə bağlı nələri öyrənim? Alim də deyir, onu öyrən, bunu öyrən. Tələbə də başlayır sərbəst işləməyə ki, gələcəkdə məzun olarkən, onu innovativ istiqamətdə işləməyə cəlb eləsinlər. İndi biz də 44-dən 24-ə düşüb. Getdikcə də azaldırıq. Biz Avroatlantika məkanına inteqrasiya edirik. Burda məsələ odur ki, tələbə dərsdə eşidirsə, onda 7 faiz bilik formalaşır. Tələbə görürüsə, o 18-20 faiz bilik əldə edir. Tələbə o prosesi özü əli ilə edirsə, bu, 65 faizdir. Avroatlantika məkanına gediriksə, tələbəözü əli ilə etməlidir. Tələbə qulaq sa bilər, tələbə tədris laboratoriyasında nəsə görə bilər. Ancaq tələbə gedib əli ilə nəsə etməlidir. Edirsə, təcrübəli adam olur. Ona görə dərs saatlarını azaldırlar ki, tələbə sərbəst işləsin. Sovet tədris sistemində müəllimlər çalışırdı ki, auditoriyada tələbənin başına bilik doldursun. Nə dərəcədə uğurumuz var idi, yox idi, bu, başqa söhbətdir. Avropa modeli deyir ki, biz biliyi başa yerləşdirməməliyik. Müəllim informasiya verməlidir, problem, mühazirə qoymalıdır və tələbəgedib sərbəst işləməlidir. İndi sual ortaya çıxır ki, bizim təhsil yetkinliyimiz, lap dərinəgetsək milli yetkinliyimiz o səviyyədədir ki, tələbəni sərbəst buraxsaq, tələbə gedib gecə-gündüz kitabxanada, laboratoriyada işləyəcək. Bu, ikinci bəladır. Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatıb. Ancaq Avroatlantika məknına inteqrasiya prosesində keçid dövrümüz başa çatmayıb. Ona görə hamı deyir ki, niyə Amerikada olan kimi səninki belə deyil. Biz o yolu gedirik. Amma milli və təhsil yetkinliyimizi o səviyyəyə çatdıra bilmirik ki, tələbəni bir qoşa saatdan sonra buraxasan, axşam saat 8-ə qədər laboratoriyada, kitabxanada işləsin. İndi bəzən biz az danışırıq, amma bu sahəni zəif bilənlər daha çox danışır. Azərbaycan o vaxt uğur əldə edəcək ki, elmlə təhsilin sintezi olsun. Ali məktəblərdə elm çox inkişaf etməlidir. Məsələn, BDU-da elmə maliyyə verilməlidir. Azərbaycanda 1800 elmlər doktoru var, onun 1200-ü ali məktəblərdə işləyir. Əfsuslar olsun ki, bu alimlərin elmi iş aparması üçün, elmi laboratoriyaları zənginləşdirmək üçün praktiki vəsait ayrılmır, ayrılsa da, çox az ayrılır. Vəsait ancaq Milli Elmlər Akademiyasına ayrılır ki, elmi işi onlar aparacaq. Onu da artırmaq lazımdır. Bəs biz elmi işi necə aparırıq? Biz elmi işi tələbələrin təhsil ödənişləri hesabına aparırıq. O puldan bir az götürürük, elmi tədqiqat işi aparırıq ki, tələbə sərbəst vaxt getsin laboratoriyada işləyə bilsin. Yəni bu prosesi dərk etmək lazımdır.

- Dediniz ki, ali məktəblərdə elm üçün pul ayrılmır. Hazırda Elm Fondu elmi layihələr üçün qrant ayırır. Bu Fondun fəaliyyəti bu gün sizin dediyiniz tələbləri ödəyirmi? BDU Elm Fondundan qrant almaq üçün layihə verirmi?

- Biz BDU olaraq 90-a yaxın qrant və proqram üzərində işləyirik. Bunun 65-i beynəlxalq proqram və qrantdır. Milli Məclisdə müzakirələr zamanı deputatlardan deyən oldu ki, bu elmi nəticələr uğur verirmi, gəlir gətirirmi. Biz ildə elmi uğurlardan 5-7 milyon dollar arası gəlir əldə edirik. Bu, Azərbaycanla, Avropa ölkələri ilə, Yaponiya, Çin, Türkiyə ilə bağlıdır. Əldə etdiyimiz vəsaitin çox cüzi bir hissəsi tədris-təlimdir, əksər hissəsi elmi uğurlardır. Məsələn, nanotexnologiyanın neftçıxartmada tətbiqi ilə bağlı 1 milyondan çox beynəlxalq qrantımız var. Bununla bağlı Səudiyyə Ərəbistanı ilə işləyirik. Əldə etdiyimiz vəsaitin bir hissəsi də Elm Fondu ilə bağlıdır, bir hissəsi də təsərrüfat hesablı müqavilələrdir. Elm Fondu elanlar verir, müxtəlif qrantlar verir və biz də ordan xeyli maliyyə vəsaiti əldə eləmişik. Əfsuslar olsun ki, burda belə bir proses əmələ gəlib. Deməli Azərbacanda təqribən 51 universitet var, bunların əksəriyyəti dövlət universitetidir. Bayaq dedim ki, dövlət universitetlərində alimlər elmi tədqiqat işləri aparmalıdır. Əvvəllər bunlara qismən də olsa maliyyə vəsaiti verilirdi ki, elmi-tədqiqat işi aparsınlar. Son vaxtlar demək olar ki, bu demək olar ki, kəsilib. Bir-iki universitet qalıb, onlardan biri də BDU-dur. Bizə elmi-tədqiqat işi aparmaq üçün dövlət büdcəsindən çox cüzi maliyyə vəsaiti verilir. Bizə bu maliyyəni də ona görə verirlər ki, çünki bizdə iki dənə elmi-tədqiqat institutu var. Verilən maliyyə də bunların ancaq məvaciblərinə çatır. Axı maddi-texniki baza da olmalıdır. Alim məvacib alır, ancaq ona gərək cihaz da verəsən ki, onu işlətsin. Ona görə də biz qarantlara müraciət edirik. Elm Fondu da bizə deyir ki, sizə bir az pul verilir, biz o universitetlərə pul veririk ki, onlara ümumiyyətlə pul ayrılmayıb, əgəronlar o qrantlarda iştirak etməsələr biz bundan sonra sizin məsələnizə baxarıq. Görürsünüz, bu cür söhbətlər var. Məsələn, Elm Fondu sonuncu elanı verəndə mən çox narazı qaldım. Universiteti universitetdən ayırmaq lazım deyil. Kim iştirak edib qazana bilirsə, almalıdır. Amma deyir sən iştirak edə bilməzsən, qoy o birisilərgəlsin iştirak etsin. Bax, belə problemlər var. Ancaq mən hesab edirəm ki, elmə-təhsilə maliyyəni əsirgəmək lazım deyil. Çünki enerji mənbələrindən çox əsasən elmi-təhsili inkişaf etdirmək lazımdır.

- Siz Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması təklifinə necə baxırsınız?

- Yox, mən AMEA-nın bu dəqiqə ləğv olunması haqqında bir söz deyə bilmərəm, demək də istəmirəm. Xüsusən də son vaxtlar Akademiyada canlanma var, onlara da maliyyəni artırmaq lazımdır. Sadəcə yeni islahatlar aparmaq lazımdır. Məni ən çox narahat edən məqamlardan biri odur ki, dövlət proqramı ilə xaricə gedən tələbələrdən biz səmərəli istifadə edə bilmirik. Gələn il büdcədən xaricdə təhsil üçün 44 milyon pul ayrılıb. Məsələn, mən təklif edirəm ki, 44 milyonun heç olmasa 40 milyonunu verin getsinlər oxusunlar. 4 milyonunu da verin ki, müqavilə bağlasın, gələcəkdə universitetlərdə işləsin. Tələbəni biz xaricə ona görə göndəririk ki, Azərbaycan təhsildə də uğurla qabağa getsin. Necə ki, iqtisadiyyatımız gedir, təhsil də paralel getməlidir. Hesab edirəm ki, həm ölkədə elmi islahatlar aparmaq lazımdır, həm də xarici elmi mühiti Azərbaycana gətirmək lazımdır. Bu ikisinin vəhdətində Azərbaycanda elm-təhsil uğurla inkişaf edəcək. İndi açıq danışım ki, ölkədə islahatlar aparılır. Çünki prezidentimizin 3 sərəncamından ikisi elm-təhsillə bağlıdır. Xaricə gedən tələbələrlə bağlı modeldüz işləməlidir. Buna bir proses kimi baxmaq lazımdır. Yəni göndərdim, kimi göndərdim və hardan göndərdim, niyə göndərdim. Bu 3 sual burdan çıxır. Getdi ora nəyi öyrəndi, nə qədər müddətdən sonra hara qayıtmalıdır. Bu deyək ki, gedib təyyarəni öyrənib, qayıdarkən buna velosiped versən deyəcək ki, mən velosiped sürmürəm, mən təyyarə sürməyi öyrənmişəm. Deməli o qayıdarkən onun işləməsi üçün nano tipli cihzlar olmalıdır. Yəni belə çıxır ki, hansısa müəssisə bu adamı sifarişlə göndərməlidir. Məsələn, hansısa sahə üzrə iki dənə bakalavrımızı və ya magistrimizi seçirik, müqavilə bağlayıb bu şərtlə Yaponiyaya göndəririk ki, gələndə sən gəlib universitetdə işləməlisən. Dövlət Neft Fondundan transfer olunan o 44 milyonun bir hissəsini xaricə gedən o gənclərin adına qoysunlar ki, qayıdıb gələndə sənin müəssisəndə işləsin ki, ona yaxşı maaş ver ki, qaçmasın. Əfsuslar olsun ki, hökumət onlara bu qədər pul xərcləyir, amma xeyli hissəsi özəl şirkətdə işləyir. Axı dövlət onları göndərirsə, dövlət bunlardan faydalanmalıdır. Özəl şirkət faydalanır qabağa gedir, dövlətin təhsil ocaqları isə onlardan bəhrələnə bilmir.

- Bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrlarla bağlı tənqidi çıxışı oldu. Siz də böyük bir universitetə rəhbərlik edirsiniz və hər il xeyli məzununuz olur. Sizcə kadr çatışmazlığında universitetlərin də günahı varmı? Əgər hüquqşünas çatışmazlığı varsa, burda həm də universitetlərin də məsuliyyətindən söhbət gedə bilər. Nədən kadrlar cəlb olunmur və yaxud çatışmazlıqlar  yaranır. Bunun səbəbini analiz etmisinizmi?

- Biz analiz etmişik. Diqqətlə qulaq asın. Bu dəqiqə problem çoxşahəlidir. Hərə bir müstəvidən baxır. Aadam durub bəzən qlobusun bu tərəfindən baxanda Afrikanı görür, keçib o tərəfindən baxanda Amerikanı görür. Ancaq bir də var qlobus fırlananda adam bilmir hra bazsın, yəni hər yer tez-tez gəlib gedir. Nə demək istəyirəm. Bu məzunlar ki, universiteti bitirir, onlar təbii ki, isyəyir ki, qısa müddətdə xeyli maliyyə vəsaiti əldə eləsin. Onların hamısı özəl şirkətdə işləyirlər. Ancaq onlar gedib dövlət strukturunda 300-400 manata işləmək istəmir. Ona görə də hökumət pul verib yaxşıları hazırlayır, amma axıra qədər buna nəzarət eləmir ki, ay özəl şirkət, mənim hazırladığım adamı işə götürəndə, sən get heç olmasa hökumətə bu qədər pul keçir ki, bu kadrı hazırlayıb sənə verdim. Zəif oxuyanlar da gedib dövlət qulluğuna müsabiqədən keçə bilmir. Ancaq güclülər keçirlər.

- İndiyə qədər dövlət qulluğuna imtahan verən 45 min nəfərdən yalnız 4 mini işlə təmin olunub.müsabiqədən keçmə problemi sizcə nədən yaranır? Yəqin sizin də tələbələriniz arasında kənarda qalanlar var...

- Müsabiqə həmişə belədir ki, kimsə keçməlidir, kimsə kənarda qalmalıdır. Bunun obyektiv, subyektiv amilləri var.

- Hər bir universitet məzun buraxarkən dövlət imtahan komissiyasının qəarı ilə məzuna mütəxəssis adı verilir. Necə hesab edirsiniz, onlar dövlət qulluğuna qəbul olunarkən təzədən onların yoxlanılması, universiteti qurtararkən onlara verilmiş mütəxəssis adının şübhəyə alınması deyilmi?

- Burda məsələ belədir. Məsələn, BDU-nun hüquq fakültəsində artıq 15-ci ildir ki, Dövlət İmtahan Komissiyasının sədri daxili işlər naziri, general-polkovnik Ramil Usubovdur. Tələbə dövlət imtahanını verərkən elmi müstəvidə verir. Sabah onun ədliyyə, prokurorluq, daxili işlər sahəsində işə götürülməsi var. Hərə seçim zamanı özünün ixtisasına uyğun professionallığı yoxlayır. Yəni eyni yanaşma standartı yoxdur, yoxlama tələbləri tamamilə başqadır. Biri ədliyyə sahəsində işləyir, onun üçün bir yoxlama tələbi var, kimsə MTN-də işləmək istəyir, onun da başqa yoxlama tələbləri var. Ona görə bu, hökmən olmalıdır.

- Deputat həmkarınız Əli Hüseynli xaricdə təhsillə bağlı taktikanın dəyişdirilməsini, yəni xaricdən ölkəmizə müəllimlərin dəvət olunmasını təklif edib. Sizcə belə bir taktikaya keçidi necə dəyərləndirirsiniz?

- Əslində bu da bizim tərəfimizdən son vaxtlar səslənən məsələdi. Bayaq mən dedim ki, xaricdən gələn tələbələr özəl şirkətlərə gedir, özəl şirkətlər güclənir, dövlət şirkətləri müqayisədə zəifləməyə başlayır. Çünki istedadlı gənc gedib özəl şirkəti formalaşdırır və inki.af başlayır. Dövlət müəssisəsi isə geri qalmağa başlayır. Biri var o istedadlı gənc gəlib BDU-da hüquq nəzəriyyəsini və yaxud cinayət hüququnu deyə, biri də var gedir bir özəl şirkətdə hüquqşünas kimi işləyir, yaxşı da pul alır. İndi ortaya sual çıxır ki, xaricdən alimlər dəvət eləsək yaxşıdır və yaxud da burdan gəncləri göndərsək yaxşıdır. Mənə elə gəlir ki, 2015-ci ilin büdcəsində xaricdə təhsilə ayrılan 44 milyonda korrektə olmalıdır. Yəqin də ki, olacaq. Yəni bir hissəsi xaricə göndərlən tələbələrə ayrılacaq, bir hissəsinə də artıq xaricdən alimlər dəvət eləmək lazımdır. Məsələn, deyək ki, BDU-da molekulyar biologiya sahəsində elmi məktəbi gücləndirmək istəyirik. İki-üç alimi çağırrsan gəlib işləyir. Xaricə göndərilən tələbəyə xərclənən pulu ordan gələn alimə versək, həmin pula 5-6 mütəxəssis hazırlamaq olar. Həm də əlaqə yaranar, elmi rəhbər ola bilər və s. Mən buna çox müsbət baxıram. Yəqin ki, il ərzində o 44 milyonun içərisində bu proses getməlidir.

- BDU-da dərs demək üçün hazırda xaricdən alim dəvət edirsiniz?

- Ümumiyyətlə, bizdə xaricdən çoxsaylı müəllimlər elmi-tədqiqat işləri aparır. Hazırda İtaliya, Fransa, Yunanıstan, Gürcüstan və digər dövlətlərlə ümumi layihələrimiz var ki, sistematik olaraq magistr, bakalavr pilləsində dərs demək üçün, elmi-tədqiqat işləri aparmaq üçün alimlər gəlir. Onların sayı 50-yə yaxındır. Udduğumuz həmin proqramlar çərçivəsində onlara pul verə bilirik.

- Xaricə təhsil almağa göndərilən tələbələrdən BDU-ya qayıdıb işləmək istəyən varmı?

- Onların çox az hissəsi qayıdır.

- Abel müəllim, hazırda bəzi tələbələrə dini cərəyanlara qoşulurlar və bu baxımdan müəyyən problemlər yaranır. Bu mənada BDU-da hər hansı problem yoxdur ki?

- Yox. Dini cərəyanlarla bağlı bizdə heç bir problem yoxdur. Universitetdə başqa problemlər var. Mən sizə bir məsələni deyim. Təbii ki, cəmiyyətdə görürsən ki, qalxışlar, yenişlər-yoxuşlar olur. Bu da müəyyən məsələlərlə bağlıdır. Məsələn,bu gün bizi narahat edən məsələlərdən biri odur ki, imtahandan kəsiləndən sonra gedib kredit götürür və bunun üçün pul ödəməlidir. Bu həm bizdə narahatçılıq doğurur, həm də tələbələrdə narahatçılıq doğurur ki, mən qiymət ala bilməmişəm, ikinci dəfə dərsdə oturanda məndən pul almayın. Belə bir məsələ var. Sosial şəbəkədə son zamanlar belə fikirlər səsləndirilir. Bu, əslində Nazirlər Kabinetinin qərarıdır,nə Təhsil Nazirliyindən asılıdır, nə də universitetdən. İl yarım bundan qabaq Təhsil Nazirliyi ilə müzakirə edib belə bir qərar qəbul ediblər. Əslində təhsil sahəsində keçid dövrünü yaşadığımız üçün burda güzəşt eləmək olardı. Biz bu məsələni BDU olaraq qaldırmışıq. Təhsil naziri də sağ olsun ki, geniş kollegiya iclası keçirtdi ki, bu məsələdə güzəştlər olsun və olacaq. Bundan başqa da güzəştlər nəzərdə tutulur. BDU Təhsil Nazirliyinə müraciət edib ki, imtahandan kəsilən tələbələr barədə də xüsusi güzəştlər olsun.

Fərz edək ki, bir tələbə imthan zamanı ailədə bir bədbəxt hadisə olur, ya xəstə olur, ancaq tələbə normal tələbədir, ikinci kursda oxuyub, amma indiyə qədər kəsiri olmayıb və imtahana gələndə keçə bilmir. Bu zaman tələbə təzədən gedib 4 ay həmin fənni oxumalıdır. İndi bu prosesdə qiymət ala bilməyən yaxşı oxumayan və yaxud zəif oxuyan tələbələr də var. İndi bu yaxşı qiymət alan tələbəni o birisilərlə oturdanda burda diskamfort yaranır. O tələbəyə deyirlər ki, sən bütün günü özünə əzab verib yaxşı oxuyurdun, indi gəlib sən də gəlib mənim kimi burda oturmusan, mən heç dərsə qulaq asmırdım, mən də səninlə oturmuşam. Deməli öndə gedən tələbəni buraxırıq o birisilərin içərisinə və bu da gedib onlara qoşulur. İndi məsələ qaldırmışıq ki, az-çox oxuyan tələbələrə bir də imkan verək, bir də imtahan versin. İndi xəstə olub, hərşey ola bilər. Bu məsələni qaldırmışıq və müsbət həll olunmalıdır. Bax, bu məsələlər var. Fikrimi ona gətirirəm ki, tələbələr cəmiyyətin sosial şəbəkədən istifadə edən ən aktiv təbəqəsidir.

Yadınızdadırsa Ərdoğan arada sosial şəbəkələri qapatdı. Ona dedilər ki, prezident Abdullah Gül də sizə qarşı çıxdı, niyə sosial şəbəkələri qapatdız. Yaxşı bir cavab verdi, dedi sosial şəbəkə elə bir şeydi ki, iti bıçaq əgər bir qatilin əlinə düşərsə, oynadır fikirləşir ki, bununla kimisəöldürmək lazımdır. Əgər iti bıçaq bir həkimin əlinə düşürsə, fikirləşir ki, bu bıçaqla kimisə əməliyyat edib sağaltmaq olar. Əfsusar olsun ki, bu iti bıçaq bəzən bizim ğzümüzdən asılı olmur. Onu bizə göndərirlər. Ərdoğan bununla deyirdi ki, əsasən Avropadan, Amerikadan o bıçaqları gənclər üçün, xüsusən də qatillərə göndərirlər bir-birini qırsınlar.. Açıq danışaq, Suriyada, İraqda olan məsələ belədir də. Kim kimi öldürür hələ bilinmir. Niyə elə bütün Türk dünyasında, müsəlman dünyasında bu proseslər gedir? Özü də iti bıçaqlar ordan bilə-bilə göndərilir. Yəni bu sosialşəbəkədən tələbələr, gənlər düzgün istifadə eləməlidir. Sosial şəbəkə Qərbdə intellektual səviyyənin inkişafı istiqamətinə yönəlir. Bizdə isə bir-birinə qarşı istifadə etməyə yönəlir. Məsələn, çalışırlar ki, sosial şəbəkədə filankəsi ləkələsinlər. Niyə? Çünki filankəs düzgün deyir ki, yaxşı oxumalısan. Müəyyən olunub ki, sosial şəbəkədən ən çox spekulyativ istifadə edən yaxşı oxumayan tələbələrdi. Biz onu da müəyyən eləmişik. 5 imtahandan 5 dəfə 2 alıb, bu nəetməlidir? Ya rektora sataşmalıdı, ya müəllimə sataşmalıdı ki, bəlkə işini birtəhər həll eləsin. Yetkinliyimiz elə olmalıdır ki, - o da elmlər, təhsillə lmalıdır - o iti bıçaqları göndərəndə biz bilək ki, insanları müalicə eləmək lazımdır. Iti bıçaqla qatillik edib adamları öldürmək lazım deyil. Özü də kim kimi öldürür? Oxumayan, zəif, cəmiyyətdə ən axırda gedən ən ağıllı adamlara böhtan atır. Necə ki, Suriyada, Misirdə o hadisələr baş verir. Hansını deyim? Bütün müsəlman dövlətlərində nəsə baş verir. Bunlardan bir nəticə çıxartmaq lazımdır. İnsanlar bilməlidir ki, sosial şəbəkədən intellekt üçün istifadə eləmək lazımdır. Əfsuslar olsun ki, sosialşəbəkədən intellekti zəhərləmək üçün istifadə olunur. Bu, çox mənfi haldır.

- BDU Məhəmməd Əmin Rəsulzadənin adını daşıyıb. Bildiyimiz kimi prezidentin də Rəsulzadənin 135 illik yubileyi barədə sərəncamı oldu. İndi universitet hazırda 95 illik yubileyi qeyd edir və 100 illiyə doğru gedir və arzuolunan odur ki, universitetin həyətində Rəsulzadəyə abidə qoyulsun...

- Allah qoysa bu məsələyə də baxarıq. Bu, dövlət səviyyəsində həll olunan məsələdir. Baxarıq görək bunu necə həll edək. Amma universittin 95 illik yubiley kitabını hazırlamışıq və orada Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini çox qabartmışıq. (modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar