Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanı cəzalandırmaqdan başqa alternativimiz qalmayacaq”


Cənubi Osetiya rəhbərliyi bu ilin avqust ayında Rusiya ilə birləşməyə dair referendum keçirməli idi


Daha sonra təxirə saxlamağı qərara aldılar, çünki əvvəlcə prezident “seçkisi” keçirmək istəyirlər. Referendum 2017-ci ildə keçiriləcək.

Strateq.az-ın məlumatına görə, bununla bağlı fikirini açıqlayan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidenti Vladimir Putin bütövlükdə Cənubi Osetiyanın Rusiyaya birləşməsinə etiraz etmir:

"Bu məsələ ilə onun köməkçisi Vladislav Surkov məşğul olur. Yəqin Kremldə düşünürlər ki, onsuz da Krımın Rusiyaya biləşdirilməsinə görə Qərblə münasibətləri korlayıblar, ortada sanksiyalar var, “imkan” varkən elə əlüstü Cənubi Osetiya, ardınca Abxaziyanı da Rusiyaya birləşdirmək olar. Yəqin bundan sonra Dnestr separatçıları da “referendum” keçirəcəklər".

Politoloqun sözlərinə görə, hadisələrin bu cür gedişatından həmişəki kimi Ermənistan hakimiyyəti yararlanmağa çalışacaq:

"Deyəcəklər ki, ətrafdakı tanınmayan bölgələr “referendum” yolu ilə Rusiyaya birləşə bilirsə, Dağlıq Qarabağın niyə eyni “vasitə” ilə Ermənistana birləşdirilməsi həyata keçirilməsin?

Əvvəlcə Kosovonun müstəqilliyindən ruhlandılar, ancaq Qərbdən “malı mala qatmayın” xəbərdarlığını aldılar, gələn il isə böyük ehtimalla Cənubi Osetiya misalına müraciət edəcəklər. Bundan ehtiyatlanmaq lazım deyil. İrəvan Dağlıq Qarabağın Ermənistanla birləşmə “referendumunu” ortaya atsa, o zaman beynəlxalq aləmdən qopacaq. Bundan sonra isə nə həmsədrlərə ehtiyac qalacaq, nə də mənasız danışıqlara. Bizim isə Ermənistanı cəzalandırmaqdan başqa alternativimiz qalmayacaq".

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar