Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ehsan süfrələri qanunla qadağan oluna bilməz“


“Yas mərasimlərində ehsan süfrələrinin açılmasına inzibati yolla qadağalar olmamalıdır”


Bunu Modern.az saytına açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Rafiq Əliyev deyib. 

Onun sözlərinə görə, din, adət-ənənələr, mənəvi-əxlaqi dəyərlər qanunla tənzimlənmir:

“Amma elə bir şərait yaranıb ki, insanlar adi sözlə təntənəli yas mərasimləri keçirməkdən imtina etmirlər. Yəqin ki, bunu tənzimləmək, nizamlamaq lazımdır. Amma heç kim qanun şəklində heç kimin mənəvi-əxlaqi dəyərlər sisteminin hər hansı elementini qadağan edə bilməz”.

R.Əliyev xələfi Mübariz Qurbanlının yaxın zamanda öz konsepsiyasını ortaya qoyacağını deyib: 

“Hər halda komitədə müəyyən işlər gedir. Mübariz Qurbanlı iki aydır ki, bu işə başlayıb. Güman edirəm ki, Mübariz Qurbanlı bir-iki aydan sonra öz fikrini, öz konsepsiyasını ortaya qoyacaq. O, bu komitəni necə görür və gələcəkdə hansı planları var, yəqin ki, bütün bunlar həmin konsepsiyada öz əksini tapacaq”.

“Keçmiş sədr kimi komitədə hansı yeniliklər görmək istərdiniz” sualına R.Əliyev belə cavab verib: 

“İstərdim ki, dövlət və din arasında münasibətlər təkcə qanunla yox, mənəvi-əxlaqi dəyərlər sistemi ilə tənzimlənsin. Din cəmiyyətin ayrılmaz hissəsidir. Hakimiyyət, cəmiyyət və din; elm, incəsənət və din. Yəni dini zorla insanların beynindən, ürəyindən çıxartmaq mümkün deyil. Qanunla mənəviyyat formalaşmır. Din insanların fərdi xüsusiyyətidir, o, daxildən gəlir. Qanunla mənəviyyat yaratmaq mümkün deyil. O mənəviyyatın yaranması üçün müəyyən şərtlər var. Həmin şərtləri ortaya qoymaq və reallaşdırmaq lazımdır ki, mənəviyyat həmin şərtlərin əsasında özü-öz başına formalaşsın”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar