Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fazil Məmmədov güləşçiləri nəzarətdə saxlayır” - Firdovsi Umudov


Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir


Federasiyanın rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalar fevralın 1-dək cari ilin ilk təlim-məşq toplanışında iştirak edəcəklər. Toplanışa Qazaxıstan və Ukrayna sərbəst güləş yığmaları da qoşulub.

Bu gün Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov hər üç yığmanın məşq prosesini izləyib, güləşçilərin hazırki vəziyyəti və qarşıdan gələn yarışlara hazırlığı ilə tanış olub. Yığma üzvləri ilə söhbət edən F.Umudov idmançıların nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini bildirib: "Hər bir idmançı, ilk növbədə, nizam-intizamlı olmalıdır. Uğur qazanmaq üçün intizamlı olmaq, proqram əsasında çalışmaq vacibdir. Güləşçilərimiz hər zaman mötəbər yarışlardan qalib ayrılaraq xalqımızı, dövlətimizi sevindiriblər. Qazanılan qələbələr ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Çalışmaq lazımdır ki, bundan sonra da nailiyyətlərimizlə güləş azarkeşlərini, xalqımızı sevindirək. Bunun üçün federasiya rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Federasiya prezidenti Fazil Məmmədov yığma komandaların hazırlıq prosesini daim nəzarətdə saxlayır". 

Təlim-məşq toplanışlarının artıq başladığını deyən I vitse-prezident güləşçilərin məşq proseslərindən maksimum yararlanmalı olduqlarının vacibliyini bildirib: "Bizim, məşqçilərin və idmançıların üzərinə düşən ən vacib məsələ hazırlıqları ən yüksək səviyyədə davam etdirmək və qələbələr qazanmaqdır. Güləşçilər özləri də fiziki və taktiki hazırlıqlarının artırılması üçün məşq proseslərindən maksimum faydalı istifadə etməyə çalışmalıdırlar. Hər bir yığma üzvünün qələbə potensialı var. Sadəcə, əzmlə çalışıb mövcud potensialı ortaya qoymaq lazımdır".(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar