Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Direktor rəsmən çıxarılmayıb”



“Hövsandakı 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun tutduğu vəzifədən dünən rəsmən azad edilməsi barədə məlumat həqiqətə uyğun deyil”


PİA.AZ bildirir ki,bunu Lent.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva bildirib. Onun sözlərinə görə, hazırda məktəbdə baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmalar başa çatandan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək. Hələlik isə məktəbə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı rəhbərlik edir.
 
Qeyd edək ki, bu gün 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun rəsmən işdən azad edilməsi ilə bağlı mətbuatda məlumat yayılıb.
 
Xatırladaq ki, yanvarın 19-da Bakının Hövsan qəsəbəsində kütləvi etiraz aksiyası keçirilib. Aksiyaya səbəb kimi 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun məktəbdə təhsil alan şagirdlərin valideynlərini təhqir etməsi göstərilib. Nəticədə məktəb direktoru ilə qəsəbə sakinləri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı qəsəbə sakini Əliyev Elmar Rəcəbəli oğlunun səhhəti pisləşib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
 
İnsidentdən sonra Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən araşdırmalara başlanılıb. Məktəbin direktoru Qardaşxan Səlimov isə müvəqqəti vəzifəsinin icrasından kənarlaşdırılıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar