Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Facebook” uşaqlar üçün bunu qadağan etdi


“Facebook” rəhbərliyi yetkinlik yaşına çatmayanlara silahlara aid reklamların göstərilməsinə qadağa qoyacaq


Modern.az “The Verge” portalına istinadən xəbər verir ki, buna səbəb ABŞ məktəblərində baş vermiş atışmalar olub.

Rəhbərlik hazırda sosial şəbəkədə odlu silahların reklamına qadağa tətbiq edildiyini bildirib.

Lakin silahların qoburu, odlu silaha taxılma fənərlər və əlavə sursat qutuları kimi bir sıra əşyaların reklamına qadağa tətbiq edilmir. Bu siyahıya həmçinin silah qabları və nişangahlar da daxil deyil.

İyunun 21-dən etibarən 18 yaşdan aşağı şəxslərə yuxarıda sadalanan əşyaların reklamlarının göstərilməsinə qadağa qoyulacaq.

CNN telekanalının apardığı bir araşdırmada 2009-cu ildən bəri ABŞ-da G7-yə daxil olan ölkələrə nisbətdə məktəblərdə silahlı insidentlərin sayı 57 dəfə çox olub. Araşdırmaya görə 2009-cu ilin yanvarın 1-dən bu ilin mayın 21-nə kimi ABŞ məktəblərində silahlı insident halları 288 dəfə baş verib. Müqayisə üçün Kanadada 2, Fransa 2, Almaniyada bir dəfə, Britaniya, İtaliya və Yaponiyada isə qeydə alınmayıb.

Qeyd edək ki, ABŞ məktəblərdə silahlı insidentlər dəhşətli qırğınlarla müşayət olunur. Belə ki, mayın 17-də Texas ştatının Santa-fe şəhər məktəbində 17 yaşlı şagird 9 yoldaşını və müəllimini güllələyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar