Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Əsədovun adamı bizə “atıb“” - Şikayət


“Özünü prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun adamı kimi təqdim edən bir nəfər məni aldadıb


Etibarımdan sui-istifadə edərək dostumun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb, pulunu neçə aydır ödəmir”.

Bu sözləri Strateq.az-a uzun illər səhiyyə sistemində müxtəlif vəzifələrdə işləmiş, hal-hazırda özəl klinikaların birində baş həkimin müavini kimi fəaliyyət göstərən Qasımov Feyzulla Ələkbər oğlu bildirib.

Həkimin sözlərinə görə, onun etibarından sui-istifadə edən şəxs həmin qızıl əşyalarını prezident köməkçisinin ailə üzvlərinin ad gününə hədiyyə vermək adıyla götürüb. Pulunu bir neçə gündən sonra ödəyəcəyini desə də, hər dəfə müxtəlif bəhanələrlə bundan yayınır - telefona cavab vermir, bütün cavabsız zənglərə mesaj yazaraq borcu istəyənlərə səbr etməyi məsləhət görərək onları sakitləşdirməyə çalışır.
alim2.jpg
Alim ziyarətdə

Feyzulla həkim isə səbr etmək iqtidarında deyil. Nədən ki, qızıl əşyalarının alındığı mağazanın sahibi həkimin boğazından yapışıb borcu ödəməsini tələb edir. Uzun illərin dostlarının az qala, düşmənə çevrilməsinin səbəbi Feyzulla həkimin etibar etdiyi həmin şəxsin borc olaraq götürdüyünə zamin durmasıdır. İndi qızıl dükanının sahibi Feyzulla həkimin boynuna götürdüyü zəmanəti yerinə yetirməsini tələb edir. Ağsaqqal həkimin isə bu qədər pulu ödəyəcək imkanı yoxdur.

Feyzulla həkim onları aldadan şəxsin özünü Əli Əsədovun ailə köməkçisi kimi təqdim etdiyini bildirir. Maraqlıdır ki, həmsöhbətimiz prezident köməkçisinin “köməkçi”sinin hətta adını belə dəqiq bilmir. O, həkimə əsl adının "Alim" olduğunu, fəqət şəxsiyyət vəsiqəsində səhvən "Amil" yazıldığını deyib. 

Prezident köməkçisinin “adamı”na böyük etibar etdiklərinə görə borc verənlər onun atasının adını və soyadını öyrənməyə belə lüzum görməyiblər. Zərərçəkənlər son zamanlar apardıqları araşdırmalar nəticəsində bu adamın kimliyini dəqiqləşdiriblər - Alim Əlisahib oğlu İbrahimov, 21 mart 1987-ci ildə Şirvan rayonunda anadan olub...

Həkimin Alimlə əlaqəsinin isə çox qəribə bir tarixçəsi var. O, öz oğlu Rəfael Qasımov vasitəsilə Alimlə tanış olub. Maraqlıdır ki, Alim Rəfael Qasımovu da aldadıb.

Feyzulla həkimin bildirdiyinə görə, oğlu Rəfael bir ay bundan əvvələ qədər Bayraq Meydanında hüquqşunas işləyirmiş. Bayraq Meydanının sabiq hüquqşunası Alimi də ilk dəfə bu müəssisədə görüb. Özü də meydanda aparılan tikinti işlərinə nəzarət üçün müəssisəyə gələn Əli Əsədovun yan-yörəsində.

Tez-tez Bayraq Meydanına işə nəzarət etməyə gələn Alimlə Rəfaelin yaxın münasibətləri başlayır. Daha sonra Meydanın sabiq rəisi  Rəşad Məmmədovun məlum həbsinin ardınca idarəyə yeni rəhbər təyin olunur. Beləcə, köhnə heyətin işdən uzaqlaşdırılması ehtimalı yaranır. Prezident köməkçisinin “köməkçisi” Rəfael Qasımova vəzifəsini qoruması üçün “dostcasına” məsləhətlər verməli olur və bu “xeyirxah”lığının müqabilində ondan dəyəri 2800 manat olan qızıl saat alır. Amma boynuna götürdüyü missiyanı yerinə yetirmir. Əksinə, Rəfael Qasımovun əliaçıqlığından həvəslənən “yeni dost” özünü prezident köməkçisinə daha şirin salmaq adıyla doğum günü hədiyyələrinə “ehtiyacını” da Qasımovlar ailəsinin tanışlığından faydalanaraq ödəyir.

Qəribədir ki, üzərindən az keçməmiş oğul Qasımov öz vəzifəsindən uzaqlaşdırılır. Beləcə, necə deyərlər, it də əldən çıxır, ip də.

Ata və oğul Qasımovlar  prezident köməkçisi Əli Əsədovun bu hadisələrdən xəbəri olmadığına, üst-üstə 19-20 min manatlıq dəyəri olan bir əmlaka bu qədər böyük nüfuz sahiblərinin göz dikəyəcəyinə inanmırlar. Sadəcə, Əli Əsədovun şəxsən tanıdığı, dəfələrlə həndəvərində gördükləri bir adam tərəfindən aldandıqlarını və bütün bu dələduzluqların məhz onun adıyla həyata keçirildiyini prezident köməkçisinə çatdırmaq, bununla bağlı lazımi ölçü götürülməsini istəyirlər. Feyzulla həkim saytımız vasitəsilə Əli Əsədova müraciət edərək deyir:

“Cənab, Əli müəllim. Mənim 70-ə yaxın yaşım var. Ahıl yaşda adamam. İndiyə qədər müxtəlif vəzifələrdə işləmişəm. Yəni həyat təcrübəm az deyil. Amma indiyə qədər təsəvvür etməzdim ki, Prezident Administrasiyasının adından bu qədər cılız dələduzluqlara əl atılsın, buna cəsarət edilsin. Mənim dövlətçilik anlayışımda Prezident Administrasiyası ləkəgötürməz yerdir. Təəssüf ki, Sizin həndəvərinizdə dolaşanlar bu təmizliyin fərqində deyillər. Məni ən çox yandıran da 20 min manatlıq vəsaitdən çox, indiyə qədərki təsəvvürlərimin alt-üst olunmasıdır. Ümidvaram ki, bu dələduzluq faktından xəbər tutduqdan sonra Siz məsələni ciddi şəkildə araşdıracaq, Prezident Administrasiyasının təmizliyinə kölgə salanları ağır şəkildə cəzalandıracaqsınız”.

P.S: Qarşı tərəfin fikrini də yaynlamağa hazırıq və bildiririk ki, şikayətçilər Alim İbrahimovla internet üzərindən yazışmalarını da redaksiyamıza təqdim ediblər. Mesajlarda bütün ittihamlar öz təsdiqini tapır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar