Xəbər verdiyimiz kimi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib
“EL” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev "Deyerler.org"a açıqlamasında deyib ki, biz Anar Məmmədlinin həbsini pisləməklə işimizi bitmiş sayıb yaxamızı kənara çəkməməliyik.
"Azərbaycan hakimiyyətinin demokratiya üzərinə hücumu davam edir. Növbəti dəfə demokratik dəyərlər daşıyıcılarına qarşı absurd ittihamlarla müşayət olunan qətimkan qərarı və növbəti dəfə beynəlxalq dünya qarşısında üzüqaralığa atılan imzadır. Bu gün biz Anar Məmmədlinin həbsini pisləməklə işimizi bitmiş sayıb yaxamızı kənara çəkməyək. Çünki artıq şoxumuza məlumdu ki, sabah hər birimiz hakimiyyətin qəzəbinə tuş gəlib, cəzalandırıla bilərik. Hakimiyyətin şəri, böhtanı, yalanı az qala Demoklisin qılıncı tək hər birimizin başı üzərində asılıb. Biz bu gün çiyin-çiyinə durub etiraz etməli və bir sıra əməli işlər, tədbirlər həyata keçirtməliyik. İnsana, öz vətəndaşına, qanuna, ədalətə, demokratik prinsiplərə, mənəvi dəyərlər sisteminə hörmət etməyən hakimiyyət cəhənnəm olub getməlidir", -deyə E.Quliyev bildirib.