Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər mövcud hakimiyyətin sonunu gətirmək üçün əlverişli məqam axtarırlar”


"Rus hərbiçi Valeri Permyakovun Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirməsi və bu hadisənin fonunda Ermənistanda vəziyyətin gərginləşməsi, son günlər regionda müzakirə mözusuna çevrilən əsas məsələlərdən biri oldu"


Bunu xəzərinfo.az-a açıqlayan politoloq Elçin Abdullayev qeyd edib ki, bu hadisə ilə bağlı küçələrə çıxan ermənilərin rus bayrağını ayaq altına atıb cırdıqdan sonra Kremlin ideoloqlarından hesab olunan Aleksandr Duqi və digər siyasi təhlilçilər Ermənistana qarşı ultimativ fikirlər səsləndirdilər: "Təbii ki, sadə ermənilərin küçələrə çıxaraq Rusiyaya qarşı etiraz səslərini qaldırmasını təkcə V.Permyakovun törətdiyi qətllə bağlamaq düzgün deyil. Əslində bu hadisəni körükləyən amil Ermənistandakı sosial, iqtisadi və siyasi durumla bağlıdır". 

ОтправитьOnun sözlərinə görə, Kremlə arxalanan rəsmi İrəvan bu gün ölkə vətəndaşlarının minimum yaşayış səviyyəsini belə təmin edə bilmir: "Təbii ki, son bir ildə Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyaların da rolu böyükdür. İqtisadiyyatı Rusiyadan asılı olan Ermənistan mövcud durumda fəlakətlə üz-üzə qalıb, ölkədə dramın məzənnəsi “dramatik” həddə çatıb və iqtisadiyyat tamamilə çöküb. Belə bir durumda ermənilərin zəlil günündə yaşaması şübhəsiz ki, ölkədəki daxili siyasi gərginliyi artırır".

E.Abdullayev vurğulayıb ki, Rusiyaya qarşı etiraz davranışlarını müəyyənləşdirən kompanentlərdən biri də, Qarabağ klanı ilə Ermənistan erməniləri arasında olan narazılıqdır: "Ermənistanda bütün iqtisadi və siyasi rıçaqlar qarabağlıların əlində cəmləşdiyindən, yerli ermənilər bunu həzm edə bilmir. Buna görə də ermənilər hər an məqam axtarırlar ki, mövcud hakimiyyətin sonunu gətirsinlər. Sadəcə 12 yanvarda baş verən qətl hadisəsi, ermənilərin Rusiyaya qarşı etiraz səsini qaldırmaq üçün fürsət oldu". 

ОтправитьEkspertin fikrincə, rusiyalı politoloqların isə son zamanlar ermənilərin onlara minnətdar olmaqlarını xatırlatmaları isə heç də Sərkisiyan iqtidarına aid deyil: "Səslənən fikirlər erməni cəmiyyəti üçün hesablanıb. Rusiyada dərk edirlər ki, hadisələrin vüsət alması Kremlin bölgədəki durumunu acınacaqlı hala gətirəcək. Bilirlər ki, ermənilərin küçələrə çıxıb anti-Rusiya şüarları sələndirməsi Qərbin maraqları ilə üst-üstə düşür. Qərb dövlətləri, xüsusilə də ABŞ yaranmış situasiyadan lazımınca dəyərlənə bilər. Bunun üçün Vaşinqtonun prosseslərə kifayət qədər təsiretmə imkanları var. Rusiyalı politoloqlar da bu hadisədən ciddi narahatlıq hissi keçirirlər. ABŞ isə Ermənistanı ələ keçirməklə, həm Rusiyanın regiondakı son dayanacaq nöqtəsini əlindən almaq, həm də Türkiyəni nəzarət altında saxlamaq niyyəti güdür".

Ömər VƏZİRLİ

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar