Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni tərəfi Moskvada deyib ki, əraziləri qaytarmağa hazırdır“


Qondarma “DQR”in keçmiş “müdafiə naziri” , aprel döyüşlərindən sonra Moskvadan qayıdan general Samvel Babayan deyib ki, erməni tərəfi bu yaxınlarda Moskvada ərazilərin qaytarılmasına hazır olduğunu bildirib


PİA.AZ Virtualaz.org istinadən  xəbər verir ki, Babayan bu haqda 7or.am saytına müsahibəsində danışıb. “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında o, dediklərini təsdiqləyib. Bildirib ki, erməni tərəfi nəinki ərazilərin qaytarılmasına, eləcə də başqa güzəştlərə hazırdır.

Onun sözlərinə görə, Ermənistan artıq xarici təzyiqlərə davam gətirmək imkanında deyil. “İstər Azərbaycan tərəfdən olsun, istər həmsədrlər tərəfdən. Biz müqavimət göstərə bilmirik və “hə” deyən obyektə çevrilik”-Babayan deyib.

Generanl “Samo”nun sözlərinə görə, 2008-ci ildən sonra erməni tərəfi Qarabağ məsələsində çox ciddi güzəştlərə hazır olub. Bunlardan birincisi Laçın rayonunun məsələsinin “Laçın dəhlizi”inə çevrilməsidir. İkincisi, azərbaycanlı qaçqınların ŞuşaLaçına qayıtmasına razılaşıblar. Üüçüncü Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsi qeyri-müəyyən müddətə təxirə salınır. “Yəni biz 1988-ci ilə qayıdırıq”- o deyib.

Samvel Babayanın sözlərinə görə, erməni tərəfi üçün bu arzuolunmaz variantın qarşısını ancaq Azərbaycan prezidenti İlham Əliyevin işğal olunmuş rayonların hamısını, o cümlədən Şuşanı birdən geri almaq istəyi alır. “Yəni o, 7 yox, 12 rayonu birdən istəyir. Bundan başqa Azərbaycan kimin olursa olsun, sülhməramlıların yerləşdirilməsinə qarşıdır. Ermənistan isə razılaşmağa meyllidir”-Babayan deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar