Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlət sirlərini yayanlar cavab verəcəklər“


Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib


 Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" imzaladığı sərəncam çox ciddi əhəmiyyətə malikdir.

Bu sözləri Yeni Azərbaycan Partiyasının saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, son zamanlar cəmiyyətimizdə, o cümlədən parlamentdə cəbhəyanı zonalara xüsusi statusların verilməsi ilə bağlı çağırışlar edilirdi.

Onun sözlərinə görə, təmas xəttində Ermənistan hərbi birləşmələrinin son təxribatları və onun nəticələri dövlət başçısının bu sərəncamının nə qədər vacib sənəd olduğunu bir daha sübut edir: 

"Əgər bu təxribatlar ordumuzun yüksək döyüş qabiliyyətini ortaya qoydusa, yüksək döyüş ruhunu göstərdisə, istənilən əmri yerinə yetirməyə hazır olduğunu təsdiqlədisə, digər problemlərin də olduğunu ortaya çıxardı. Bu, həm də təmas xətti yaxınlığında yaşayan insanların təhlükəsizliyi məsələsini, burada ordunun hərəkətini, mətbuatın tutduğu mövqeni, ictimaiyyətlə əlaqələrdə problemləri və s. məsələləri üzə çıxardı. Bununla da həmin problemlərin həlli zərurətinin qaçılmazlığı öz təsdiqi tapdı. Ona görə də belə bir sərəncamın verilməsi kifayət qədər aktualdır. Sərəncam cəmiyyətdə yaranan narahatlıqları aradan qaldırmaq üçün kifayət qədər ciddi əhəmiyyətə malikdir".

Vitse-spiker hesab edir ki, bu sənəd hər kəsi məsuliyyətli olmağa, öz işinə peşəkar yanaşmağa, milli maraqları qorumağa çağırır: "Çünki hərbi və dövlət sirlərində diqqətli olmaq lazımdır. Hesab edirəm ki, dövlət başçısının sərəncamı bu məsələdə ciddi töhfələr verəcək və hər kəsin məsuliyyətini artıracaq. Eyni zamanda, dövlət sirlərini yayanlar qanun qarşısında cavab verməli olacaqlar".(ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar