Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni soyqırımı“, yoxsa ...


24 aprel-beynəlxalq erməni "vay-şivən" siyasətinin hər il kulminasiya nöqtəsinə çatdığı tarixdir.


1915-ci ildən bu yana hər ilin bu gününü antitürk təbliğatı kimi qeyd edən ermənilər yenə də geniş informasiya təbliğatı üçün çarpışırlar. Erməni mediası 1915-ci ilə və ermənilərə heç bir aidiyyatı olmayan köhnə fotoşəkilləri manşetlərə yerləşdirərək "ümummilli ağlaşma günü"nü anır. Oxucularımızın diqqətinə bu hadisənin baş verdiyi dövrü, ermənilərin saxta "soyqırım" iddialarını deşifrə edəcək bir neçə tarixi faktı və nüansı çatdırmaq istəyirik.

Artıq bir əsrə cəmi 1 il qalmış, yəni 99 il müddətində dünya xalqlarının əsəbini və duyğularını tarıma çəkmiş ermənilər son illər saxta təbliğatlarını əvvəlki kimi yeridə bilmirlər. 1915-ci il Birinci Dünya müharibəsi zamanı Anadoluda baş vermiş hadisələri araşdıran bir çox müasir tarixçilərin də ortaya çıxardığı həqiqətlər, son 10 ildə tapılmış arxiv materialları və həmin dövrə aid rəsmi sənədlər bir daha erməni iddialarının tam əsassız, nəinki əsassız, hətta əksinə - ermənilərin türkləri, kürdləri, ərəbləri, assuriyalıları, qaraçıları, druzları, çərkəzləri amansızcasına qıraraq sözün əsl mənasında soyqırıma uğratdığını sübuta yetirir. Ortaya çıxmış Osmanlı, Suriya və çar Rusiyası arxivlərindəki həmin dövrə aid sənədlərdə Osmanlı İmperiyasını dağıtmaqda maraqlı olan dövlətlərin silahlandırdığı ermənilərin Anadoluda törətdiyi qırğınlar tam çılpaqlığı ilə əksini tapıb. Sənədlərdə Anadoludakı qırğınlar zamanı təxminən 3 milyon insanın, türk, kürd, assuriyalı, ərəb və çərkəzin öldürüldüyü bildirilir. Öldürülənlərin 2 milyonu türk, 700 minə yaxını kürd, bir qisminin isə digər millətlərin nümayəndələri olduğu vurğulanır. Erməni daşnak dəstələrinin əhalisini qıraraq yandırdığı kəndlərin və yaşayış məntəqələrinin adları bu arxiv materiallarında öz əksini tapıb.

Hadisələrin tarixçəsinə nəzər salsaq görərik ki, bu, ermənilərin etnik qrup olaraq içərisində yaşadıqları türk cəmiyyətinə, dövlətinə elədikləri bağışlanmaz xəyanətdir. Rusiya, Fransa, İngiltərə kimi dövlətlərin Aralıq dənizinə, türk boğazlarına hakim olmaq istəyindən doğan siyasət, erməniləri onların əlində ucuz və "birdəfəlik" alətə çevirdi. Xarici müharibələrin haldan saldığı Türkiyə 1915-ci ildən daxildə "erməni problemi" ilə üz-üzə qaldı. Hərbi gücünün böyük bir hissəsini Fələstinə, Qafqaz cəbhəsinə və Balkanlara göndərmiş Osmanlı İmperiyası erməni sürprizi ilə hazırlıqsız qarşılaşdı. Ruslar, ingilislər və fransızlar tərəfindən təpədən dırnağa qədər silahlandırılmış erməni daşnak dəstələri Anadoluda bir ildən çox terror küləyi əsdirdilər. Təxminən bir il yarım ərzində bu torpaqlarda 3 milyon insan, yuxarıda qeyd etdiyimiz xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirildi. Osmanlı ordusundakı erməni zabitlərin törətdikləri təxribatlar nəticəsində türk dövlətinə sağalmaz yaralar vuruldu. Hadisələrin nəzarətdən çıxdığını görən İttihad və Tərəqqi hökuməti Anadoluda erməni daşnak dəstələrinin zərərsizləşdirilməsi üçün qərar qəbul etdi. Qisasdan qorxan bölgədəki ermənilərin böyük bir hissəsi Rusiyanın işğalı altında olan Azərbaycan torpaqlarına- İrəvana, Zəngəzura, Qarabağa və digər vilayətlərə köçürüldü. Daha sonra Rusiya bu ərazilərdən yerli azərbaycanlıları köçürdərək, bir hissəsini isə erməni quldurlarına qırdıraraq, tarixi torpaqlarımızda saxta "Ermənistan" dövləti yaratdılar. SSRİ dövründə daha da möhkəmlənən ermənilər sovetlərin süqutundan sonra yenidən Rusiyanın yardımı və birbaşa iştirakı ilə Dağlıq Qarabağı işğal etdilər.

Məşhur araşdırmaçılar-Rafael Noqales, Jorj de Malevil, Kamuran Gür və digərlərinin apardıqları araşdırmalar bir daha ermənilərin soyqırıma uğramadıqlarını, əksinə ermənilərin həmin illərdə Anadoluda 3 milyondan çox insanı qətlə yetirdiklərini ortaya çıxardı. Deməli, hər ilin 24 apreli "erməni soyqırımı" deyil, erməni daşnaklarının qətlə yetirdiyi 3 milyondan çox türkün, kürdün, çərkəzin, assuriyalının və ərəbin soyqırımı günüdür. Əslində, ermənilər hər il bu günü 1915-ci ildə Anadoluda törətdikləri qətliamı bayram edirlər. Onların bayram günü, türkün, kürdün, ərəbin, çərkəzin, assuriyalının və digər xalqların isə matəm günüdür.

P.S. Ermənilərin qarayaxma təbliğatının qarşısını almaq üçün bütün media orqanlarımız səfərbər olmalıdır. Ermənilərlə informasiya müharibəsi bizim Vətənimizə övladlıq borcumuzdur. Ermənilərin saxta iddialarının qarşısına samballı, dəqiq tarixi faktlarla çıxaraq, hər birimiz əlindəki imkandan, sosial şəbəkədən, çalışdığımız media orqanından yararlanaraq dünya miqyasında, beynəlxalq aləmdə erməni təbliğatının qarşısına sədd çəkməliyik.

Qafqaz Ömərov


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Maydan hərəkatı”: səbələr və nəticələr

Böyük Azərbaycan və Rusiyanın “Qafqaz əsiri“

Təriqət savaşı: Gülənçiliklə Nurçuluğun fərqi

Şanxay zirvəsi və ya “Rusiyanın xilası“ əməliyyatı

Xaos və kürdlərin bitməyən “azadlıq mübarizəsi“

Azərbaycan - Özbəkistan: bir qardaşlığın qısa tarixçəsi

“Qara çərşəmbə axşamı“ və Rusiya ilə birlikdə çökən Ermənistan

Ən çox oxunanalar