Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın törətdiyi təxribatlar ATƏT PA-da qaldırılacaq“


ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında Ermənistanın təmas xəttində son vaxtlar artan təxribatları və bu günlərdə Tərtər rayonunda toy mərasiminin atəşə tutulması məsələsi gündəmə gətiriləcək


Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib. 

O bildirib ki, Ermənistanın törətdiyi insidentlər bütün beynəlxalq təşkilatlarda qaldırılmalıdır və qaldırılır: "Son günlər artan təxribatlar, eləcə də Tərtərdə biri azyaşlı olmaqla, üç mülki vətəndaşın yaralanması ilə nətəcilənən silahlı basqın faktının ATƏTinstitutlarında qaldırılması vacibdir. Bunu gündəmə gətirəcəyik”.
 
Qeyd edək ki, ATƏT PA-nın payız sessiyası sentyabrın 15-18-də Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək. Sessiyanın mövzusu "ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi” olacaq.
 
Tədbirdə 57 dövlətin parlament təmsilçilərinin iştirakı planlaşdırılıb. ATƏT PA ilk dəfədir ki, Monqolustanda tədbir keçirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar