Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan Rusiyanın əlində bir alətdir“


Vəfa Quluzadə: “Elə bir vəziyyət yarana bilər ki, müharibə qaçılmaz olar”


Son zamanlar Azərbaycan və dünyada ciddi proseslər gedir. Xüsusilə qonşu Rusiya dövlətinin Ukrayna və bir sıra dövlətlərə qarşı apardığı işğalçılıq siyasətinin günbəgün artması buna bariz sübutdur. Hər keçən gün dünyada gündəmi dəyişəcək önəmli hadisələr baş verir.

Özlərini İraq Şam İslam Dövləti adlandıran silahlıların İraqda həyata keçirdikləri hücum əməliyyatlarında günahsız türkmənlərin qətlə yetirilməsi və son olaraq, avqustun əvvəlində Azərbaycan-Ermənistan arasında baş verən 3 günlük müharibə bir sıra mətləblərdən xəbər verir. Hətta bəzi politoloqlar III Dünya müharibəsinin başlayacağının anonsunu verməyə başlayıblar.

Tanınmış politoloq Vəfa Quluzadənin baş verənlərlə bağlı fikirlərini öyrəndik. O hesab edir ki, hazırda Azərbaycan Rusiya ilə münasibətlərdə doğru siyasət yürüdür: “Hesab edirəm ki, Azərbaycan  Rusiyaya qarşı düzgün siyasət aparır. Lakin Azərbaycanın imkanında deyil ki, Rusiya imperiyasının aqressivliyindən bir çarə tapsın. Bir misal deyim. Mixail Qorbaçov, Boris Yeltsin və Vladimir Putin tamam başqa-başqa siyasətçilərdir. Lakin Qorbaçovun vaxtında azərbaycanlıların Ermənistandan deportasiyası oldu. Qarabağ müharibəsi başladı. Yeltsinin dövründə Azərbaycan torpaqları işğal oldu. Ermənistana külli miqdarda silah-sursat göndərilərək, ermənilər silahlandırıldı. İndi isə Putin həmin siyasəti davam etdirir. Bütün bunlar ondan xəbər verir ki, bunlar nə Qorbaçov, nə Yeltsin, nə də Putinin işi deyil.

 Bunlar rus imperiyasının mahiyyətidir. Sovet dövründə 1920-ci ildə müstəqil Azərbaycan dövlətini yeni gəlmiş SSRİ dağıtdı. Zəngəzur Ermənistana verildi. Dağlıq Qarabağda qondarma muxtariyyət yaradıldı. Burada Azərbaycan heç nə edə bilməzdi. Cəmiyyət arasında sadəlövh fikirlər gəzir. Bu da Azərbaycan cəmiyyətinin Qarabağ probleminə son qoyulması arzusundan irəli gəlir. Bəziləri düşünür ki, RusiyaErmənistana pul verərək, torpaqları pulla alaq. Bəziləri deyir ki, hücum edək Ermənistanı dağıdaq. Düşünmürlər ki, Ermənistan Rusiyanın bir quberniyasıdır. Sadəcə, ona ümid etməliyik ki, Azərbaycan adlı dövlət 22 ildir var, bütün dünya tərəfindən dəstəklənir. Eyni zamanda rus imperiyasının süqutu artıq göz qabağındadır. Bu imperiya süqut etməyincə, biz təhlükədən qurtulmayacağıq. Məsələ bundan ibarətdir”.

Politoloq Rusiyanın işğalçılıq siyasətinin qarşısının alınması yollarından da danışdı: “Rusiyanın başına kim gəlirsə gəlsin, bu imperiyanın siyasətini aparmalıdır. Onun başına heç zaman mütərəqqi bir şəxs gələ bilməz. Bu dəqiqə Rusiya ilə Qərb arasında demək olar ki, müharibə gedir. Sanksiyalar tətbiq olunur, Rusiyanın siyasəti diplomatik və siyasi baxımdan ciddi surətdə tənqid edilir. Rusiyanı təcrid etmək siyasəti aparılır. Bunların nəticəsinin necə olacağını zaman göstərəcək. Bir şeydə tam əminəm. Mədəniyyət baxımından hər bir imperiya çökür. Əbədi imperiya yoxdur. Dünyanın ən güclü imperiyası olan Böyük Britaniya çökdü. Müsəlman aləmində ən böyük imperiya olan Osmanlı çökdü. Ümid edirəm ki, bu tendensiya rus imperiyasını da çökdürəcək. Osmanlı imperiyası çöksə də, türk xalqı qaldı. Günü-gündən çiçəklənir. Hesab edirəm ki, Rusiya imperiyasından ən çox zülm çəkən rus xalqının özüdür. Daima bu xalqı müharibə və ölümə sürükləyirlər. Əvəzində də heç nə verməyiblər”.

Vəfa Quluzadə III Dünya müharibəsinin baş verə biləcəyi ehtimallarından söz açdı: “Hesab edirəm ki, dünya müharibəsi olmamalıdır. Birincisi, Rusiya bu müharibəyə hazır deyil. Rusiya yalnız özünün nüvə dövləti olduğunu qabardır. Bununla Qərbi qorxudur. İstəyir ki, Qərb onun işğalçılıq siyasəti ilə barışsın. Lakin Qərb də geri çəkilən deyil. Çünki indiki vəziyyətdə Qərb geri çəkilsə, bundan sonra Rusiyanın qarşısında dayana bilməyəcək. Qərb axıra qədər bu iqtisadi müharibəni aparacaq. Artıq iqtisadi müharibə gedir. Amma bu müharibənin açıq müstəviyə keçməsini heç kəs istəmir. Nə Rusiya, nə də Qərb. Elə bir vəziyyət yarana bilər ki, müharibə qaçılmaz olar. Bu məsələ hələ ki açıq alır. Heç kəs bunun proqnozunu bu saniyədən verə bilməz”.

Politoloq İraqda türkmənlərin qətlə yetirilməsinə və türk dünyasının bu məsələdəki susqunluğuna da toxundu: “Kərkükdə türkmənlərin çox olduğu yerdə ən zəngin neft yataqları var. Bax ona görə də orada belə proseslər baş verir. İraqda kürd dövlətinin yaradılması prosesi gedir. Bütün bunlar göz qabağındadır. Artıq Almaniya kürdlərin silahlı qüvvələrinə silah-sursat verməklə bağlı qərar qəbul edib. Dünyada böyük qlobal problemlər gedir. Burada Türkiyə nə edə bilər? Humanitar yardım göstərməlidir və göstərir. Gedib orada müharibə edə bilməz. Bunlar çox ciddi məsələlərdir. Emosional şəkildə bunların hamısını şərh etmək düzgün nəticələr verməz. Görək hadisələr necə inkişaf edəcək. Səddam Hüseyn diktator idi. İraqdakı kürd, türkmən, xristian və müsəlmanlardan ibarət böyük xalqların stabilliyini qoruyurdu. Bu rejim darmadağın edildi. İraq dövləti dağıdılıb və xəritədən silinib. Bu dövlətin dağılmasından bir çox xalqlar əzab çəkir. Ərəb, türkmən, kürd və başqa xalqlar. Kürdlərdən daim öz məqsədləri üçün istifadə ediblər. Sonra da kənara atıblar. İraqda çox faciəvi proseslər gedir. Bunları böyük faciə kimi dəyərləndirirəm”.

V.Quluzadə avqustun 2-5 arası AzərbaycanErmənistan arasında baş verən 3 günlük müharibə ilə bağlı da suallarımızı cavablandırdı. O hesab edir ki, Azərbaycan müharibəyə tam hazırdır: “Buna heç kəsin şübhəsi olmasın. Azərbaycan bu hadisələrdə özünü çox yaxşı göstərdi. Dəfələrlə demişəm, yenə deyirəm ki, məsələ bundan ibarət deyil. Burada Ermənistan Rusiyanın əlində olan bir alətdir. Bunu unutmaq olmaz. İmkan olanda sözsüz ki, Azərbaycan müharibə də edəcək, qalib də gələcəkdir. Sadəcə, buna ehtiyac yoxdur”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar