Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərdoğan Hələb şəhərinin azad olunması üçün Putinə yardım edir” - Politoloq


Natiq Miri: “Bu gün həm Suriya, həm bütövlükdə region dövlətlərinin, həm də qlobal səviyyədə Rusiyanın Türkiyəyə ehtiyacı var”


“Ərdoğan Putinə Hələb şəhərinin azad olunması yönündə yardım edəcəyinə söz verib. Təbii ki, bu qarşılıqsız deyil. Əgər Türkiyə Hələb məsələsində Rusiya ilə müəyyən mənada anlaşırsa, demək ki, Türkiyənin marağında olan cəbhələrdə, xüsusilə də Suriyanın şimalında Türkiyə ilə həmsərhəd olan bölgələrdə RusiyaSuriya rejimi bəzi məsələlərdə Türkiyənin keçirdiyi hərbi əməliyyatlara gözlərini yummaq məcburiyyətindədirlər”.

Bu fikirləri politoloq Natiq Miri Suriya ordusunun türk hava qüvvələri ilə bağlı bəyanatına münasibət bildirərkən  PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki , Suriya ordusu ultimativ bir şəkildə bəyan edib ki, Suriya hava sahəsinə girən istənilən türk hərbi təyyarəsi vurulacaq. Xatırladaq ki, həmin ultimatumdan bir gün əvvəl Türk Hava Qüvvələri Hələb şəhərinin şimalında hərbi əməliyyatlar keçirmiş və 200-ə yaxın PYD yaraqlısını bombalayaraq öldürmüşdü. Dəməşq isə Ankaranın bu iddiasını qəbul etməmiş, sözügedən əməliyyatda öldürülənlərin hansısa terrorçu dəstə mənsubları deyil, sivil vətəndaşlar olduğunu bildirmişdi. Əgər Suriya ordusu verdiyi bəyanatı reallaşdırarsa, belə bir halın yaşanması Rusiya ilə Türkiyə arasında münüsibətləri yenidən gərginləşdirə bilərmi? Ümumiyyətlə, PKK-nın Suriya qolu PYD-YPQ ilə mübarizədə Türkiyə ilə Rusiya arasında hansısa səviyyədə anlaşma əldə etmək mümkündürmü? Və anlaşma əldə etmək mümkünsüzdüsə, Rusiya-Türkiyə münasibətlərinin gələcəyi necə ola bilər?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miriyə müraciət edib.

Картинки по запросу natiq miri

Natiq Miri: ““Rusiya hələlik Türkiyə ilə münasibətlərin korlanmasında maraqlı deyil”.


İndiki şəraitdə Rusiyanın Türkiyə ilə münasibətləri korlamaq niyyətində olmadığını vurğulayan politoloq Natiq Miriyə görə, Suriya ordusunun bəyanatının arxasında İran durur:

“Fikrimcə, Suriya ordusunun bu bəyanatı növbəti siyasi təxribat xarakteri daşıyır. Ola bilər ki, Suriya hakimiyyətinin bu cür bəyanat verməsinə konkret hansısa xarici faktorlar təsir edib. Bu məsələdə xüsusilə də İranın daha çox maraqlı olmasına üstünlük verirəm. Ona görə ki, dünən İran dövləti həm ali ruhani Xamneyi, həm də müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti səviyyəsində kənar ölkələrin Mosulun İŞİD-dən azad olunması hərbi əməliyyatlarında iştirakının arzuolunmazlığı haqqında bəyanat verdilər. Mənə elə gəlir ki, burada birbaşa hədəf Türkiyə dövləti idi. Çünki Mosulun azad olunmasında Türkiyədən başqa, bütün Qərb ölkələri, İranABŞ iştirak edir. Yeganə arzuolunmaz ölkə Türkiyədir. Maraqlıdır ki, bu məsələdə həm ABŞ-ın, həm Qərb mütəffiqlərinin və xüsusilə də regional ölkələrin, İranın maraqları üst-üstə düşür. Suriya ordusunun verdiyi bəyanatı da bu konstektdə dəyərləndirmək lazımdır. Görünür, İran tərəfi Suriya hakimiyyətinə belə bir bəyanat verməsinə rəvac verib. Çünki bu günə qədər nədənsə Suriya hakimiyyəti susurdu. Və görünür,  “Fərat Qalxanı” adı altında Türkiyənin rəhbərliyi ilə keçirilən hərbi əməliyyatların uğurları regionda bəzi qüvvələri narahat etməyə və bəzi qlobal güclərin geosiyasi planlarını pozmağa başlayır. 

Natiq Miri: “Mosulun azad olunmasında bütün Qərb ölkələri, İranABŞ iştirak edir. Yeganə arzuolunmaz ölkə Türkiyədir”. 


Rusiya-Türkiyə məsələsində münasibətlərin korlanmasına gəlincə, fikrimcə, bu məsələ barədə fikir söyləmək hələ çox tezdir. Çünki Rusiya hələlik Türkiyə ilə münasibətlərin korlanmasında maraqlı deyil.  Bu gün həm Suriya, həm bütövlükdə region, həm də qlobal səviyyədə Rusiyanın Türkiyəyə ehtiyacı var. Xüsusilə də, bu gün Qərb-ABŞ-Rusiya qarşıdurması konstektində Türkiyə Rusiya üçün əvəzolunmaz ölkəyə çevirilib. Bu baxımdan düşünmürəm ki, Rusiya bu konstektlər çərçivəsində Suriya vasitəsilə Türkiyə ilə münasibətləri korlamağa çalışsın.  

Bu gün Suriyanın ikinci böyük şəhəri olan Hələb şəhərinin azad olunması  və xüsusilə Hələbin RusiyaSuriya bombardmanları konstektində bütün dünya birliyi RusiyaSuriyanı çox ciddi təzyiqlərə məruz qoyur. Hətta bu məsələnin beynəlxalq cinayət məhkəməsinə qədər gedəcəyi ehtimalları da var. Bu hal təbii ki, Rusiyanı narahat edir. Ona görə də artıq ikinci gündür ki, həm Rusiya, həm də Suriya tərəfindən Hələbin bombardman edilməsi müvəqqəti də olsa dayandırılıb. Həmçinin Rusiya bu atəşkəsin vaxtının uzaldılması məsələsinin mümkün olması haqqında da açıqlama verib. Ancaq nəzərə almaq lazımdır ki, hələ də Hələb şəhərinin bir çox terrorçu ünsürlərən və Suriyadakı Əsəd rejiminə qarşı müxalif güclərdən tamamilə azad olunması konstektində ABŞ-la Rusiya arasında hər hansısa anlaşma yoxdur. Bu məsələdə ABŞ Rusiya ilə hər hansısa əməkdaşlıqdan birmənalı şəkildə imtina edib. Ona görə də indiki çətin vəziyyətdə Rusiyanın Türkiyəyə daha çox ehtiyacı var. Bu baxımdan Rusiya prezidenti Putin Türkiyə prezidenti Ərdoğana telefon zəngi edərək məhz Hələb məsələsini müzakirə etdilər. Və Putin Ərdoğandan xahiş etdi ki, Hələb şəhərində yerləşən terrorçu qrupların şəhəri tərk etməsi yönündə öz ağırlığını ortaya qoysun və yardım etsin. 

Natiq Miri: “Türkiyənin geosiyasi maraqlarına və təhlükəsizliyinə təhdid olan PKK-nin Suriya qolu olan PYD-YPQ güclərinə qarşı Türkiyənin keçirəcəyi əməliyyatlara da SuriyaRusiyanın göz yumacağını gözləyirəm”.


Bildiyiniz kimi, Türkiyənin də Suriyada fəaliyyət göstərən bütün müxalif güclərdə müəyyən qədər təsir imkanları var. Paralel olaraq, bu müxalif gücləri müəyyən regional ölkələr, xüsusilə də Səudiyyəti Ərəbistanı başda olmaqla, digər ərəb ölkələri maliyyələşdirdikləri üçün Türkiyənin bu ərəb ölkələri ilə münasibətləri çox yüksək səviyyədədir. Ona görə də Ərdoğan Putinə Hələb şəhərinin azad olunması yönündə yardım edəcəyinə söz verib. Təbii ki, bu qarşılıqsız deyil. 

Əgər Türkiyə Hələb məsələsində Rusiya ilə müəyyən mənada anlaşırsa, demək ki, Türkiyənin marağında olan cəbhələrdə, xüsusilə də Suriyanın şimalında Türkiyə ilə həmsərhəd olan bölgələrdə RusiyaSuriya rejimi bəzi məsələlərdə Türkiyənin keçirdiyi hərbi əməliyyatlara gözlərini yummaq məcburiyyətindədirlər. Bilirsiniz ki, İŞİD-in təmizlənməsi prosesi gedir və Dabık bölgəsinin azad olunmasından sonra, artıq Türkiyə ordusu Azad Suriya ordusu ilə birgə ən böyük şəhərlərdən biri olan və İŞİD-in ən güclü olduğu əl-Bab şəhərinə doğru yürüməkdədir. Yəqin ki, yaxın zamanlarda bu iri strateji  şəhər də İŞİD-dən azad olunacaq. Təbii ki, bu məsələdə beynəlxalq güclər Türkiyəyə müəyyən mənada dəstək verəcəklər. Eyni zamanda  Türkiyənin şimalında, Türkiyənin geosiyasi maraqlarına və təhlükəsizliyinə təhdid olan PKK-nin Suriya qolu olan PYD-YPQ güclərinə qarşı Türkiyənin keçirəcəyi əməliyyatlara da SuriyaRusiyanın göz yumacağını gözləyirəm. Çünki Hələb məsələsində anlaşma varsa, deməli, SuriyaRusiyada Türkiyənin şimalda keçirəcəyi hərbi əməliyyata göz yummalıdırlar”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar