Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ehsan verilməsi ilə bağlı qadağa yoxdur“


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yas mərasimlərində ehsan verilməsinə qadağa qoyulması məsələsinə aydınlıq gətirib


PİA.AZ xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Trend-ə eksklüziv açıqlamasında deyib ki, yas mərasimlərində ehsan verilməsi ilə bağlı qadağa yoxdur: "Burada söhbət sadəcə yas mərasimlərində ifrat israfçılığın qarşısının alınmasından gedir. Bu istiqamətdə də tövsiyələr vermişik. Bizim tövsiyələrimizlə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanat arasında heç bir ziddiyyət yoxdur. Yas mərasimlərində ifrat israfçılığın qarşısının alınması ilə bağlı proses gedir, hər regionun xüsusiyyəti nəzərə alınır və bu tövsiyələr verilərkən kəndin ağsaqqallarının, ziyalılarının, din xadimlərinin, məsciddəki axundların, imamların rəyləri də nəzərə alınır".

M.Qurbanlı deyib ki, bununla bağlı da müəyyən irəliləyişlər var, ifrat israfçılığın aradan qaldırılması üçün müxtəlif yerlərdə aparılan işlər nəticə verir. Bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında həmrəylik var, hər iki qurum ifratçılığın əleyhinədir: "Nəinki yas mərasimləri, eyni zamanda, cəmiyyət toy mərasimlərində də ifrat israfçılığın əleyhinə çıxış edir. Bütövlükdə bu, cəmiyyətin bir tələbatı kimi ortadadır. Kimsə bunu zorla etmir, bu, tövsiyə formasında edilir. Bəzi yerlərdə vətəndaşlar deyirlər ki, mən yemək vermək istəyirdim qoymadılar və s. Bunlara tövsiyə edilir. Əgər yemək vermək istəyirsə, ətrafdakı insanlar da bunu istəyirsə, biz ona demirik ki, niyə belə edirsən. Sadəcə biz deyirik ki, yemək ver, amma onu ifrat şəkildə vermə. Ehsan anlayışının özünə də xüsusi diqqət yetirmək lazımdır".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar