Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsəd devrilsə, İŞİD-in öhdəsindən gəlmək mümkün olmayacaq”


Qaçqınların Avropaya kütləvi axını fonunda “Qalx ayağa, Fransa!” partiyasının lideri Nikolya Düpen-Enyan Ollandı Suriya sratregiyasını yenidən nəzərdən keçirtməyə və Şengen zonası ilə üzülüşməyə çağırır


Le Point: Məzuniyyət vaxtı Yunanıstanda xeyli mühacirin gəldiyi Leros adasında oldunuz. Söhbət hansı miqyasdan gedir?

Nikolya Düpen-Enyan: Mən istəyiridim ki, birbaşa qapımızın ağzında oynanılan insan dramını şəxsən dəyərləndirim. Yunanıstana hər həftə 20 mindən çox mühacir gəlir. Onların böyük bir qismi Türkiyə ilə həmsərhəd adalardan – Lesbos, Kos, Samos və Leros adalarından gəlir. Mən Lerosda oldum. Ora gündə, təxminən, 300 adam gəlir, tranzitlə bura keçənlərin sayı isə ada əhalsinin sayından çoxdur: 3000. Onlar Afinaya getmək imkanı intizarında dəhşətli sanitariya şəraitində yaşamağa məcburdurlar. Lesbosda rəqəmlər daha ciddidir: bəzi günlərdə bura 2000 аdam gəlir. Hazırda tendensiya güc yığmağa başlayır və biz ayda 100 000 göstəricisinə doğru gedirik!

-Tipik mühaciri necə təsvir edərdiniz?

-Onlar olduqca müxtəlif adamlardır. Uşaqlı kasıb ailələr də var, lakin tənha kişilər, o cümlədən təminatlı adamlar da bəs qədərdir. Mən İŞİD-in əlindən qaçaraq Hələbdən gəlmiş suriyalı tələbələrlə danışa bildim. Bəzilri Əsədin ordusundan fərar ediblər. Hamının bir arzusu var: işləməkdən və yaxud təhsil almaqdan ötrü özünü Almaniyaya, İngiltərəyə və yaxud Fransaya çatdırmaq. Bəziləri əlində böyük məbləğdə pulla yola çıxmış gənc islamçıların burada olması haqda mənə xəbərdarlıq etdilər. Yəni onların hamısı yoxsul və ümidsiz duruma salınmış qaçqınlar deyil...

- Yunanıstan hökuməti və əhali buna necə reaksiya verir?

-Kiçik adalar dopdoludur: oralarda artıq əhali qədər də mühacir var. Onlar küçələrdə və yarımçıq tikililərdə yatırlar. Cavanlar Afinaya gedəsi bərənin gözləyib ətraflarda veyllənir. Hökumət əlindən gələni edir, Türkiyə tərəfdən gələn qayıqları tutur və Avropanın quzeyinə tranzit təşkil edir. Çünki bu adamlar Yunanıstan ərazisinə girəndə bütün Şengen zonasına giriş əldə edirlər. Avropa ölkələri arasında milli sərhədlərin olmamağı mühacirlərin daha irəli getməik istədiyini gözəl anlayan İtaliya və Yunanıstan kimi ölkələrin məsuliyyətsiz davranışı üçün böyük şirnikmədir.

-Elə bir siyasi həll tapmaq lazımdır ki, mühacirlər sakitcə vətənə qayıda bilsinlər. Sizcə, Əsədi devirmək cəhdlərindən əl çəkməyə və əvəzində ona İŞİD-ə qalib gəlməkdə yardım etməyinə dəyərmi?

-Əvvəlcə amerikalılar Səddam Hüseyni, sonra da fransızlar Qəddafini  devirdilər. Bütün bunlar düşünülməmiş yeni müstəmləkəçilik siyasətinin fəlakətli nəticələrini – dövlətlərin məhv edilməsi, şəriətin yayılması və Liviyaya miqrasiya axınları, İŞİD-in Yaxın Şərqdə vəhşiliklərini  sərgilədi. Üçüncü dəfə səhv etmək nəyə lazımdır? Əsəd yıxılsa, Livan alt-üst olacaq, şərqi xristianlar yox olacaq, İŞİD-in isə öhdəsindən gəlmək mümkün olmayacaq. Hələ bütün bunların doğuracağı mühacir xaosunu demirəm. Fransanın bölgədəki sadəlövh siyasətini təcili şəkildə yenidən nəzərdən keçirtmək lazımdır. Axı “mötədil” deyilən müxalifətin dəstəklənməyi fəlakətə çevrildi: ona göndərilən silah İŞİD-in əlinə keçdi. Bundan başqa, Avropanın pullarını ikibaşlı oyun oynayan Türkiyəyə buraxmağı dayandırmağın vaxtıdır. O, İŞİD-lə deyil, daha çox kürdlərlə vuruşur və minlərlə mühacirə Yunanıstana yol açır.

-Əsəd rejiminin kimyəvi silah işlətməyinə göz yummağa hazırsınızmı?

-Məgər Stalinlə ittifaqsız Hitlerə qalib gəlməyi bacarardıqmı? Əlbəttə, yox. Lakin bununla belə Stalindən xoşumuz gəlirdimi? O qədər də yox... Həqiqət bundadır ki, düşmənlə səhv etmək lazım deyil. Ən yaxın vaxtlarda İŞİD-ə qalib gəlməsək, Avropa bütün Aralıq dənizi bölgəsini, hətta Afrikanı sabitsizləşdirəcək yeni Yüzillik müharibə ilə birbaşa üz-üzə qala bilər! Qaldı ki, kimyəvi silaha, beynəlxalq ictimaiyyətin reaksiyası Əsədi dərhal ondan imtinaya vadar etdi, İŞİD isə, hazırda məlum olduğu kimi, onu daha fəal şəkildə işlədir.

-İŞİD-ə qarşı yerüstü hərbi müdaxiləni dəstəkləyirsinizmi? O, hüquqi planda necə görünə bilər və hansı müttəfiqləri cəlb edə bilərdi?

-Sözsüz ki, hazırda aviazərbələri yerüstü əməliyyatlarla tamamlamaq zərurəti mövcuddur. Nə qədər gözləmə mövqeyi tuturuqsa, bu xərçəng bir o qədər rişə atır. Lakin bu, təkcə Qərbin əliylə həyata keçirilə bilməz və keçirilməməlidir, çünki bu, problemi ancaq kəskinləşdirə bilr. Yeri gəlmişkən, amerikalılar bunu fransızlardan tez başa düşdülər. İranla barışıq addımları buna sübutdur. Bölgənin bütün önəmli dövlətləri bu prosesə cəlb edilməli, Qətər və Fars körfəzi ölkələri ilə indiki siyasi fahişəlik keçmişdə qalmalıdır. Nəhayət, bütün beynəlxalq ictimaiyyəti hərəkətə gətirmək lazımdır, bu isə Rusiyanın oyuna qayıtmağını nəzərdə tutur. Başqa sözlə, ölkəmizin çoxyönlü və müstəqil xarici siyasəti həqiqi mənada özünə qaytarmağı lazımdır!

-Avropa öz sahillərini bürümüş siyasi qaçqınlar dalğasına reaksiya verməlidir. Yunanıstan durumun öhdəsindən təkbaşına gələ bilmir. Yəni Avropa bir o qədər də faydasız deyil?

-Türkiyəyə təzyiq və Suryada barışığın təminatı üçün Avropa ölkələrinin əlaqələndirilmiş fəaliyyəti lazımdır. Lakin bütün bunlar ənənəvi, hökumətlərarası diplomatiyanın nəsibidir. Eyni zamanda bir çox mənada indiki mühacirət xaosunun səbəbi Şengen sistemi, yəni Avropa  Birliyinin daxilində milli sərhədlərin ləğvi oldu. O, sərhədlərin yanında yerləşmiş və qeyri-leqallar onların ərazilərində qalmağa hazırlaşmırsa, onlara çox da mane olmayan dövlətlərin davranışını məsuliyyətsiz etdi. Nəticədə dünyada ən səxavətli sosial sistemli Fransa getdikcə daha çox mühacir qəbul etməyə məcburdur. Demoqrafik böhran keçirdən Almaniya isə cavan fəhlələri qəbul edir, lakin bu da əbədi davam edə bilməz. Bir ildə milyonlarla mühacirin axını müqabilində sistem birbaşa gözümüzün qabağında alt-üst olur. Yalnız sərhədlərin bərpası mühacirlərin və daşıqçıların yolunu bağlaya bilər. AB-nin xroniki gücsüzlüyü bizi çoxdan ehtiyatlı etməliydi: tarix temp toplayanda ancaq millətlər hərəkətə keçməyi bacarır. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar