Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dişsiz“ Türkiyə və saxta “genosid“


Elçin Abdullayev yazır...


Bu gün dünya böyük bir yalanla üz-üzə durub. 24 aprel 2015-ci il dünyanın bölündüyünü təsdiq edən təqvim kimi tarixə keçəcək. Bir yanda "Çanaqqala zəfəri”nin 100-cü ildönümünü qeyd etmək üçün Türkiyəyə gələn dövlət və hökumət başçıları, digər yanda isə "qondarma erməni soyqrımı”nı yad etmək üçün Ermənistana gedəcək ölkələrin başçıları olacaq. Daha dəqiq desək, 24 aprel 2015-ci il tarixi Türkiyədə haqqı, ədaləti, insanlığı, sülhü dəstəkləyən "XEYİR” tərəfdarlarının, Ermənistanda isə yalanı, iftiranı, böhtanı dətəkləyən "ŞƏR” qüvvələrin yanaşmalarına şahidlik edəcək.  
 
Türkiyəyə qarşı erməni kartından istifadə edərək dünyanın aparıcı dövlətləri, o cümlədən yedək xristian ölkələri, türklərə "qondarma erməni soyqrımını” tanıtmağa çalışırlar. Çox maraqlıdır ki, bu iddianı heç bir əsas olmadan vicdansızcasına irəli sürürməklə, özlərinin siyasi maraqlarını Türkiyə üzərində həyata keçirməyə çalışırlar. Lakin özlərinin zaman-zaman həyata keçirdikləri soyqrımları nədənsə unudurlar. Bir sözlə, ermənilərin "qondarma soyqrım” iddialarına dəstək verən ölkələr özlərinin törətdikləri həqiqi soyqrımın məsuliyyətindən yayınmağa çalışırlar. 

Burada məsələnin başqa tərəfinə diqqət çəkmək lazımdır. Qəribədir, Türkiyəyə qarşı başladılan qondarma kampaniyanın arxasında duran güclər BMT, AŞPA və AP səviyyəsində həm də erməniləri işğalçı dövlət kimi də tanıyıblar. Paradoksal bir mənzərə yaranıb "dünən ermənilərə işğaçı damğasını vuranlar, bu gün ermənilərin "soyqrıma” məruz qaldığını deyirlər”. Budur dünyanın ədalətsizliyi. 

Əslində Türkiyənin bu gün başına gətirilən oyunlarda rəsmi Ankaranın da günahı var. Belə ki, əvvəla, ermənilərin və dünyada olan ermənidəstəkçilərinin "qondarma soyqrımın” 100 illiyinə ciddi hazırlaşdığ başından bəlli idi. Bunun üçün zamanında ciddi addımlar atmaq lazım idi.  Təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Çanaqqala Zəfəri”nin 100 illiyinə həsr olunan tədbiri təşkil etməsi ermənilərə və onların havadarlarına qarşı atılan addım idi.  Lakin bir sıra məsələlər var ki, Türkiyə dövlət olaraq lazımi yerlərdə "dişsizlik” göstərib gərəkən addımlar atmadi.  Məsələn, ötən il R.T.Ərdoğanın, bu il isə baş nazir Əhməd Davudoğlunun ermənilərə başsağlığı diləməsi yanlış yanaşma idi. Ümumiyyətlə, ermənilərə qarşı Türkiyənin, xüsusən də AKP dönəmində yumuşaq davranışını anlamaqda çətinlik çəkirəm. Çünki, onsuz da ermənilər tarix boyu içlərində Türkə qarşı nifrət, kin bəsləmiş millətdir. Eyni zamanda ermənilər dünyada yeganə xalqdır ki, həm də "maşa” rolunda çıxış edir. Həm Rusiya, həm də Qərb dövlətləri istənilən zaman bu bədbəxt xalqdan rəqibləri üçün istifadə ediblər, bundan sonra da edəcəklər. 

İkinci bir məsələ ondan ibarətdir ki, Türkiyə dünyada baş verən hadisələrin fonunda cəsarətsizlik nümayiş etdiməklə özünə qarşı rəqiblərinin ayaq açmasına rəvac verdi. Belə ki, rəsmi Kreml "Ukraynada rusların haqları pozulur" adı altında Şərqi Ukraynaya ordu yeridə bilir, İran Yəməndə husilərin müdafiəsinə qalxa bilir, Səudiyyə Ərəbistanı ətrafına koalisiya yığaraq sünni təriqətinin müdafiəsi naminə şiələri bombalaya bilir, ancaq rəsmi Ankara Kərkükdə türkmənlərin İŞİD tərəfindən qətliamına, Krımda türkmənlərin sürgününə qarşı demək olar ki, "dişsiz", səssiz qalır. Bu fakt özü-özlüyündə Türkiyənin cəsarətsizliyi kimi qəbul olunduğundan bir sıra dövlətlərin Ankaranı dalana sıxışdırmaq istəyini alovlandırır. Ona görə də rəsmi Ankara belə halların gələcəkdə də təkrarlanmaması üçün toparlanmalı və cəsarətli addımlar atmalıdır. Təbii ki, bu yolda Azərbaycanla çiyin-çiyinə addımlamalıdır. Əslində, bu gün Türkiyəyə qarşı qurulan oyundan Azərbaycan tərəfi də ciddi nəticələr çıxarmalıdır. İlk növbədə də  ermənilər tərəfindən işğalda saxlanılan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in  Minsk qrupunun formatına yenidən baxmalıdır. 

24 aprel tarixi bir daha təsdiq edir ki, ATƏT-in həmsədr ölkələrinin hər üçü Ermənilərin havadarıdır. Belə olduğu təqdirdə münaqişənin sülh yolu ilə həllində heç bir müsbət nəticədən söhbət gedə bilməz. Ona görə də ŞƏR qüvvələrə arxalanmadan həm Azərbaycan, həm də Türkiyə kürək-kürəyə verib öz problemlərini özləri həll etməlidirlər. Bunun üçün isə gözəl imkan yaranıb. 24 aprelin Türkiyə və Türk dünyasına zərərləri olduğu kimi nəticə çıxarmaq baxımından xeyiri də var.

Elçin ABDULLAYEV
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar