Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan bu gün iki hərbi xəbərlə özünü təkziblədi“



"Ermənistanın Müdafiə Nazirliyi bu gün özünün yaydığı məlumatı az sonra təkzib edərək ictimaiyyəti aldatdığını bir daha sübut elədi"


Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Müdafiə Nazirliyindən bildirilib ki, ermənilər Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinqlə bağlı özlərinin yaydıqları məlumatı sonradan təkzib ediblər: «Əvvəlcə ermənilər monitorinq zamanı heç bir problemin yaşanmadığını açıqladılar. Bu məlumat ermənilərin informasiya agentliklərində yayıldı. Biz, Azərbaycan tərəfi monitorinq zamanı pozuntuların qeydə alınması barədə məlumat yaydıqdan sonra erməni tərəfi özünün əvvəlki xəbərini təkzib edərək, guya Azərbaycan tərəfindən monitorinq zamanı atəşin açıldığına dair xəbər yaydı. Bu bir daha onu göstərir ki, Ermənistan hərbi rəhbərliyi öz xalqını və dünya ictimaiyyətini aldatmaq üçün bütün variantlardan istifadə edir. Beynəlxalq təşkilatları bu məsələlərə qoşmağa cəhd göstərirlər».
 
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən növbəti monitorinq zamanı erməni tərəfi təxribata cəhd göstərib. Monitorinqdən əvvəl əldə olunmuş razılaşmaya əsasən ermənilər təmas xəttinin qarşı tərəfində monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərini təyin olunmuş koordinatlara düzgün çıxarmayıblar. Bununla da monitorinqin keçirilmə vaxtı gecikdirilib. Müəyyən prosedurlar həll edildikdən sonra monitorinqin keçirilməsi mümkün olub.
 
Lakin monitorinqin sona çatmasına az qalmış Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq ATƏT nümayəndələrinin olduğu ərazidən bir qədər aralıda mövqelərimizi bir neçə dəfə atəşə tutublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar