Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əmimi öldürüb, namusumu təmizlədim“


Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü İsmayıl Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib


Prosesə hakim Eynulla Vəliyev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, əvvəllər məhkum edilmiş İsmayıl Cəbrayılov 23 iyul, 2014-cü ildə axşam saatlarında cinsi azlığın nümayəndəsi olduğunu bildiyi əmisi Eyvaz Cəbrayılovun qonşuluqda yaşayan iki nəfərlə nalayiq sözlər işlədərək səs-küy saldıqlarını eşidib.

Onların əxlaqsızlıq etdiklərini düşünən İ.Cəbrayılov əsəbi halda əmisigilin həyətinə keçərək onunla mübahisə etməyə başlayıb. Sərxoş əminin kobud cavab verməsi qardaşı oğlunu daha da əsəbiləşdirib. O, cibindən çıxardığı bıçaqla Eyvaz Cəbrayılova və onun yanındakı şəxslərə - Emil İsayev və Elşən Əhmədova zərbələr endirib. Elşən Əhmədov aldığı xəsarətlərdən hadisə yerində keçinib, digər iki nəfər isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqlarından onların həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs qismində dindirilən İsmayıl Cəbrayılov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində əvvəllər xuliqanlıq etdiyinə görə həbs olunduğunu, Salyan Rayon Məhkəməsinin 14 iyun, 2013-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğunu göstərib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, azadlığa buraxılandan sonra Bakı şəhərindəki tikintilərdə fəhləlik edir, arabir Xaçmaza gedərək ailəsinə baş çəkirmiş.

İ.Cəbrayılovun özü ilə yanaşı həm də əmiləri Eyvaz, Ceyhun və Zeydulla Cəbrayılovlar məhkumluq həyatı yaşayıblar. 2014-cü ildə Zeydulla Cəbrayılov xəstəlikdən vəfat edib, digər əmisi Eyvaz Cəbrayılov isə 2014-cü ilin fevralında azadlığa buraxılıb.

Əmisinin cinsi azlığın nümayəndəsi olduğunu bilən İsmayıl Cəbrayılov deyib ki, onunla küsülü olub, danışdırmayıb: 

“Bu barədə hələ 2012-ci ildə onun özünə də dedim, amma boynuna almamışdı. O vaxtdan onunla danışmırdım. Hadisə baş verən gün evdən həyətə çıxanda mərhum əmim Zeydullanın bağında Eyvazın kimlərəsə bərkdən nalayiq sözlər söydüyünü, səs-küy saldığını eşitdim, əsəbiləşdim. Çünki evdə anam, bacılarım, gəlinlərimiz ola-ola əmimin bağda belə hərəkətlər etməsi mənə pis təsir etdi. Əmimin həmin adamlarla əxlaqsızlıqla məşğul olduğunu düşündüm. Əlimdəki alışqanın işığını yandırıb ara yolla bağa gəldim, ondan niyə belə hərəkətlərə yol verdiyini soruşdum və bağdan çıxmasını tələb etdim.

Əmim məni söyməyə başladıqda daha da qəzəbləndim. Bu biabırçılıqdan həm canımızı qurtarmağı, həm də nəslimizin adına vurulan ləkəni təmizləmək üçün bıçaqla əmimin qarnından və sinəsindən zərbələr endirdim. Aşağı əyiləndə belindən də vurdum ki, birdəfəlik ölsün, canımız qurtarsın.

Mən əmimlə mübahisə edən zaman qonşuluqda yaşayan Elşən və Emil də bağdan çıxdılar və məni tutmağa çalışdılar. Bıçaqla onlara zərbə atıb-atmadığım yadımda deyil, baş verənlərdən beynim dumanlanmışdı. Hadisə vaxtı yanımda kimlərin olduğunu xatırlamıram. O yadımadır ki, maşına əyləşib Xaçmaz şəhərinə doğru getdim. Yolda Taleh adlı tanışımı görüb maşını saxladım. Hadisənin təsirindən pis vəziyyətə düşmüşdüm. Ondan sükan arxasına keçməyi xahiş etdim, qəza törədəcəyimdən qorxurdum. Yolda Taleh əlimin yaralandığını görüb nə baş verdiyini soruşanda əmimi bıçaqladığımı, onun ölməli adam olduğunu dedim. Maşınla Biləcəriyə, kirayə qaldığım evə gəldim. Sonradan Elşənin öldüyünü eşitdim. Nə Elşəni, nə də Emili vurmağım yadıma gəlmir. Onları mən vurmamışam”.

Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olmadığını deyib: 

“Eyvaz kimi əxlaqsız adamları yalnız öldürməklə onların hərəkətlərinə son qoymaq olar. Belə insanlar cəmiyyət üçün virusdur, mikrobdur. Emilə və Elşənə gəlincə isə bu cür əxlaqsızla oturub-durduqlarına görə başlarına bu cür hadisə gəlməsinin günahı özlərindədir. Məni bu hadisəni törətməyə heç kim vadar etməyib. Əmimi öldürmək istəmişəm. Əməlimdən də peşman deyiləm. Amma Emillə Elşəni kimin vurduğunu bilmirəm”.

Məhkəmə prosesi aprelin 23-də davam etdiriləcək.(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar