Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fuad Poladova dəstək və köməklik göstərəcəyik”


“Həm Teatr Xadimləri İttifaqı, həm də Akademik Milli Dram Teatrı olaraq biz hər zaman istedadlı aktyor kimi Fuad Poladova dəstək olmuşuq. Bu dəstək və köməklik bundan sonra da davam edəcək”


Bunu APA-ya açıqlamasında Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov deyib.

O bildirib ki, xalq artisti Fuad Poladovun xəstəlik xəbəri teatr ictimaiyyətini təəssüfləndirib: “Bu xəbər bizim hamımızı təəssüfləndirdi, hamımız təsirləndik. Fuad Poladov istedadlı aktyor, bacarıqlı sənətkar kimi hər zaman öz rolları ilə tamaşaçıları sevindirib. O, mənim quruluş verdiyim bir neçə tamaşada çıxış edib, yaddaqalan obrazlar yaradıb. Bizi Fuad Poladovla təkcə teatr sevgisi və həmkar təəssübkeşliyi birləşdirmir. Bizi həm də uzun illərin isti münasibəti bir-birinə bağlayır.

Həm Teatr Xadimləri İttifaqı, həm də Akademik Milli Dram Teatrı olaraq hər zaman istedadlı aktyor kimi Fuad Poladova dəstək olmuşuq. Bu dəstək və köməklik bundan sonra da davam edəcək. İnanıram ki, digər teatrlar da imkan daxilində onun yanında olacaqlar. Xəstəlikdən heç kim sığortalanmayıb. İndi Fuad Poladov bu xəstəliyin ilkin mərhələsindədir. Özü də açıqlamasında bildirmişdi ki, ölkəmizdəki həkimlərə və avadanlıqlara güvənir. İnanıram ki, Fuad Poladov ruhdan düşməyəcək, tez sağalacaq, biz onu yenə də tamaşaçıları ilə bir yerdə görəcəyik. Allah şəfa versin, tamaşaçılarının alqışı, onların gül dəstələri ilə üz-üzə dayansın. İnanıram ki, belə də olacaq”, - deyə, Azər Paşa Nemətov bildirib. 

Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti Fuad Poladovda xərçəng aşkar olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar