Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fətullah Gülən çox təhlükəlidir”


Türk nazir Avropadakı müttəfiqlərindən incik olduqlarını bəyan elədi


"Fətullah Gülən çox təhlükəli terroristbaşıdır. O, Bin Ladendən, İŞİD-dən də pis və təhlükəlidir".

Bu sözləri bu gün Türkiyənin Avropa üzrə naziri Ömər Çelik deyib.

O, Fətullah Güləni dövləti içəridən ələ keçirməyə cəhddə ittiham edib: "Ancaq buna nail olmadıqda əsgər qılığına saldığı terroristlərini hərəkətə keçirdi. Onlar prezidentimizi, baş nazirimizi, onların ailələrini öldürməklə yanaşı, dövləti silah gücünə ələ keçirməyə cəhd elədi. Ancaq qürurlu xalqımız bu terroristbaşı və onun terrorçularına növbəti dərs verdi. Bizə maraqlıdır ki, bu hadisələrə Avropadakı tərəfdaşlarımız bizim gözlədiyimiz formada dəstək olmadı. Biz hər cür saf tənqidə açıqıq, ancaq bu tənqidlərin yanı ilə heç olmasa, çevriliş cəhdini ürəklə pisləmək olmazdımı?!

Halbuki, biz strateji tərəfdarlarımız olan Avropa liderlərini xalqın seçdiyi iqtidara dəstək, çevriliş kimi cinayətlərə qarşı olmalarını yaxından görmək istəyirdik. Hətta onları şəhidlərimizin dəfnində görmək arzumuz da vardı. Ancaq onlar bunu eləmək, terrora qarşı ortaq mövqe göstərməkdənsə, bizə başqa mesajlar verdilər. Oysa ki, biz Fransada, Belçikada və digər ölkələrdə baş verən terror olaylarından dərhal sonra ən yüksək səviyyələrdə dəfələrlə terrora qarşı olduğumuzu, həmin ölkələrin yanında olduğumuzu, gərəkirsə, hər cür dəstəyi verməyə hazır olduğumuzu təkrarlayırdıq…".

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar