Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli və Nino” kitab mağazasına oğru girdi



“Əli və Nino” kitab mağazaları şəbəkəsində bu gecə oğurluq olub


PİA.AZ  xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli verib. 

Onun sözlərinə görə, son 5 ay ərzində eyni şəxs 5 dəfə Bakı şəhəri, Nizami küçəsi 91 ünvanında yerləşən “Əli və Nino” mağazasına gecə pəncərəni, yaxud qapını sındırıb oğurluq edib.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başladılıb. Maraqlısı isə odur ki, şəxsin kimliyi müəyyən olunsa da məsuliyyətə cəlb edilmir: “Cinayətkar dünən axşam da mağazadan oğurluq edib. Ondan əvvəl isə fevralın 17-də mağazaya gəlibmiş. Hər dəfə nəsə oğurlayıb gedir. Keçən dəfə qutudan xəstə qız üçün toplanan pulları və köhnə noutbuku oğurlayıb. Bu dəfə də pəncərənin üstündə olan “reşotkanı” və pəncərənin şüşəsini sındıraraq içəri daxil olub və kassada olan 17 manatı götürüb gedib. Cinayət əməli mağazada yerləşən təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Bu iş Nəsimi rayon istintaq şöbəsinin müstəntiqi Vüqar Məcidovun icraatındadır. Amma müstəntiq onun cinayət məsuliyyətinə cəlb olunması üçün heç bir qanuni tədbir görmür”. 

N. Köçərlinin sözlərinə görə, istintaq şöbəsindən verilən məlumatda bildirilir ki, cinayət əməlini törədən şəxsin şəxsiyyətini təsdiq edən heç bir sənədi yoxdur. Buna görə də, onun cinayət məsuliyyətinə cəlb edə bilmirlər: “Çox biabırçı bir vəziyyət yaranıb. Təsəvvür edin ki, Bakının mərkəzində - “Nizami” küçəsində artıq 5-ci dəfə eyni şəxs tərəfindən dükan qarət edilir, bizə maddi və mənəvi ziyan vurulur, amma aidiyyəti qurumlar bunu qulaqardına vururlar. Özü də həmin adamın kimliyi bəlli ola-ola... Hər dəfə polisə müraciət edirik, amma hər dəfə çox soyuq münasibətlə qarşılanırıq. Güclə, dava-dalaşla məcbur edirik ki, ərizəmizi qəbul etsinlər. Sonra guya ki, həmin şəxsi saxlayıb 1-2 gündən sonra buraxırlar. Bu barədə Baş Prokurorluğa, DİN-ə, Nəsimi Rayon Prokurorluğuna dəfələrlə şikayət ərizəsi yazmağımıza baxmayaraq, indiyə kimi həmin şəxsin məsuliyyətə cəlb olunması üçün heç bir iş görülmür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar