Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə vizasız gəlirlər“



Rusiyada, Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində 27-28 noyabr 2014-cü il tarixində II Kazan İctimai Forumu keçirilib


Publika.az-ın millət vəkili Aydın Mirzəzadəyə istinadən verdiyi məlumata görə, Forumda 20 ölkədən dövlət xadimləri, parlament depuatatları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
"Forumda Vahid Rusiya Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyasından mən və Mili Məclisin deputatı, YAP MNTK üzvü Rauf Əliyev iştirak etdik. Bu gün plenar iclasda çıxış etdim. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmamasına baxmayaraq, birlik üzvləri olan Rusiya, Qazaxıstan və Belorusiya ilə sıx siyasi-iqtisadi əlaqələrinin olduğunu və bundan sonra da bu ikitərəfli əlaqələrin davam etdiriləcəyini bildirdim. 

Eyni zamanda, Azərbaycanın 2015-ci ilin yanvar ayından başlayaraq AİB-yə Ermənistanın daxil olmasından irəli gələn müəyyən məsələlərə narahatçılığımı bildirdim. Qeyd etdim ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, işğal etdiyi 20 faiz torpaqlarında onun silahlı qüvvələri yerləşir. Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə vizasız gəlirlər, Ermənistan büdcəsində Dağlıq Qarabağ ərazisinə maliyyə yardımı nəzərdə tutulur.

Ermənistanın AİB-ə üzv olacağı təqdirdə İqtisadi Birliyin suverenliyinin Azərbaycanın bir hissəsinə də aidiyyatı olması təhlükəsini forum iştirakçılarının diqqətinə çatdırdım. Azərbaycan rəsmi şəkildə Avrasiya İqtisadi Birliyinə daxil olmasa da, Ermənistan vasitəsilə ilə onun 20 faiz ərazisi yeni yaranan beynəlxalq təşkilatın aidiyyatı ola bilər. Mən AİB-nin rəsmi strukturlarından bu məsələni Azərbaycanın ərazi bütövlüyü baxımından həll etməsini vurğuladım”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar