Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlət təhlükəsizliyinə qarşı cinayətlər 80 faiz artıb”


Dünən Daxili İşlər Nazirliyində ilin yekunlarına dair kollegiya keçirilib


Nazir Ramil Usubov çıxış edərək bildirib ki, ötən il də mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə sistemli xarakter daşıyıb

“Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törədən 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilib. Aşkarlanmış qanunsuz odlu silah saxlama və daşıma faktları da 23 faiz çox olmaqla 167 şəxs cinayət məsuliyyətinə cəlb edilib, odlu silahla törədilən cinayətlərin sayı sabit qalıb. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına  yönəlmiş əməliyyat tədbirləri ilə 80 faiz  çox, yəni 45 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 117 min manat, 35.000 ABŞ dolları və 307.500 rubl olan saxta əskinas, habelə istifadə müddəti ötmüş 300 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb. 

Ötən il daxili işlər orqanları müstəntiqlərinin icraatında 23.847 cinayət işi olub. İstintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilən cinayət işlərinin sayı isə 5,4 faiz artıb. Dəymiş maddi ziyanın ödətdirilməsi 5 faiz yaxşılaşaraq 78,2 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına  daxil olan cinayət xarakterli məlumatın 87 faizi təhqiqatçılar tərəfindən araşdırılıb, onların da 54,2 faizi məhkəmələrə göndərilib”.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar