Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın məntiqi anlaşılmazdır ”


ATƏT yanında daimi nümayəndəlik:“Əhalisini Ermənistan Qüvvələrinin silahlı hücumlardan və ağır artilleriyadan atəşə tutulmasından qorumaq Azərbaycanın hüququdur”


APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Daimi Şuranın 1098 saylı iclasında Ermənistan səfirinin iddialarına cavab bəyanatında deyilir.
 
Bəyanatda Ermənistan səfirinin Azərbaycanın ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinə əngəl törətməsi ilə bağlı fikirlərinə münasibət bildirilib: “Həmin mövqelər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğu üçün Azərbaycan Müdafiə Nazirliyi ATƏT rəsmilərinə və səhra köməkçilərinə təhlükəsizlik qarantiyası verə bilmədi”.
 
Bəyanatda həmçinin, Azərbaycanın beynəlxalq təşkilatları Ermənistanın atəşkəsi pozması ilə bağlı məlumatlandırdığı da qeyd edilib. Azərbaycan ATƏT yanındakı daimi nümayəndəsi Ermənistan səfirinin sülh danışıqlarının qeyri-mümkün olması ilə bağlı fikrinə də cavab verib. “Güman edirəm ki, o, Ermənistan prezidentinin danışıqlardan imtina etməsi ilə bağlı müsahibəsinə istinad edib. Bu, təəssüf doğurur. Ermənistan tərəfinin məntiqi anlaşılmazdır. Bir tərəfdən,  Ermənistan tərəfi bildirir ki, münaqişə sülhlə həll edilməlidir, digər tərəfdən danışıqlardan imtina edir və hərbi, siyasi sahələrdə təxribatlara əl atır. Bu kontekstdə, biz yenidən beynəlxalq ictimaiyyəti Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatları pisləməyə çağırırıq. Beynəlxalq ictimaiyyət Ermənistanı inandırmalıdır ki, onun fəaliyyətli öhdəlikləri ilə üst üstə düşmür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar