Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fransa böhranı Avropanı uçuruma aparır”


Bu fikri yenidən siyasətə qayıdan eks prezident Sarkozi bildirib


 Fransada təzəlikcə siyasi arenaya yenidən gəldiyini bildirən Nikolya Sarkozi ilk Avropa İttifaqının iflasa uğrayacağını və bunun da səbəbi Fransa olacağını bildirib.

Uzun zamandan bəri ilk dəfə mərkəzi televiziyada müsahibə verən eks prezident bildirib ki, “2008-ci ildə bütün dünyanı cənginə alan böhran Fransaya da təsirsiz ötüşməyib. Bu elə bir böhran idi ki, dünya bunu 1929-cu ildən bu yana tanımırdı. Bu böhran istisnsız bütün ölkələrə və bütün sənaye sektorlarına təsir etdi. Artıq 2014-cü ildə isə Fransada olan böhran Avropa İttifaqının müflisləşməsinə gətirib çıxara bilər. Situasiyanın dəyişikliyi də məhz bundadır ”. 

“France 2” kanalına müsahibəsində eks prezident seçkilərdə uduzmağından da danışıb. O boynuna alıb ki, 2012-ci il prezident seçkilərində o özünün uduzmağına səbəb olan səhvlərə yol verib. “Əgər mən uduzdumsa, məsuliyyət də mənim üzərimdədir”- qeyd edərək, əlavə edib ki, səhv “enerji bolluğu və öz ideallarına inanmaqda” idi və bu elə bir təsəvvür yaratdı ki, “Müvəffəqiyyətə tək çatmaq olar. Lakin individual müvəffəqiyyət olmur. Bəlkə yaş ötdükcə enerji azala bilər, lakin müdriklik, uzaqgörənlik gəlir” - deyə əlavə edib.

Siyasətə qayıtmasından danışan Sarkozi qeyd edib ki, buna sağçı “Milli cəbhə” hakimiyyətə gəldiyi halda ölkəsinin “Sən demə bu günkü alçaldıcı tamaşa və ya total təcridolunmaya düçar olub” kimi baxmaq istəmir. O bildirib ki, “Mənim nəinki qayıtmağa istəyim var, mənim sadəcə ayrı yolum yoxdur”.

Qeyd edək ki, siyasətə qayıtmasını Srakozi bütün şayə və spkulyasiyalara son qoyaraq cümə günü rəsmən öz feysbuk səhifəsində yazı qoyaraq bildirib. Yazısında o öz tərəfdarlarına xəbər verib ki, daxili fikir ayrılığı ucbatından hələ də lidersiz qalan Fransanın aparıcı müxalifət partiyası “Milli hərəkata dəstək birliyi”nə başçı seçkilərində iştrak edəcək. Bir çox müşahidəçilər eks ölkə başçısının öz müraciəti ilə faktiki olaraq 2017-ci ildə keçiriləcək prezident seçkilərinin, seçkiqabağı kompaniyasına start verdiyi fikri ilə razılaşır. 

Bundan əlavə Sarkozi qeyd edib ki, axır vaxtlar Fransada çox danışılan növbədənkənar prezident seçkilərinin mümkünlüyü variantını dəstəkləmir. Onun qiymətləndirməsinə görə artıq bu sualın qoyulması ölkənin düşdüyü “vəziyyətin çətinliyinin tam” göstəricisidir. “Biz respublikada yaşayırıq və təbii olaraq mən inanıram ki, Fransua Olland öz səlahiyyətlərini vaxtın sonun qədər icra edəcək”.

Qeyd edək ki, son sosial sorğuların nəticələrinə görə 65 faiz fransalı Sarkozinin siyasətə qayıdışını dəstəkləmir.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar