Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Düşmən”lərin vinetkası



Sosial şəbəkədə orta məktəb vinetkasına oxşayan bir şəkil qalerayası yayıblar – 21 adamın adı və şəkli yerləşdirilib


Bu şəxslərin hamısı tanınmış adamlardır, çoxu media sektoruna aiddir, aralarında şoumenlər, deputatlar, politoloqlar da var.

İndi bu şəxslərin adlarını bircə-bircə sayaq: Bəxtiyar Sadıqov, Vüqar Qaradağlı, Arif Alışanov, Vahid Mustafayev, Rauf Arifoğlu, Eynulla Fətullayev, Mirşahin Ağayev, Sənan Nəcəfov, Vüsal Məmmədov, Mübariz Qurbanlı, İbrahim Məmmədov, Aydın Xan Əbilli, Murad Dadaşov, İlkinHəsəni, Nuşirəvan Məhərrəmli, Mübariz Əhmədoğlu, Sahib Alıyev, Azər Həsrət, Mehman Muradlı, Etibar Hüseynov, Əflatun Amaşov.

Təhqiramiz bir şəkildə iddia olunur ki, “ömürləri boyu xalqa yalan informasiya çatdıran” bu adamlar  “yanğın faciəsində həlak olan günahsız körpələrə belə hörmət qoymadılar”. Lap axırda bu şəxsləri “erməni” adlandırır və xalqa çağırış edirlər ki, onları tanısınlar.
İctimiyyət bu 21 şəxsin hamısını az-çox tanıyır. Aralarında yaxşı münasibətimiz olan adamlar da ola bilər, xoşumuza gəlməyənlər də, heç bir münasibətimiz olmayanlar da var. Ancaq heç birinin etnik mənşəyinə şübhə etmək, onları bu “qamçı”yla vurmaq olmaz. 

Bu şəxslərə ünvanlanmış bu tərtibat qərəz, hiddət məhsuludur. Bunu hazırlayanlar öz şəxsi mülahizələ və rəylərini əsas götürüblər və heç bir dəqiq təsnifat aparmadan, sadəcə həmin gün televiziya və qəzetlərdə kimi görüblərsə, siyahıya salıb, “düşmən” elan ediblər. 

“Yanğın faciəsi”nə gəlincə, bu siyahıdakıların çoxunun “həlak olan günahsız körpələrə” hörmət qoymamasına dair faktlar çatışmır.

Deyək ki, hakimiyyətə yaxın qəzetlərdə və televiziyalarda dəhşətli yanğına dair informasiyalar lazımi qədər verilmədi, ancaq Rauf Arifoğlunun rəhbərlik etdiyi Musavat.com və rusdilli Minval.az saytı yanğının başladığı 15-ci dəqiqədən ta bu günədək o barədə yüzlərlə yazı, xəbər, köşə dərc etdi və etməkdədir. “Yeni Müsavat” qəzeti dəhşətli yanğının hər üzünü, təfərrüatlarını, səbəblərini yazıb, baiskarlarının adını çəkib. 
Baş verən hadisə ilə bağlı fərqli davrananlar, günahkarı bilə-bilə başqa yerdə axtaranlar da, bu xüsusda susmağı üstün tutanlar da olub, ancaq bu, o demək deyil ki, bu şəxslər təhqir olunub, “erməni” adlandırıla bilərlər. (Hələ onu da deyək ki, istənilən bir millətin adını bu şəkildə nifrətlə anaraq, pisliyin simvolu kimi təqdim etmək şovinizm elementidir). 

Şoumen Murad Dadaşovun və İlkin Həsəninin şəklinin və adının siyahı və vinetkaya salınması lap qəribədir. Onlar nə kimi “yalan informasiya” verdilər? Sadəcə, öz şou verilişlərini bir neçə gün təxirə saldılar. 

Mübariz Qurbanlının, Sənan Nəcəfovun, Əflatun Amaşovun, Aydın Xan Əbillinin, Azər Həsrətin harda, necə “hörmətsizlik” etməsi də bəlli deyil. Ancaq Etibar Hüseynovla Mehman Muradlının adlarının siyahıda olması ortada siyasi motivin mövcudluğundan xəbər verir. Baxaq, görək, bu şəxslər ən çox kimin, hansı siyasi qrupun adını hallandırırlar? 
Bu təhqiramiz tərtibatdan olduqca böyük ölçüdə hiddətlənənlər var. Onlar da öz növbələrində “tərtibatçılar”ı söyüb təhqir edir, “söhbət”ə çağırırlar. 

Amma dəyməz. Siyasətin qaydası budur. Çirkab axan kanalizasiyada çalışan zəhmətkeş insanlar özlərini daha rahat hiss edə bilərlər, amma bu, siyasətin ortasında olanların qismətində yoxdur.  Onlar daima müxtəlif iyrəncliklərlə burun-buruna qalmalıdırlar. 
Bu ölkədə söyüşə, təhqirə, haqlı-haqsız hücumlara məruz qalmaq siyasətçilərin, siyasi arenada rol oynayan adamların alın yazısıdır. Kimə rəqibsənsə, kiməsə mane olursansa, söyüləcəksən.

Ancaq hər mübarizənin də bir ədəbi, üsulu var. Belə vinetkalar düzəldənlər öz hiddətlərini bir az boğsalar, yaxşıdır.  Həmin bu 21 nəfərin ən azı 19-u müğənni Röya kimi onları tapdırıb “haqq-hesab çəkmək” təşəbbüsü göstərməz, qanuni yola baş vura bilərlər. Röya kimi etmək istəyənlər də tapılar. 

Siyasi rəqiblə mübarizə üçün çox üsullar, çox yollar var. Onlardan sonuncusu təhqir və söyüşdür. Axırıncı yola əl atmaq lazım deyil. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar