Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gedən prosesə çox böyük hiddət və qəzəb var“


“Türkiyə siyasəti, demokratiyası çox ciddi bir mərhələdədir”


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Türkiyədə səfərdə olub.

 Dünya Azərbaycanlıları Konqresinin İstanbulda keçirilən qurultayında iştirak etmək üçün qardaş ölkəyə səfərə dəvət edilən Pənah Hüseyn səfər təəssüratlarını “Yeni Müsavat”la bölüşüb. DAK-ın qurultayında iştirak və çıxış edib öz təbriklərini çatdırdığını bildirən Pənah Hüseyn dedi ki, qurultay qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı kampaniya dövrünə düşdüyü üçün qurultayın da əsas mövzusu bu məsələdən ibarət olub: “Türkiyədən, İrandan, Azərbaycandan, Avropadan, Rusiyadan böyük bir heyət təmsil olunurdu. Tədbir yüksək səviyyədə keçdi”.

P.Hüseyn hazırda Türkiyənin 7 iyunda keçiriləcək parlament seçkilərinə ciddi hazırlaşdığından da danışdı: “Bizim səfərimiz həm də Türkiyədə seçki kampaniyasının getdiyi dövrə təsadüf etdiyindən qarşıdakı seçkilərlə, seçki kampaniyası ilə bağlı da bizdə maraqlı təəssüratlar yarandı. Qardaş ölkədə seçkilərin uğurlu keçməsini arzulamaqdan başqa bir təmənnamız yoxdur. Türkiyədə tanınmış siyasətçi dostlarımızla çox maraqlı görüşlərimiz oldu”.

Pənah Hüseyn seçki kampaniyasının gedişi, prosesin necə sonuclanacağı ilə bağlı qənaətinin olduğunu bildirdi: “Mənim bir qənaətim var. Amma detallarına, təfərrüatına getmək istəmirəm. Türkiyə siyasəti, Türkiyə demokratiyası çox ciddi bir mərhələdədir. Əlbəttə ki, seçkinin nəticələrindən çox ciddi məsələlər asılı olacaq. Bizim sadə vətəndaşlarla, seçicilərlə də seçki ilə bağlı söhbətlərimiz oldu. Müxtəlif fikirlər səsləndi. Lakin mənim qənaətim ondan ibarət oldu ki, Türkiyədə dəyişim istəyən qüvvələr artıb. Koalisiyon hökumət qurulması tərəfdarları çoxalıb. Cümhurbaşqanlığı sisteminin qurulmasının tərəfdarları da artıq formalaşıb. Əsasən parlamentar respublika və Türkiyə tipli cümhurbaşqanlığı deyilən bir sistemin sistemin arasında seçim olacaq. Mən rast gəldiyim faktlara, dinlədiyim fikirlərə əsasən bunları deyirəm”.

“Bəllidir ki, Türkiyədə seçkilərdə əsas mübarizə 4 partiya (AKP, CHP, MHP, HDP) arasında gedir. Növbəti seçimlərdə şəkillənmə necə ola bilər” sualını P.Hüseyn belə cavablandırdı: “Mənim fikrimcə, müxalifət bu seçkidən əvvəlki seçkilərlə müqayisədə güclənmiş çıxacaq. Amma təkpartiyalı hakimiyyət davam edəcək, yoxsa koalision hakimiyyət qurulacağını indidən söyləmək çətindir”.

“Qondarma ”erməni soyqırımı" ilə bağlı gedən son proseslərdən, Avropa Parlamentinin “soyqırımı” tanımasından Türkiyədə, cəmiyyətdə narahatlıq yaşanırmı" sualına AXP sədri belə cavab verdi: “Gedən prosesə çox böyük hiddət və qəzəb var. Türkiyə cəmiyyəti yuxarıda dediyimiz o siyasi qütbləşmədən asılı olmayaraq, bu məsələdə yekdildir. Türkiyə dövlətinin mənafelərinin qorunması şüarlarının təzahürü daha çox hiss olunur. Yəni açığı, bu kampaniyadan, prosesdən Türkiyə cəmiyyətində bir sınıqlıq müşahidə hiss eləmədim”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar