Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib - Qaradağda


İyulun 26-da Heydər Əliyev Mərkəzində “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib


Müşavirədən öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. 

Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 

Sonra tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov açdı və qeyd etdi ki, dünyanın bir çox yerində dini və irqi zəmində münaqişələrin baş verməsinə baxmayaraq Azərbaycanda tolerant mühit daha da möhkəmləndirilir, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri birgə yaşayır. Ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanılması, müxtəlif dinlərə aid abidələrin bərpası və yenidən qurulması ilə bağlı mühüm layihələr icra olunur. 

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini  Səyavuş Heydərov dini radikalizmə qarşı maarifçilik tədbirlərin gücləndirilməsinin əhəmiyyətini vurğuladı. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov,  Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev diqqətə çatdırdılar ki, radikal dini qrupların və qeyri ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, dini maarifçilik işinin gücləndirilməsi, milli mənəvi dəyərlərin, eləcə də tolerantlıq mühitinin qorunub saxlanılması da təkcə dövlət, hüquq mühafizə orqanları deyil, o cümlədən hər bir vətəndaş öz mövqeyini bildirməlidir. Digər çıxış edənlər də Azərbaycanın tolerantlıq modelinin əhəmiyyətindən danışdılar.

Tədbirdə xalqımızın tolerantlıq keyfiyyətlərinə həsr olunan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdimatında “Fitnə” sənədli filminə tamaşa etdilər. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar