Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan dünya ictimaiyyətini danışıqlar prosesindən yayındırmağa çalışır”


“Bu, Ermənistan hakimiyyətinə xas olan xüsusiyyətdir. Dünya ictimaiyyəti münaqişənin həlli üçün addımlar atanda, razılaşmalar əldə edildikdə və bu razılaşmalar icra edilməyə başlayanda Ermənistan bu cür işlərə əl atır, təmas xəttində vəziyyəti gərginləşdirir”


Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov son günlər erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində həyata keçirdiyi təxribatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ermənistan tərəfi bu yolla dünya ictimaiyyətini danışıqlar prosesindən yayındırmağa çalışırlar: “Artıq bunlar qəbul olunmur. Azərbaycan 1990-cı illərin əvvəllərində olan ölkə deyil, hazırda bir dövlət kimi nüfuza malikdir, regionun aparıcı dövlətidir. Potensialına görə Ermənistandan qat-qat yüksəkdədir. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamağa nail olmayacaq. Onlar bu fikirlərindən əl çəkməlidirlər. O zaman regionda Təhlükəsizlik təmin olunacaq”.

Nazir müavini bildirib ki, Azərbaycanın hərbi potensialı imkan verir ki, düşmənin hər bir həmləsinə cavab versin: “Biz istərdik ki, münaqişənin həllinə cəlb edilən ölkələr Ermənistanın çirkli məqsədindən nəticə çıxarsınlar, Ermənistanı sülhə vadar etsinlər. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsə, digər üsullardan istifadə edərək torpaqları azad edəcəyik. Yaxın dövrlərdə danışıqlar prosesində əlavə təkanlar, impulslar olmalıdır. Ermənistan sülhə vadar edilməsə, regionda müharibənin bütün məsuliyyəti Ermənistanın üzərində olacaq”.  (Report)

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar